Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 3 mq nepafenak vardır.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
digər QSİƏP-ə qarşı hiperhəssaslıq;
anamnezdə asetilsaslisil turşusunun və ya digər QSİƏP-in istifadəsilə əlaqədar olan bronxial
astma, övrə və ya kəskin rinit.
Hamiləlik dövrü
Hamiləlik dövründə nepafenakın qadınlar tərəfindən istifadəsi barədə müvafiq məlumat yoxdur.
Heyvanlar üzərində aparılan tədqiqatlarda dərman preparatının reproduktiv toksikliyə malik
olması müəyyən edilmişdir. İnsan üçün potensial riski məlum deyil. Hamiləlikdən kənar dövrdə
nepafenakın göz damcıları şəklində istifadəsi zamanı preparatın sistem təsirinin əhəmiyyətsiz
olmasını nəzərə alaraq, dərman preparatının hamiləlik dövründə yerli istifadəsi ilə əlaqəli
mövcud riskin əhəmiyyətsiz olacağı ehtimal edilir. Bununla belə, prostaqlandinlərin sintezinin
inhibə olunması, preparatın hamiləliyin gedişinə və/və ya embrionun/dölün inkişafına və/və ya
doğuşun gedişinə və/və ya postnatal inkişafa neqativ təsiri ilə əlaqəli ola bilər və bu səbəbdən,
hamiləlik dövründə qadınlarda Apfekto preparatının istifadəsi tövsiyə olunmur.
Laktasiya dövrü
Nepafenakın insanlarda ana südü ilə xaric olub-olmaması məlum deyil; bununla belə, heyvanlar
üzərində aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, siçovullarda dərman preparatı ana südü
ilə xaric olunur. Laktasiya dövründə qadınlarda preparatın sistem təsirinin əhəmiyyətsiz olmasını
nəzərə alaraq, preparatın ana südü ilə qidalanan uşaqlara təsir göstərməsi gözlənilmir. Apfekto
preparatını laktasiya dövründə qadınlarda istifadə etmək olar.
Reproduktiv yaş dövründə olan qadınlar
Preparatın istifadəsi ilə müalicə qəbul edən reproduktiv yaş dövründə olan qadınlar, etibarlı
kontrasepsiya metodlarından istifadə etməlidirlər.
Fertillik
Preparatın insan fertilliyinə təsiri barədə heç bir məlumat yoxdur.
Dozalanması
Yetkin yaşlı pasiyetlər, ö cümlədən, yaşlı pasiyentlər
Kataraktanın çıxarılması ilə əlaqəli cərrahi müdaxilə nəticəsində əməliyyatdan sonrakı ağrının
və iltihabın profilaktikası və müalicəsi
Zədələnmiş gözün (gözlərin) konyuktival kisəsinə sutkada 1 dəfə 1 damcı preparat damcılatmaq.
Müalicə, kataraktanın çıxarılması ilə əlaqəli cərrahi müdaxilədən 1 gün əvvəl başlamalı və
əməliyyatdan sonrakı dövrün ilk 2 həftəsi müddətində (əməliyyat aparılan gün də daxil olmaqla)
davam etdirilməlidir. Cərrahi müdaxilədən 30-120 dəqiqə əvvəl, zədələnmiş gözün (gözlərin)
konyuktival kisəsinə əlavə olaraq, 1 damcı preparat damcılatmaq lazımdır. Həkim təyinatına
əsasən, əməliyyatdan sonrakı dövrdə müalicəni ilk 3 həftə müddətində həyata keçirmək olar.
Klinik tədqiqatlarda pasiyentlər 21 günə qədər müddət ərzində nepafenakın göz damcıları
şəklində istifadəsi ilə müalicə qəbul etmişdirlər.
Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə kataraktanın çıxarılması ilə əlaqəli cərrahi
müdaxilə nəticəsində əməliyyatdan sonrakı makulyar ödemin inkişaf etmə riskinin aşağı
salınması
Zədələnmiş gözün (gözlərin) konyuktival kisəsinə sutkada 1 dəfə 1 damcı preparat damcılatmaq.
Müalicəni, kataraktanın çıxarılması ilə əlaqəli cərrahi müdaxilədən 1 gün əvvəl başlamaq tövsiyə
olunur. Cərrahi müdaxilədən 30-120 dəqiqə əvvəl, zədələnmiş gözün (gözlərin) konyuktival
kisəsinə əlavə olaraq, 1 damcı preparat damcılatmaq lazımdır. Həkim təyinatına əsasən,
əməliyyatdan sonrakı dövrdə müalicə, 60 günə qədər müddət ərzində (əməliyyat aparılan gün də
daxil olmaqla) davam etdirilməlidir.
Xüsusi pasiyent qrupları
Böyrək və ya qaraciyər pozğunluqlarından əziyyət çəkən pasiyentlər
Böyrək və ya qaraciyər pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə preparatın istifadəsinin
öyrənilməsi istiqamətində tədqiqatlar aparılmamışdır. Nepafenak orqanizmdən əsasən
biotransformasiya yolu ilə xaric olunur; göz damcıları şəklində yerli istifadə edildikdə, dərman
preparatının orqanizmə sistem təsiri əhəmiyyətsizdir. Böyrək və ya qaraciyər pozğunluqlarından
əziyyət çəkən pasiyentlərdə preparatın dozasının korreksiyası tələb olunmur.
Uşaqlar
Uşaqlarda və yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən
edilməmişdir (heç bir məlumat yoxdur). Əlavə məlumatlar əldə olunmayana qədər, preparatın
uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə olunmur.
Yaşlı pasiyentlər
Preparatın yaşlı pasiyentlərdə və nisbətən gənc yaşlı pasiyentlərdə istifadəsinin təhlükəsizliyində
və effektivliyində heç bir fərq aşkar edilməmişdir.
İstifadə qaydası
Preparat yalnız oftalmologiyada yerli istifadə üçün nəzərdə tutulmuşdur.
Pasiyentlər, preparatın istifadəsindən əvvəl flakonun çalxalanmasının zəruriliyi barədə
məlumatlandırılmalıdırlar. Qoruyucu qapaq çıxarıldıqdan sonra, preparatı istifadə etməzdən
əvvəl flakonun üzərindən qoruyucu halqanı xaric etmək lazımdır. Preparatın yerli istifadə
üçün nəzərdə tutulmuş digər oftalmoloji preparatlarla kombinasiyada istifadəsi tələb olunduğu
halda, instillyasiyalar arasında zaman intervalı 5 dəqiqədən az olmamalıdır. Son növbədə göz
məlhəmləri istifadə edilməlidir. Flakonun və damcısalanın möhtəviyyatının mikroorqanizmlərlə
kontaminasiyanın (toxumlaşmanın) qarşısını almaq məqsədi ilə damcısalanın ucluğunun göz
qapaqları ilə və ətraf toxumalarla və eləcədə, digər səthlərlə kontaktından çəkinmək lazımdır.
Pasiyentlər, preparatın istifadəsindən sonra flakonun kip bağlı vəziyyətdə saxlanılmasının
zəruriliyi barədə məlumatlandırılmalıdırlar.
Preparatın növbəti dozasının istifadəsi ötürüldüyü halda, 1 damcı preparat, mümkün qədər tez
gözə damızdırılmalıdır və gələcəkdə müalicə, təyin edilən cədvələ müvafiq davam etdirilməlidir.
Ötürülən dozanı kompensasiya etmək məqsədi ilə preparatı ikiqat dozada istifadə etmək olmaz.