Azitromisin 500 mq N3 kapsul (Parla)
Bitib
Stokda olanda mənə xəbər verin.Azitromisin Parla, 500 mq örtüklü tabletlər
Azitromisin Parla, beynəlxalq patentləşdirilməmiş adı: Azithromycin
Azitromisin Parla tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq azitromisinə ekvivalent olan 525 mq azitromisin dihidrat vardır.
İstifadəsinə göstərişlər
Azitromisin tabletləri azitromisinə həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı xəstəliklərin müalicəsində istifadə oluna bilər:
– Kəskin bakterial sinusit
– Kəskin bakterial otit (orta qulağın iltihabı)
– Faringit, tonzillit
– Xroniki bronxitin kəskinləşməsi
– Yüngül və orta ağırlıq dərəcəli xəstəxanadan kənar pnevmoniya
– Dəri və yumşaq toxumaların infeksiyaları
– Ağırlaşmamış Chlamydia trachomatis tərəfindən törədilən uretrit və servisit
Əks göstərişlər
Azitromisinə, eritromisinə, digər makrolid və ketolid antibiotiklərə, soya və ya yer fıstığına, soya lesitininə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı yalnız, ana üçün olan fayda döl üçün olan potensial riskdən üstün olduğu hallarda istifadə etmək olar. Laktasiya dövründə azitromisin ana südü ilə xaric olduğuna görə, müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır. Müalicədən 2 gün sonra laktasiya bərpa edilə bilər.
Pediatriyada istifadəsi
Azitromisin tabletləri yalnız çəkisi 45 kq-dan çox olan uşaqlara, böyüklər üçün adi doza istifadə edildikdə verilməlidir. 45 kq-dan az olan uşaqlar üçün suspenziya formasından istifadə olunmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Azitromisin görmə pozğunluğu və bulanıq görmə halları yarada biləcəyi üçün müalicə zamanı nəqliyyat vasitələrinin idarəsi və diqqət tələb edən fəaliyyətlər zamanı ehtiyatlı olmaq lazımdır.
Azitromisin Parla istifadə qaydası
Böyüklər üçün:
– Ağırlaşmamış xlamidiya uretriti və servisiti: bir dəfə 1000 mq daxilə
– Digər hallarda: 3 gün ərzində gündə 500 mq və ya alternativ olaraq 5 gün ərzində – 1-ci gün 500 mq, 2–5-ci günlər 250 mq
Uşaqlar: yalnız 45 kq-dan yuxarı çəkiyə malik uşaqlara böyüklər dozası tətbiq olunur.
Qaraciyər və böyrək çatışmazlığı zamanı yüngül və orta hallarda doza tənzimlənməsi tələb olunmur.
Yaşlılarda: adi böyüklər dozası tətbiq olunur, lakin ürək ritm pozğunluğu riski səbəbindən ehtiyatlı olmaq tövsiyə olunur.