Sevimlilərə əlavə edin
Paylaşın

Beklomil 100MG 200 Doz Nazal Sprey

Məhsul Kodu : 111-26167
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
21,22 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

BEKLOMİL, dozalanmış nazal sprey

BEKLOMİL tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq susuz beklometazon dipropionat vardır.

İstifadəsinə göstərişlər

İlboyu və mövsümi allergik rinitin və vazomotor rinitin profilaktikası və müalicəsi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; yerli virus və vərəm infeksiyası; 6 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Beklomil preparatı hamiləlik dövründə qadınlarda yalnız ciddi zərurət olduğu hallarda və həkimin birbaşa nəzarəti altında istifadə edilməlidir. Hamiləlik dövründə qadınlarda beklometazon dipropionatın təhlükəsizliyinə dair məhdud məlumatlar vardır. Preparat hamiləlik dövründə qadınlarda yalnız qadın üçün gözlənilən fayda döl üçün potensial risklərdən daha üstün olduğu hallarda istifadə edilməlidir. Heyvanlarda reproduktiv toksiklik tədqiqatlarında güclü kortikosteroidlərə xas olan əlavə təsirlər yalnız beklometazonun sistem təsiri ilə qeyd edilmişdir, bu da onun yüksək dozalarının istifadəsi zamanı əldə olunur; preparatın intranazal istifadəsi zamanı sistem təsiri cüzidir.

Laktasiya Beklometazon dipropionatın ana südü ilə xaric edilməsinə dair xüsusi tədqiqatlar aparılmamışdır. Beklometazon dipropionatın ana südü ilə xaric olması ehtimal olunur, lakin preparatın intranazal yolla istifadə olunan dozalarda tətbiqi zamanı ana südündə əhəmiyyətli konsentrasiyaların əldə olunması ehtimalı azdır. Bununla belə, laktasiya zamanı qadınlarda beklometazon dipropionatın istifadəsi zamanı, həkim həm qadın, həm də uşaq üçün risk/fayda nisbətini diqqətlə qiymətləndirməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.

BEKLOMİL istifadə qaydası və dozası

Dozalanma Böyüklər və 6 yaşdan yuxarı uşaqlar Gündə bir dəfə hər burun dəliyinə 2 püskürtmə təyin edilir. Uşaqlarda, zəruri hallarda, aşağıdakı dozalanma rejimindən istifadə etmək olar: gündə iki dəfə hər burun dəliyinə 1 püskürtmə. Təsir tədricən inkişaf edir, tam terapevtik effektin əldə olunması üçün preparatı müntəzəm olaraq (bir neçə gün) istifadə etmək tövsiyə olunur. 6 yaşdan kiçik uşaqlar 6 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi əks göstərişdir.

İstifadə qaydası Preparat yalnız intranazal istifadə üçün nəzərdə tutulub. İstifadəsinə dair təlimat Hər istifadədən əvvəl flakonu silkələmək lazımdır. Preparatı istifadə etməzdən əvvəl qoruyucu qapağı, təhlükəsizlik halqasını çıxarmaq və püskürtmə mexanizmini işə salmaq üçün dozalayıcı qurğuya bir neçə dəfə basmaq lazımdır. Preparatın burun boşluğuna püskürtməsi 1.

Burun boşluğunu ehtiyatla təmizləyin. 2. Qoruyucu qapağı çıxarın. 3.

Dozalayıcı qurğunu bağlayan qoruyucu halqanı çıxarın. 4. Flakonu barmaqlarınız arasında saxlayın, nəzərə çarpan axın əldə edilənə qədər püskürtmə mexanizmini işə salmaq üçün dozalayıcı qurğuya bir neçə dəfə basın. 5.

Dozalayıcı qurğunu bir burun dəliyinə yerləşdirin və digər burun dəliyini barmağınızla bağlayın. Eyni zamanda, nəfəs alın və dozalayıcı qurğunun əsasını basın (bu, təsiredici maddənin birdəfəlik dozalanmasını təmin edir). İkinci burun dəliyi üçün proseduru təkrarlayın. 6.

Preparatı istifadə etdikdən sonra qoruyucu qapağı və qoruyucu halqanı yerinə yerləşdirin. 7. Dozalayıcı qurğunun tıxanması halında, iti əşyalarla dəliyinə toxunmadan isti su ilə yaxşı yuyulmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26167

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce