Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 dozada 0,0275 mq flutikazon furoat (mikronizə edilmiş) vardır.
Böyüklər və yeniyetmələr (12 yaş və daha yuxarı) Mövsümi allergik rinitin nazal və göz simptomlarının müalicəsi. İl boyu davam edən allergik rinitin nazal simptomlarının müalicəsi. Uşaqlar (2 yaşdan 11 yaşa kimi) Mövsümi və il boyu davam edən allergik rinitin nazal simptomlarının müalicəsi.
Avamis nazal spreyi preparatın hər hansı bir komponentlərinə qarşı yüksək həssaslığı olan pasiyentlərə əks göstərişdir.
İntranazal şəkildə istifadə olunan Avamis nazal spreyinin insanda hamil əlik və laktasiya dövrlərində istifadəsi ilə bağlı heç bir m əlumat yoxdur. Avamis nazal spreyi hamil əlik dövründə yalnız ana üçün fayda döl üçün potensial riski yüksək olan zaman istifadə oluna bilər. Fertillik İnsan üçün m əlumatlar yoxdur (“Klinikayaqədərki m əlumatlar”, “Reproduktiv toksikologiya” bölməsinə bax). Hamiləlik Tövsiyə olunan insan üçün maksimal dozada (110 mkq/gün) Avamis nazal spreyinin intranazal şəklində istifadəsi zamanı flutikazon furoatın qan z ərdabında konsentrasiyası, adətən, aşkar edil ə bilməyən olmuşdur, ona gör ə də bu preparatın reproduktiv toksikliyinin potensialının aşağı olması güman olunur (“Klinikayaqədərki məlumatlar”, “Reproduktiv toksikologiya” bölməsinə bax).
Ana südü ilə qidalandırma dövrü Flutikazon furoatın insan ana südü ilə xaric olması öyrənilməmişdir.
Flutikazon furoatın v ə digər intranazal ş əklində istifadə olunan steroidl ərin farmakoloji xüsusiyyətlərinə əsasən flutikazon furoatın n əqliyyat vasit ələrinin v ə ya mexanizml ərin idar ə olunmasına təsir etdiyinə heç bir əsas yoxdur.
Avamis nazal sprey yalnız intranazal yolla istifadə üçün nəzərdə tutulub. Maksimal müalicəvi effekti əldə etmək üçün preparatı müntəzəm istifadə etmək tövsiyə olunur. İlkin təsir artıq preparatın qəbulundan 8 saat sonra müşahidə olunur. Maksimal effekti əldə olunması üçün bir neçə gün tələb edə bilər.
Dərmanın dərhal təsir göstərməməsi səbəbi pasiyentə izah olunmalıdır. Xəstə qrupları Mövsümi və il boyu davam edən allergik rinitin müalicəsi Böyüklər və yeniyetmələr (12 yaş və daha yuxarı) Tövsiyə olunan başlanğıc doza — gündə bir dəfə hər burun boşluğuna 2 püskürtmə (1 püskürtmədə 27,5 mkq flutikazon furoat, ümumi gündəlik doza 110 mkq). Simptomlara adekvat nəzarət əldə edildikdən sonra dəstəkləyici doza kimi gündə bir dəfə və hər burun boşluğuna 1 püskürtmə istifadə oluna bilər (ümumu gündəlik doza 55 mkq). Uşaqlar (2 yaşdan 11 yaşa kimi) Tövsiyə olunan başlanğıc doza — gündə 1 dəfə hər burun boşluğuna 1 püskürtmə (bir püskürtmə 27,5 mkq flutikazon furoat, ümumi gündəlik doza 55 mkq).
Gündə 1 dəfə hər burun boşluğuna 1 püskürtmənin (ümumi gündəlik doza 55 mikroqram) tətbiq edildiyi xəstələrdə istənilən effekt olmadıqda, dozanı gündə 1 dəfə hər burun boşluğuna 2 püskürtməyə qədər artırmaq olar (ümumi gündəlik doza 110 mikroqram). Simptomların adekvat nəzarətinə nail olunduqdan sonra dozanı gündə 1 dəfə, hər burun boşluğuna 1 püskürtməyə qədər azaltmaq tövsiyə olunur (ümumi gündəlik doza 55 mkq). Uşaqlar (2 yaşdan aşağı) Avamis nazal spreyinin 2 yaşdan aşağı uşaqlarda mövsümi və il boyu davam edən rinitin müalicəsində tövsiyə olunması ilə bağlı heç bir məlumat yoxdur. Yaşlı pasiyentlər Dozanın korrreksiyasına ehtiyac yoxdur (“Farmakokinetika” bölməsinə bax).
Böyrək funksiyası pozulmuş xəstələr Dozanın korrreksiyasına ehtiyac yoxdur (“Farmakokinetika” bölməsinə bax). Qaraciyər funksiyası pozulmuş xəstələr Qaraciyər funksiyası pozulmuş x əstələrdə dozanın korreksiyasına ehtiyac yoxdur (“Xüsusi göstərişlər” və “Farmakokinetika” bölməsinə bax). İstifadəsi üzrə tövsiyələr və göstərişlər Xəstələrə qurğunu ilk istifadə etməzdən əvvəl hazırlamaq və flakon açıq qaldıqda və ya qurğunun artıq işləməməsi əlamətləri varsa, yenidən hazırlamağı öyrətmək lazımdır. Qurğunu hazırlamaq m əqsədilə nazal spreyi qapağı bağlı ş əkildə təqribən 10 saniy ə ərzində yaxşıca çalxalamaq lazımdır.
Bu vacibdir, çünki flutikazon furoat qatı suspenziya olduğuna gör ə, yaxşıca çalxalandıqda maye halına keçir. Preparat yalnız maye formasında g əldikdə püskürdülə bilər. Psiyent mayenin xırda damcıları görün ənə qədər klapanı bir neç ə dəfə (təxminən 6 d əfə) gücl ə basmalıdır (dozanın tam şəkildə yeridilməsini təmin etmək üçün). Qurğunun ilkin hazırlanmasından sonra, x əstə hər istifad ədən əvvəl nazal spreyi möhk əm çalxalamalıdır.
Başlığı t əmiz saxlamaq üçün v ə qurğunun yenidən təkrarən hazırlanmasının qarşısını almaq üçün, istifadədən sonra qapağı yenidən örtmək lazımdır. Nazal sprey ‒ Nazal sprey, içərisində 120 doza preparat olan plastik qutuya yerləşdirilmiş qəhvəyi şüşə flakonda buraxılır (şəkil a). ‒ Plastik qutunun üzərində olan indikator pəncərəsi, flakonda nə qədər preparat qaldığını görməyə imkan verir. ‒ Preparatın ucluqdan püskürdülm əsi, düym əni (yan tərəfdə) axıra qədər möhkəm basmaqla həyata keçirilir.
‒ Çıxarıla bilin ən qapaq ucluğu tozdan qoruyur v ə tutulmasının qarşısını alır. Avamis nazal sprey preparatı haqqında bilməli olduğunuz altı mühüm məlumat 1. Nazal sprey tünd r əngli şüş ə flakonda buraxılır. Preparatın nazal sprey üçün flakonda s əviyyəsini yoxlamaq üç ün ona işıqda baxmaq lazımdır.
Bu zaman indikator p əncərədən d ərman vasit əsinin s əviyyəsi görünəcək. 2. Siz nazal spreyi ilk d əfə istifadə etdikdə, onu qapağın çıxartmadan t əqribən 10 saniy ə ərzində möhkəm ş əkildə çalxalayın. Bu çox vacibdir, əgər onu yaxşı çalxalasaq qatı Avamis nazal spreyi, mayey ə çevrilir (şəkil b).
Preparat yalnız maye halında olanda püskürdülə bilər. 3. Ucluq vasit əsilə dərman vasit əsinin püskürdülm əsini təmin etm ək üçün yan t ərəfdəki düym ə (möhkəm) axıra qədər basılmalıdır (şəkil c). 4.
Əg ər Siz baş barmağınızla düym əni basmaqda ç ətinlik çəkirsinizsə, o zaman bunu iki əlinizlə edə bilərsiniz (şəkil d). 5. Siz nazal spreyd ən istifadə etmədiyiniz zaman, qurğunu həmişə qapağı bağlı v əziyyətdə saxlayın. Qapaq onu tozdan qoruyur, hermetikliyini t əmin edir v ə ucluğun tıxanmasının qarşısını alır.
Qapaq yerind ə olduqda, düymənin təsadüfən basılma ehtimalı yoxdur. 6. Ucluğu t əmizləmək üçün heç vaxt sancaq v ə ya iti vasitələrdən istifad ə etməyin. Bu, nazal spreyin zədələnməsinə qətirəcək.
Nazal spreyin istifadəyə hazırlığı Aşağıdakı hallarda istifadə üçün nazal spreyini düzgün hazırlamalısınız: • Siz, ilk dəfə onu istifadə etməzdən əvvəl • flakon açıq qaldıqda. Nazal spreyin istifadəsi üçün düzgün hazırlanması, Sizə əmin olmaq imkanı verir ki, həmişə tam dozadan istifadə edəsiz. Aşağıdakı göstərişlərə əməl edin: ‒ Qapağı bağlı halda təqribən 10 saniyə ərzində nazal spreyi möhkəm çalxalayın. ‒ Baş barmaq və şəhadət barmağınızla yan tərəfdən basaraq qapağı çıxarın (şəkil e).
‒ Nazal spreyi şaquli vəziyyətdə, ucluğu isə özünüzdən uzaqda saxlayın. ‒ Düyməni axıra qədər möhkəmcə basın. Havada incə maye damcıları əmələ gətirilənə qədər bunu ən azı 6 dəfə edin (şəkil f). Artıq nazal sprey istifadəyə hazırdır.
Nazal spreyin istifadə olunması 1. Nazal spreyi möhkəm çalxalayın. 2. Qapağı çıxarın.
3. Burun keç əcəklərindən n əfəs ver ərək burun boşluğunu təmizləyin və başınızı bir qədər qabağa əyin. 4. Nazal spreyi şaquli v əziyyətdə götürün v ə yavaşca burun dəliklərindən birinə yeridin (şəkil g).
5. Ucluğu burun ç əpərinə yox, xarici divarına yön əldərək burun d əliyinə yeridin. Bu preparatın burun boşluğunda düzgün şəkildə püskürdülməsinə kömək edir. 6.
Burnunuzdan n əfəsi iç əri alanda, güclə axıra kimi düyməni bir dəfə basın (şəkil h). 7. Spreyin gözl ərinizə düşməsindən ç əkinin. Əg ər gözlərinizə düşübsə, onları su ilə yaxşıca yumaq lazımdır.
8. Burun dəliyindən ucluğu çıxarın və ağızdan nəfəs verin. 9. Əgər h əkiminiz Siz ə hər burun d əliyinə 2 püskürtm ə təyin etmişdirs ə, o zaman bunu 4 -6-ya kimi veril ən göstərişləri təkrar edin.
10. Digər burun d əliyi üçün d ə 4-6-ya kimi veril ən göstərişləri təkrar edin. 11. Nazal spreyin qapağını taxın.
Nazal spreyin təmizlənməsi Hər istifadədən sonra: ‒ Qapağın ucunu və içini salfetlə silin (şəkil i и j). Bu zaman sudan istifadə etməyin. Təmiz və quru salfetdən istifadə edin. ‒ Ucluğu təmizləmək üçün heç zaman sancaqdan və ya iti vasitələrdən istifadə etməyin.
‒ Spreydən istifad ə etdikdən sonra hər zaman qapağını taxın. Çünki o, ucluğu tozdan qoruyur, hermetikliyini t əmin edir və tutulmasının qarşısını alır. Əgər Sizə elə gəlirsə ki, nazal sprey işləmir: ‒ Flakonda h ələ də preparatın qalıb -qalmadığını yoxlayın. İndikator p əncərədən d ərman vasitəsinin s əviyyəsi görün əcək.
Əg ər çox az s əviyyədə maye qalmışdırsa, o nazal spreyi işlətmək üçün kifayət olmaya bilər. ‒ Flakonun zədələnib zədələnməməsini yoxlayın. ‒ Əgər siz ucluğun tutulduğunu düşünürsünüzs ə, onda onu təmizləmək üçün sancaq və ya digər iti vasitələrdən istifadə etməyin. ‒ “Nazal spreyin istifad əyə hazırlanması” bölməsində olan göstərişlərə əməl edəərək qurğunu işə salmağa çalışın.
‒ Əgər sprey h ələ də işləmirsə və ya incə maye damcılarından başqa bir şey əmələ gətirirsə (məsələn, maye axını) v ə ya sprey istifad ə edərkən narahatlıq hiss edirsinizs ə, onu əczaçıya qaytarın.