Sevimlilərə əlavə edin
Paylaşın

Analgin 500MG N10 Tb (Rus)

Məhsul Kodu : 111-02136
İstehsalçı ölkə : Rusiya
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

ANALGİN, 500 mq tabletlər

ANALGİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq metamizol natrium vardır.

İstifadəsinə göstərişlər

Ağır dərəcəli kəskin və ya xroniki ağrı sindromu, travmalar zamanı və əməliyyatlardan sonra baş verən ağrı sindromu, sancılar, onkoloji xəstəliklər və ağrının aradan qaldırılması üçün digər terapevtik tədbirlərin aparılması əks göstəriş olduğu vəziyyətlər. Digər müalicə metodlarına cavab verməyən yüksək qızdırma.

Əks göstərişlər

- Metamizol natriuma və digər pirazolon törəmələrinə və həmçinin pirazolidinlərə, məsələn, fenilbutazona (bu preparatların istifadəsi nəticəsində aqranulositoz keçirmiş pasiyentlər daxil olmaqla) və ya preparatın tərkibində olan hər hansı digər komponentlərə qarşı hiperhəssaslıq; - analgetik bronxial astma və ya analgetiklərə qarşı dözümsüzlük (övrə – angionevrotik ödem tipli), yəni, salisilatların, parasetamolun və ya diklofenak, ibuprofen, indometasin və ya naproksen kimi, qeyri -steroid iltihabəleyhinə preparatların istifadəsinə cavab olaraq, bronxospazmın və ya anafilaktoid reak siyaların (məsələn, övrə, rinit, angionevrotik ödem) digər formalarının mövcudluğundan əziyyət çəkən pasiyentlər; − sümük iliyin in funksiyasının pozulması (məsələn, sitostatik müalicədən sonra) və ya qanyaradıcı orqanlarda baş verən xəstəliklər; − qlükoza-6-fosfatdehidrogenaza fermentinin irsi çatışmazlığı (hemoliz riski); − kəskin növbələnən qaraciyər porfiriyası (porfiriya tutmalarının inkişaf etmə riski); − hamiləlik (birinci və üçüncü trimestrləri) və laktasiya dövrü; − 15 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Metamizol natrium plasenta r bar yerdən keçir. Preparatın hamil əlik döv ründə ist ifadəsi barədə kifayət qədər məlumatın olmamasını nəzərə alaraq, metamizol natriumu hamiləliyin birinci trimestrində istifadə etmək olmaz; hamiləliyin ikinci trimestrində metamizol natriumun istifadəsi yalnız, preparatın ana üçün gözlənilə n faydası döl üçü n potensial riskdən yüksək olduğu halda mümkündür. Metamizol natriumun prostaqlandinlərin sintezini zəif inhibə etməsinə baxmayaraq, arterial axacağın (Botal) vaxtından əvvəl (bətndaxili) bağlanması ehtimalını və həmçinin, anada və ya yenidoğulmuşda trombositlərin aqreqasiyasının pozulması ilə əlaqəli perinatal ağırlaşmaları istisna etmək olmaz. Bu səbəbdən, hamiləliyin üçüncü trimestrində metamizol natriumun istifadəsi əks göstərişdir.

Metamizol natriumun met abolitləri ana südünə nüfuz ed irlər, bu səbəbdən, preparatdan istifadə etdikdə və həmçinin, sonuncu dozanın qəbulundan sonra, 48 saat müddətində, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tövsiyə olunan dozalar diapazonunda preparatın diqqət k onsentrasiyasına və psixomotor reaksiyalar sürətinə təsiri müəyyən olunmamışdır. Preparatı n yüksək dozalarından istifadə etdikdə, nəqliyyat vasitəsini idarə etdikdə, yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb olunan, potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olduqda, ehtiyat tədbirlərinə riayət etmək tövsiyə olunur.

ANALGİN istifadə qaydası və dozası

Preparatın dozası ağrının və ya qızdırmanın ş iddətindən və həmçinin analgetiklərin təsirinə qarşı fərdi həssaslıqdan asılıdır. Tabletləri bütöv, kifayət qədər maye ilə birlikdə qəbul etmək lazımdır. Başlanğıc olaraq, ən aşağı effektiv dozadan istifadə etmək lazımdır. Preparatın maksimal təsiri, bir q ayda olaraq, daxilə qəbul edil dikdən 30-60 dəqiqə sonra inkişaf edir.

Böyüklər və 15 yaşdan yuxarı yeniyenmələr (bədən kütləsi > 53 kq) üçün birdəfəlik doza 500 - 1000 mq (1 -2 tablet) təşkil edir. Kifayət qədər effekt əldə olunmadıqda, birdəfəlik dozanı sutkada 4 dəfəyə qədər istifadə et mək olar. Maksima l sutkalıq doza 4000 mq (8 tablet) təşkil edir. Preparatı ağrıkəsici maddə kimi 5 gündən artıq və qızdırmasalıcı maddə kimi 3 gündən artıq istifadə etmək olmaz.

Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə metamizol natriumun metabolitlərinin xaricolmasının aşağı düşməsini nəzərə alaraq, preparatın dozasının aşağı salınması tələb olunur. Ağır ümumi vəziyyət və kreatinin klirensinin pozulması Ümumi vəziyyətləri ağır olan pasiyentlərdə və kreatinin klirensi pozulduqda, metamizol natriumun metabolitl ərinin x aricolmasının aşağı düşməsini nəzərə alaraq, preparatın dozasını aşağı salmaq lazımdır. Böyrək və ya qaraciyər çatışmazlığı Böyrək və ya qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə preparatın xaricolma sürətinin aşağı düşməsini nəzərə alaraq, preparatın yüksək dozalarının dəfələrlə təkrar istifadəsindən çəkinmək lazımdır. Qısamüddətli istifadə edildikdə, dozanın aşağı salınması tələb olunmur.

Uzunmüddətli istifadə təcrübəsi barədə heç bir məlumat yoxdur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-02136

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce