Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Analgin 500 mq2 ml n10 AMPUL (Ukr)

Məhsul Kodu : 111-20824
İstehsalçı ölkə: Ukrayna
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Analgin-Zdorovye, 500 mq/ml inyeksiya üçün məhlul

Analgin-Zdorovye, beynəlxalq patentləşdirilməmiş adı: Metamizole sodium

Analgin-Zdorovye tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 500 mq metamizol natrium vardır.

İstifadəsinə göstərişlər

Müxtəlif mənşəli və lokalizasiyalı (başağrı, diş ağrısı, yanıqlar, əməliyyatdan sonrakı dövrdə ağrı, dismenoreya, artralgiya, nevralgiya, radikulit, miozit); hipertermik sindrom, qızdırma sindromu (qrip, kəskin respirator və digər infeksiyalar zamanı); böyrək və qaraciyər sancısı (spazmolitik vasitələrlə kombinasiyada).

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Asetilsalisil turşusu ilə əlaqədar bronxial astma tutmaları. Qanyaranmanın pozulması, qaraciyər və böyrək çatışmazlığı, irsi hemolitik anemiya, kəskin cərrahi patologiyaya şübhə olduqda, anemiya, leykopeniya, sistolik təzyiqi 100 mmHg-dən aşağı olan pasiyentlərdə, politravmalar, şok, porfiriya və s.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə (xüsusilə I trimestr və son 6 ay) istifadəsi əks göstərişdir. Müalicə dövründə ana südü ilə qidalandırma dayandırılmalıdır.

Pediatriyada istifadəsi

1 yaşa qədər uşaqlarda yalnız əzələdaxili yeridilir. Uşaqlarda yalnız həyati göstərişlər olduqda və həkim nəzarəti altında istifadə olunur. Doza yaşa və çəkiyə görə təyin edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

Analgin-Zdorovye istifadə qaydası

Əzələdaxili və ya şırnaq üsulu ilə venadaxili yeridilir. Böyüklər: sutkada 2-3 dəfə 0,5–1 ml (250–500 mq), maksimum 1 ml (500 mq) birdəfəlik, 2 ml (1 q) sutkalıq. 1 yaşdan yuxarı uşaqlar: gündə 1–2 dəfə, hər yaş üçün 0,1 ml; 1 yaşa qədər – 0,01 ml/kq yalnız əzələdaxili. Venadaxili yeridilmə yavaş, 1 ml/dəq sürətlə aparılır. İstifadə müddəti – 3 gündür.

Prepared by  T-Soft E-Commerce.