Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Bepanten 50 Mg 100 Məlhəm

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-14568
İstehsalçı ölkə: Almaniya
18,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BEPANTEN, xaricə istifadə üçün məlhəm

BEPANTEN tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 50 mq dekspantenol vardır.

İstifadəsinə göstərişlər

Dərinin xırda zədələnmələri: yüngül yanıqlarda və sıyrıntılarda; radio-, fototerapiya və ya UB-şüalanma nəticəsində dərinin iltihabı, qıcıqlanması; xroniki xoralar, yataq yaraları, anal çatlar, dərinin transplantasiyası və uşaqlıq boynunun eroziyası; kortikosteroidlərlə müalicə zamanı sağalma proseslərinin aktivləşdirilməsi, Quru və çatlamış dəriyə qulluq, Çağalarda bişməcələrin profilaktikası və müalicəsi, Uşaq əmizdirən dövrdə süd vəzilərinə müntəzəm qulluq, döş gilələrində əmələ gələn ağrıların və ya çatların müalicəsi.

Əks göstərişlər

Preparatın təsiredici maddəsinə və digər komponentlərinə qarşı yüksək həssaslıq. Hemofiliyalı xəstələrdə ağır qanaxma riski olduğu üçün yaralarda istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dekspantenolun reproduktivliyə təsiri öyrənilməmişdir. Hamiləlik və laktasiya dövründə məlhəmin istifadəsinə dair heç bir məhdudiyyət yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

BEPANTEN istifadə qaydası və dozası

Xaricə istifadə edilir. Məlhəmi gündə bir, yaxud zərurət yarandıqda bir neçə dəfə nazik təbəqə şəklində dəriyə tətbiq olunmalıdır. Uşaq əmizdirən analarda süd vəzilərinə qulluq: hər əmizdirmədən sonra məlhəmi döş gilələrinə çəkməli. Çağaya qulluq: hər dəfə uşağın bezini dəyişərkən zədələnmiş yerlərə çəkməli. Müalicə müddəti xəstəliyin xüsusiyyətindən və gedişindən asılıdır.

Prepared by  T-Soft E-Commerce.