Sevimlilərə əlavə edin
Paylaşın

Atrovent 0, 25 Mq 20 ml Məhlul

Məhsul Kodu : 111-02084
İstehsalçı ölkə : Almaniya
1 Şərh Şərh
6,73 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

ATROVENT, 0,025% inhalyasiya üçün məhlul 

Atrovent tərkibi

 Təsiredici maddə:  1 ml (20 damcı) inhalyasiya üçün məhlulun tərkibində 261 mkq  ipratropium bromid monohidrat vardır ki, bu da 0,25 mq susuz  ipratropium bromidə müvafiqdir.                                                            Köməkçi maddələr: benzalkonium xlorid, dinatrium edetat dihidrat, natrium xlorid, xlorid  turşusu, təmizlənmiş su. 

İstifadəsinə göstərişlər:

  ATROVENT® 0,025%-li inhalyasiya üçün məhlul və standart dozalar olan ampullarda 500 mkq-lıq ATROVENT® inhalyasiya üçün məhlul  ATROVENT® bir bronxodilatator kimi ağciyərin xronik obstruktiv xəstəlikləri, o cümlədən, xroniki bronxit və emfizema ilə müşayiət olunan bronxospazmın müalicəsində istifadə olu-nur.  ATROVENT® inhalyasion β-aqonistlərlə yanaşı istifadə olunarkən, ağciyərin xronik obstruktiv xəstəlikləri, o cümlədən, xroniki bronxit və astma ilə müşayiət olunan kəskin bronxospazmın müalicəsində istifadə olunur.

Əks göstərişlər:

  ATROVENT® preparatının Atropinə, yaxud onun törəmələrinə (İpatropium bromid kimi aktiv tərkib hissəli), eləcə də, bu tibbi məhsulun hər hansı bir komponentinə qarşı yüksək həssaslığı olan xəstələrdə istifadəsi əks göstərişdir. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 ATROVENT® preparatının insan hamiləliyi dövründə istifadəsinin təhlükəsizliyi hələ müəyyənləşdirilməmişdir. Təsdiqlənmiş və yaxud şübhəli olan hamiləlik müddətində ATROVENT® preparatının istifadəsinin faydası doğulacaq körpəyə mümkün zərəri ilə qarşılıqlı müqayisə olunmalıdır. Qeyri-klinik tədqiqatlar insanlarda məsləhət görülən dozalarla müqaytisədə çox yüksək dozalarda inhalyasiya və ya intranasal təyinindən sonra embriotoksik, yaxud teratogen təsirin olmadığını göstərdi.  İpratropium bromid preparatının insanlarda ana südü ilə ekskresiya olunub-olunmaması məlum deyil. İpratropium bromid, xüsusilə də, inhalyasiya nəticəsində körpəyə çox həcmdə keçməsi az ehtimal olunandır. Bununla belə, İpratropium bromidi körpəsini əmizdirən analara ehtiyatla təyin etmək lazımdır.   Nəsil artımı  Nəsil artımına təsiri ilə əlaqəli İpratropium bromid haqda klinik məlumatlar yoxdur. İpratropium bromid ilə aparılmış qeyri-klinik tədqiqatlarda nəsil artımına əlavə təsirlərin olmadığı göstərilib (“Toksikologiyası” bölməsinə baxın).

 Atrovent istifadə qaydası, dozası

 Dozalar fərdi tələblərə müvafiq adaptasiya olunmalı və xəstələr müalicə ərzində tibbi nəzarətdə olmalıdırlar. Məsləhət görülür ki, ya kəskin və ya da dəstəkləyici terapiya zamanı məsləhət görülmüş gündəlik doza artırılmasın.    Əgər müalicə kifayət edəcək yaxşılaşmağa səbəb olmursa, yaxud xəstənin vəziyyəti pisləşirsə, yeni bir müalicə planı müəyyən etmək üçün tibbi məsləhət axtarılmalıdır. Xəstə xəbərdar edilməlidir ki, tənəffüsün kəskin və ya tez pisləşməi halında (tənəffüsün çətinləşməsi) dərhal həkim məsləhəti lazımdır.   Aşağıdakı dozalar məsləhət görülür:  ATROVENT® 0,025%-li inhalyasiya üçün məhlul (20 damcı =təxminən 1 ml; 1 damcı = 0,0125 mq susuz İpratropium bromid)  Dəstəkləyici müalicə Böyüklər (o cümlədən, yaşlılar) və 12 yaşdan yuxarı yeniyetmələr: 2,0 ml (40 damcı = 0,5 mq İpratropium bromid anhidrat) gündə 3-4 dəfə.   6-12 yaşlarda uşaqlar Bu yaş qrupları üçün məhdud məlumatlar olduğundan tibbi nəzarət altında aşağıdakı dozalar təyin oluna bilər:  1,0 ml (20 damcı = 0,25 mq İpratropium bromid anhidrat) gündə 3-4 dəfə.   6 yaşa qədər uşaqlar  Bu yaş qrupları üçün məhdud məlumatlar olduğundan tibbi nəzarət altında aşağıdakı dozalar təyin oluna bilər:  0,4-1,0 ml (8-20 damcı = 0,1-0,25 mq İpratropium bromid anhidrat) gündə 3-4 dəfə.  Kəskin tutmalar Böyüklər (o cümlədən, yaşlılar) və 12 yaşdan yuxarı yeniyetmələr:  2,0 ml (40 damcı = 0,5 mq İpratropium bromid anhidrat); xəstənin halı stabilləşənə kimi təkrar dozalar təyin oluna bilər. Dozalar arasında zaman intervalı həkim tərəfindən müəyyənləşdirilə bilər.   ATROVENT® inhalyasiya olunan β-aqonistlərlə kombinasiyada təyin oluna bilər. 6-12 yaşlarda uşaqlar  Bu yaş qrupları üçün məhdud məlumatlar olduğundan tibbi nəzarət altında aşağıdakı dozalar təyin oluna bilər:  1,0 ml (20 damcı = 0,25mq İpratropium bromid anhidrat); xəstənin halı stabilləşənə kimi təkrar dozalar təyin oluna bilər. Dozalar arasında zaman intervalı həkim tərəfindən müəyyənləşdirilə bilər.   ATROVENT® inhalyasiya olunan β-aqonistlərlə kombinasiyada təyin oluna bilər. 6 yaşa qədər uşaqlar Bu yaş qrupları üçün məhdud məlumatlar olduğundan tibbi nəzarət altında aşağıdakı dozalar təyin oluna bilər:  0,4-1,0 ml (8-20 damcı = 0,1-0,25mq İpratropium bromid anhidrat) gündə 3-4 dəfə; xəstənin halı stabilləşənə kimi təkrar dozalar təyin oluna bilər. Dozalar arasında zaman intervalı həkim tərəfindən müəyyənləşdirilə bilər.   ATROVENT® inhalyasiya olunan β-aqonistlərlə kombinasiyada təyin oluna bilər. İpratropium bromid anhidratin gündəlik dozanın böyüklər və 12 yaşdan yuxarı uşaqlarda 2 mq-ı, 12 yaşa qədər uşaqlarda 1mq-ı keçməsi tibbi nəzarət altında olmalıdır.   İstifadəsi üçün təlimat Lütfən, istifadəsi üçün təlimatı diqqətlə oxuyun ki, düzgün istifadə etməyinizə əmin olasınız. ATROVENT® 0,025%-li inhalyasiya üçün  məhlul Məsləhət görülmüş doza son həcm 3-4ml olana qədər fizioloji məhlul ilə durulaşdırılır və məhlul istifadə olunana kimi inhalyasiya olunur. Məhlul hər dəfə istifadəsindən əvvəl yenidən durulaşdırılmalıdır; durulaşdırılmış qalıq məhlul isə atılmalıdır.   Dozalar inhalyasiya üsulundan və püskürdülmə keyfiyyətindən asılı ola bilər. İnhalyasiyanın müddəti durulaşdırılmış həcm vasitəsilə nəzarət oluna bilər.  İnhalyasiya üçün ATROVENT® məhlulu püskürdücü cihaz istifadə edilməklə təyin oluna bilər. Ən yaxşı halda oksigenin istifadəsi ilə məhlulun təyini dəqiqədə 6-8 litrdir.  İnhalyasiya üçün ATROVENT® məhlulunun inhalyasiya üçün olan MUCOSOLVAN® sekretomukolitik, inhalyasiya üçün BISOLVON® və BEROTEC® ilə yanaşı istifadəsi münasibdir.   İnhalyasiya üçün ATROVENT® məhlulu və Dinatrium kromoqlikat inhalyasiya məhlulu yanaşı təyin edilməməlidir, belə ki, eyni püskürüdücüdə çökmənin baş verməsi mümkündür. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-02084

Oxşar Məhsullar

Airovent 10 Mq N28 Tablet
13,80 AZN -%0
13,80AZN
Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
Brequal 50 Mkq/500 Mkq N60 Kapsul
56,65 AZN -%0
56,65AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce