Ametazon 1 Mq 30 Qr Məlhəm
Bitib
Stokda olanda mənə xəbər verin.Ametazon, 0.1% məlhəm
Ametazon, beynəlxalq patentləşdirilməmiş adı: Mometasone
Ametazon tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 1 mq mometazon furoat vardır.
İstifadəsinə göstərişlər
Psoriaz, atopik dermatit, kortikosteroidlərlə müalicəyə müsbət cavab verən bütün dermatozlar.
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq, rozacea, akne vulqaris, dəri atrofiyası, perianal və genital qaşıntı, perioral dermatit, dəri infeksiyaları (bakterial, parazitar, virus və göbələk), bez dermatiti, su çiçəyi, vərəm, sifilis, postvaksinal reaksiyalar. Yaralara və xoralara tətbiq olunmamalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası C-dir. Hamiləlik və laktasiya dövründə yalnız gözlənilən fayda potensial riskdən üstün olduqda istifadə oluna bilər. Böyük dozalarda və uzun müddətli istifadəsi tövsiyə olunmur.
Pediatriyada istifadəsi
2 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur. Uşaqlarda dəri səthinin bədənə nisbəti yüksək olduğuna görə glükokortikosteroidlərə qarşı həssaslıq artır. 20%-dən çox dəri səthinə istifadəsi və ya dayandırılması zamanı Kuşinq sindromu və HHS pozğunluqları yaranma riski var. Dəridə atrofik dəyişikliklər və bez dermatitində istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Ametazon məlhəminin nəqliyyat vasitələrinin idarəsinə və digər potensial təhlükəli mexanizmlərə təsiri yoxdur.
Ametazon istifadə qaydası
Məlhəm gündə 1 dəfə dərinin zədələnmiş hissəsinə nazik qatla çəkilir. 2 yaşdan yuxarı uşaqlarda da eyni dozalanma ilə istifadə olunur. Müalicə müddəti 5 gündən çox olmamalıdır.