Sevimlilərə əlavə edin
Paylaşın

Artron Krem, 100 ml

Məhsul Kodu : 111-27549
0 Şərh Şərh
27,20 AZN
Kateqoriya: Sümük-əzələ
KolleksiyaQiymət Xəbərdarlığı

Artron, krem

Artron tərkibi

100 ml kremdə: MSM (Methylsulfonylmethane) - 5000 mg Qlükozamin sulfat (Glucosamine sulfate) - 3000 mg Camphora (kamfora) - 1000 mg Xondroitin Sulfat (Chondroitin sulfate) - 500 mg Papain (Papain) - 500 mg Hyaluronic acid (Hialuron turşusu) - 200 mg Menthol (nano ekstrakti) - 100 mg Köməkçi maddələr: distillə edilmiş su (purified water), yumşaldıcı vasitələr (emollients), emulqatorlar (emulsifiers), nəmləndirici vasitələr (humectants), konservantlar (preservatives). Aktiv komponentlərin təsiri: MSM-nin mühüm funksiyası bədəni kükürdlə təmin etməkdir, onsuz bir sıra zülalların, xüsusən də qığırdaq və oynaqların birləşdirici toxumasının sintezi mümkün deyil. Bundan əlavə, MSM iltihabəleyhinə təsirə malikdir, oynaq xəstəliklərində (məsələn, osteoartrit) və ağır məşqdən sonra əzələ ağrılarında ağrı səviyyəsini azaltmağa kömək edir. Qlükozamin sulfat birləşdirici toxumanın əsas struktur materialıdır.

O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin yüksək biomənimsənilməyə malikdir. Dəri səthinə sürtüldükdə yaxşı sorulma qabiliyyətinə malik olduğundan, sorulduqdan sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Xondroitin sulfat - mukopolisaxarid təbiətli maddədir.

Əsasən, sümük və qığırdaq toxumalarında yerləşir. Qığırdaq toxmasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının sturuktur və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdaq toxumasının sturukturunun degenerasiya proseslərini tormozlayır. Qlükozaminqlükan sintezini stimulə etməklə oynaq səthinin və oynaq kisəsinin regenerasiyasını sürətləndirir.

Oynaq mayesinin sintezini sürətləndirməklə zədələnmiş oynaqların hərəkətliliyini artırır. Papain-bitki tərkibli proteolitik fermentdir. Təmizlənmiş papain qığırdaq toxumasına müsbət təsir göstərir. Fəqərəarası disklərin regenerasiyasını stimullaşdırır, yırtıqların ölçüsünü azaldır, həyat qabiliyyətini itirmiş toxumaları (həmçinin yırtıq toxumasını) parçalayır.

Hialuron turşusu insan orqanizminin qığırdaq və sinovial maye kimi bir çox toxumalarında təbii halda mövcud olan qlükozaminoqlikan qrupuna aid polisaxariddir. O mütəmadi olaraq oynaq boşluğuna ifraz olunur və sinovial mayenin amortizasiya və yağlama funksiyaları üçün vacib olan elastiklik və özlülüyünü təmin edir. Kamfora, Nanə ekstraktı-yerli olaraq qan dövranını yaxşılaşdırır, əzələləri boşaldır, ağrıkəsici və iltihab əleyhinə təsir göstərir. Əzələ və oynaq ağrıları zamanı yüksək kliniki effekte malikdir.

İstifadəsinə göstərişlər

Oynaq və əzələ ağrıları, oynaq və qığırdaq toxumalarının degenerativ-distrofik dəyişikliyi, boyun, diz artritlərini müşayiət edən diskomfort və ağrı hissi, revmatoid artrit, travmalar zamanı tövsiyə olunan krem.

Artron istifadə qaydası və dozası

Lazım olan nahiyəyə gündə 2-3 dəfə dairəvi hərəkətlərlə sürtülür. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27549

Oxşar Məhsullar

Akurafleks 75 ml Krem
22,80 AZN -%0
22,80AZN
Alflutop 10 Mq 1 ml N10 Ampula
55,00 AZN -%0
55,00AZN
Algostop 100 ml Gel
26,50 AZN -%0
26,50AZN
Armogren 100 Qr Gel
31,50 AZN -%0
31,50AZN
Arteasy 50 ml Krem
19,00 AZN -%0
19,00AZN
Arteks 50 ml Gel
23,80 AZN -%0
23,80AZN
Artron A 1500 Mq N20 Paket
20,47 AZN -%0
20,47AZN
Artroz 100 ml Gel
33,00 AZN -%0
33,00AZN
Atigen 100 ml Gel
26,50 AZN -%0
26,50AZN
Bonviva 150MG N3 Tb (Roche)
102,46 AZN -%0
102,46AZN
Chondro Best N60 Kapsul
65,00 AZN -%0
65,00AZN
Chondrobest 100 ml Gel Krem
36,80 AZN -%0
36,80AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce