Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Amlessa 4/5 mq N30 tablet

Məhsul Kodu : 111-20198
İstehsalçı ölkə: Sloveniya
7,50 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

AMLESSA®, tabletlər

Amlessa tərkibi

 Таbletlər 4 mq/5 mq: hər bir tabletin tərkibində 4 mq perindopril erbumin (tert-butilamin) və 5 mq amlodipin (bezilat şəklində) var.

Köməkçi maddələr:

 mikrokristallik sellüloza, jelatinləşdirilmiş nişasta, natrium nişasta qlikolyatı, kalsium xlorid heksahidrat, natrium hidrokarbonat, kolloidal susuz silisium, maqnezium stearat.

İstifadəsinə göstərişlər:

 Amlessa perindopril və amlodipinlə müalicə tələb olunan essensial hipertenziyadan və/və ya koronar arteriyaların stabil xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi üçün göstərişlidir.

Əks göstərişlər:

 Perindoprillə bağlı olan

 • Perindoprilə və ya AÇF inhibitorlarına qarşı hiperhəssaslıq.

 • Anamnezdə AÇF inhibitorları ilə əvvəlki terapiya ilə bağlı olan angionevrotik ödem.

 • İrsi və ya idiopatik angionevrotik ödem.

 • Hamiləliyin ikinci və üçüncü üçaylıqları.

 • Şəkərli diabeti və ya böyrək funksiyası pozulmuş (YFS < 60 ml/dəq/1,73 m2 ) olan xəstələrdə Amlessa preparatının aliskiren tərkibli preparatlarla eyni zamanda istifadəsi (bax: bölmə "Digər dərman vasitələri ilə qarşılıqlı təsiri").

 • Tərkibində sakubitril və valsartan olan kombinəolunmuş dərman preparatları ilə birlikdə qəbul. Perindoprillə müalicəni tərkibində sakubitril və valsartan olan kombinəolunmuş dərman preparatının son dozasının qəbulundan ən az 36 saat sonra başlamaq lazımdır (həmçinin, „Xüsusi göstərişlər və ehtiyat tədbirləri“ və „Digər dərman vasitələri ilə qaşılıqlı təsiri“ bölmələrinə baxın.) Amlodipinlə bağlı olan

 • Güclü hipotenziya.

 • Amlodipinə və ya digər dihidropiridinlərə qarşı həssaslıq.

 • Şok, o cümlədən kardiogen şok.

 • Sol mədəciyin çıxarıcı yolunun obstruksiyası (məsələn, ağır aortal stenoz zamanı).

 • Kəskin miokard infarktından sonra ürək çatışmazlığı (ilk 28 gün ərzində). Amlessaya aid olan Komponentlərdən hər biri ilə ayrı-ayrılıqda bağlı olan yuxarıda sadalanan bütün əks göstərişlər perindopril/amlodipinin fiksasiya olunmuş kombinasiyasına da aiddir.

 • Preparatın köməkçi maddələrinə qarşı həssaslığın artması.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləliyin birinci üçaylığında qəbul etmək tövsiyə olunmur. Hamiləliyin ikinci və üçüncü üçaylığında preparat əks göstərişlidir. Laktasiya dövründə preparatdan istifadə etmək tövsiyə olunmur. Ya ana südü ilə qidalandırmanı, ya da göstərilən terapiyanın ana üçün vacibliyini nəzərə alaraq müalicənin müvəqqəti dayandırılması haqqında qərar qəbul etmək lazımdır. Hamiləlik Perindopril Hamiləliyin birinci üçaylığında AÇF inhibitorlarının qəbul edilməsi tövsiyə olunmur. Hamiləliyin ikinci və üçüncü üçaylıqlarında AÇF inhibitorlarının qəbul edilməsi əks göstərişlidir. Hamiləliyin birinci üçaylığında AÇF inhibitorlarının qəbul edilməsi zamanı teratogenliyin meydana çıxma riski haqqında epidemioloji məlumatlar yekun rəy verməyə imkan vermir, lakin riskin bir qədər artması istisna edilə bilməz. AÇF inhibitorlarını digər alternativ terapiya ilə əvəz etmək mümkün olmadığı hallarda hamiləliyi planlaşdıran qadınlar təhlükəsizlik profili hamilə qadınlar üçün yaxşı öyrənilmiş dərman vasitələrilə terapiyaya keçirilə bilər. Hamiləlik baş verdikdə AÇF inhibitorlarının qəbulu dərhal dayandırılmalı və lazım gəldikdə digər terapiya təyin edilməlidir. Hamiləliyin ikinci və üçüncü üçaylıqlarında AÇF inhibitorlarının qəbul edilməsi zamanı fetotoksik təsirin (böyrək funksiyalarının pozulması, oliqohidroamnioz, kəllə sümüklərinin sümükləşməsinin ləngiməsi) və neonatal toksikliyin (böyrək çatışmazlığı, hipotenziya, hiperkaliemiya) meydana çıxması müəyyən edilib. AÇF inhibitorları hamiləliyin ikinci üçaylığında qəbul edildikdə böyrək funksiyalarının və kəllə sümüklərinin USM-ni həyata keçirmək tövsiyə olunur. Anaları AÇF inhibitorları qəbul etmiş yenidoğulmuşlar hipotenziyanın inkişaf ehtimalının qarşısını almaq məqsədilə diqqətlə müşahidə altına alınmalıdır. Amlodipin Hamiləlik zamanı qadınlarda amlodipindən istifadənin təhlükəsizliyi müəyyən olunmayıb. Heyvanlar üzərində aparılan tədqiqatlarda yüksək dozaların qəbul edilməsi zamanı reproduktiv toksiklik müəyyən olunub. Hamiləlik zamanı o hallarda istifadə etmək tövsiyə oluna bilər ki, daha təhlükəsiz alternativ preparat olmasın, xəstəliyin özü isə ana və döl üçün böyük risk yaratsın. Laktasiya dövrü Perindopril Laktasiya dövründə perindoprildən istifadə edilməsi haqqında məlumat yoxdur. Preparat xəstələrin bu kateqoriyası üçün tövsiyə olunmur. Döşlə uşaq əmizdirmə dövründə, xüsusilə də yenidoğumuşları və ya vaxtından əvvəl doğulmuş uşaqları əmizdirən zaman təhlükəsizlik profili müəyyən olunmuş alternativ preparat təyin etmək tövsiyə olunur. Amlodipin Amlodipin ana südünə nüfuz edir. Ananın qəbul etdiyi dozanın uşağa təsir göstərən payı 3-7% civarında, maksimum 15% olaraq qiymətləndirilib. Amlodipinin uşağa təsiri məlum deyil. Dihidropiridin qrupundan olan kalsium kanalları blokatorlarının südə ekskresiya olunması müəyyən olunub. Ana südü ilə qidalandırmanı davam etdirmək/dayandırmaq və ya amlodipinlə terapiyanı davam etdirmək/dayandırmaq haqqında qərar uşaq üçün ana südü ilə qidalanmanın faydası və ana üçün terapiyanın vacibliyi nəzərə alınmaqla qəbul edilməlidir.

Amlessa istifadə qaydası, dozası

 Peroral qəbul edilir. Gündə 1 dəfə 1 tablet, yaxşı olar ki, səhər yeməkdən əvvəl qəbul edilsin. Fiksasiya olunmuş dozaların kombinasiyası antihipertenziv terapiyanın başlanğıcı üçün nəzərdə tutulmayıb. Dozaların dəyişdirilməsi lazım gəldikdə preparatın ayrı-ayrı komponentlərinin fərdi qaydada seçilməsi tövsiyə olunur. Böyrək funksiyaları pozulmuş xəstələr və yaşlı xəstələr Xəstələrin bu kateqoriyasında perindoprilin xaric olması ləngidiyindən, adi tibbi müşahidəyə kreatininin və kaliumun səviyyələrinin tez-tez yoxlanılması daxil edilməlidir. Amlessa preparatı kreatinin klirensi ≥ 60 ml/dəq olduqda təyin edilə bilər və kreatinin klirensi < 60 ml/dəq olduqda uyğun gəlmir. Bu cür xəstələrə komponentlərdən hər birinin ayrı-ayrılıqda dozalarının fərdi qaydada seçilməsi tövsiyə olunur. Plazmada amlodipinin qatılığının dəyişilməsinin böyrəklərin funksiyalarının pozulma dərəcəsi ilə asılılığı yoxdur. Qaraciyər funksiyaları pozulmuş xəstələr Xəstələrin bu kateqoriyası üçün doza rejimi müəyyən edilməyib, göstərilən kombinasiyanı təyin edən zaman ehtiyatlı olmaq lazımdır. Uşaqlar və yeniyetmələr İstifadə edilmir, çünki xəstələrin bu kateqoriyasında monoterapiya zamanı və kombinasiya şəklində perindoprilin və amlodipinin təhlükəsizliyi, təsirliliyi və dözümlülük öyrənilməyib.

Prepared by  T-Soft E-Commerce.