Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Berodual-N 25/50 mq 20 ml məhlul

Məhsul Kodu : 111-02108
İstehsalçı ölkə: Almaniya
10,43 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BERODUAL, inhalyasiya üçün məhlul

Berodual tərkibi

 Təsiredici maddə:  1 ml inhalyasiya üçün məhlulun tərkibində 500 mkq (0,5 mq) fenoterol  hidrobromid, 250 mkq (0,25 mq) susuz ipratropium bromidə ekvivalent olan   261 mkq (0,261 mq) ipratropium bromid monohidrat vardır. Köməkçi maddələr: benzalkonium xlorid (100 mkq/ml, hər püskürmədə 10 mkq müvafiq olaraq),  natrium edetat dihidrat, natrium xlorid, xlorid turşusu, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Tənəffüs yollarının xroniki obstruktiv xəstəlikləri zamanı təngnəfəsliyin qarşısının alınması və müalicəsi üçün: allergik və qeyri-allergik (endogen) mənşəli bronxial astma, fiziki yüklənmə səbəbindən yaranan bronxial astma və emfizema ilə müşayiət olunan və olunmayan xroniki obstruktiv bronxit.

Əks göstərişlər:

 Fenoterol hidrobromidə və/və ya ipratropium bromidə, atropinəbənzər maddələrə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq hipertrofik obstruktiv kardiomiopatiya taxiaritmiya

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Hamiləlik Klinikayaqədərki tədqiqatların nəticələri və insanda istifadə təcrübəsi göstərir ki, fenoterol və ya ipratropium hamiləlik zamanı, xüsusilə birinci trimestrdə əlavə reaksiyaların inkişafına səbəb olmur. Buna baxmayaraq, hamiləlik zamanı dərmanların istifadəsi ilə bağlı adi ehtiyat tədbirləri həyata keçirilməlidir. Fenoterolun uşaqlığın yığılma qabiliyyətinə təsiri nəzərə alınmalıdır. Β2-simpatomimetiklərin hamiləliyin son mərhələsində və ya yüksək dozalarda istifadəsi yenidoğulmuş körpədə mənfi təsirlərə (tremor, taxikardiya, qanda şəkərin səviyyəsinin qalxıb-enməsi, hipokaliemiya) səbəb ola bilər. Laktasiya dövrü Fenoterolа hidrobromid ana südünə nüfuz edə bilər, ipratropium bromidə münasibətdə belə məlumatlar alınmamışdır. İpratropiumun südəmər uşağa əhəmiyyətli təsiri, xüsusilə preparatın aerozol şəklində istifadəsi zamanı az ehtimal olunur.  Bununla belə, südəmər uşağı olan analara  Berodual  preparatı ehtiyatla təyin edilməlidir. Fertillik İpratropium bromid və fenoterol hidrоbromidin kombinəolunmuş istifadəsi  və həmçinin iki komponentdən hər birinin ayrılıqda istifadəsi zamanı fertilliyə təsir barədə klinik məlumatlar yoxdur. Lakin, klinikayaqədərki məlumatlar göstərir ki, fenoterol hidrоbromidin və ipratropium bromidin ayrı-ayrılıqda insan fertilliyinə mənfi təsiri yoxdur. 

Berodual istifadə qaydası, dozası

 Yalnız nebulayzer vasitəsilə inhalyasiya üçün nəzərdə tutulmuşdur. Müalicə tibbi müşahidə altında, məsələn, xəstəxana şəraitində başlanmalı və aparılmalıdır. Tez təsir edən β-aqonist bronxgenəldicilər, məsələn, təzyiq altında olan Berodual inhalyasiya məhlulu yüngülləşməni təmin etmədiyi halda, təcrübəli həkimlə məsləhətləşdikdən sonra pasiyentlərə ev şəraitində müalicə tövsiyə edilə bilər. Preparat, həmçinin digər səbəblərdən nebulayzerlə müalicə qəbul edə bilməyən (təzyiq altında olan inhalyasiya məhlullarının istifadəsi ilə bağlı problemlər və s.) pasiyentlərə və ya yüksək dozalarla müalicənin tələb olunduğu təcrübəli pasiyentlərə tövsiyə edilə bilər. Nebulayzer məhlulu ilə müalicə tövsiyə olunan ən aşağı doza ilə başlanılmalıdır. Doza pasiyentin fərdi tələbatlarına uyğunlaşdırılmalı və kəskin epizodun ağırlıq dərəcəsinə uyğun olaraq seçilməlidir. Preparatın istifadəsi simptomların kifayət qədər yüngülləşməsi əldə edildikdən sonra dayandırılmalıdır. Nebulayzer məhlulu müvafiq nebulayzer vasitələrilə yalnız inhalyasiya üçün nəzərdə tutulub və peroral istifadə olunmamalıdır. Tövsiyə olunan Berodual dozanı 3-4 ml təşkil edən son həcmə qədər fizioloji məhlulla (0,9%) durulaşdırmaq və nebulayzerin köməyi ilə istifadə etmək lazımdır. Durulaşdırılmış istifadə üçün hazır məhlulu simptomların kifayət qədər keçməsinə qədər istifadə etmək lazımdır. Durulaşdırılmış istifadə üçün hazır məhlulu hər istifadədən əvvəl hazırlamaq lazımdır. Durulaşdırılmış məhlulla inhalyasiyanı məhlulun hazırlanmasından dərhal sonra həyata keçirmək lazımdır, durulaşdırılmış məhlulun qalığını məhv etmək lazımdır. İnhalyasiya vasitəsinin istifadəsinə aid rəhbərliyə müraciət etmək lazımdır. Məhlulun  ağız boşluğu üçün vasitə ilə yeridilməsi tövsiyə olunur. Əgər ağız boşluğu vasitəsi yoxdursa və əvəzinə nebulayzer maskası istifadə olunursa, maska uyğun şəkildə oturmalıdır. Qlaukoma hücumlarına meyilli xəstələrə gözlərini xüsusilə qorumaq üçün xəbərdarlıq edilməlidir. İnhalyasiya üçün məhlul satışda mövcud olan bir sıra nebulayzer cihazlarından istifadə etməklə tətbiq oluna bilər. Ağciyərlərə və dərmanın sistemli təsiri istifadə olunan nebulayzerdən və cihazın effektivliyindən asılı olaraq Berodual dozalı aerozol ilə müqayisədə daha yüksək ola bilər. İstifadə qaydası Aşağıdakı dozalar tövsiyə edilir. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr Qəfil bronxospazm tutmalarının təxirəsalınmaz müalicəsi üçün, kəskin epizodun ağırlıq dərəcəsindən asılı olaraq, fizioloji məhlul 3-4 ml həcmədək durulaşdırıldıqdan sonra Berodual preparatının 10-25 püskürtməsi (1,0-2,5 ml) inhalyasiya edilməlidir. Müstəsna ağır hallarda, fizioloji məhlulla 3-4 ml həcmədək durulaşdırıldıqdan sonra Berodual preparatının 40-dək püskürtməsi (4 ml) inhalyasiya edilə bilər. Fiziki gərginlik səbəbindən yaranan astmanın və ya gözlənilən allergik təmasın məqsədyönlü profilaktikası üçün 2-3 ml fizioloji məhlulla durulaşdırılmış Berodual preparatının 1-2 püskürtməsi (0,1-0,2 ml) mümkünsə, hadisədən 10-15 dəqiqə əvvəl inhalyasiya edilməlidir. 6-12 yaş arası uşaqlar Kəskin astma epizodlarının təxirəsalınmaz müalicəsi üçün kəskin epizodun ağırlıq dərəcəsindən və pasiyentin yaşından asılı olaraq, fizioloji məhlulla 3-4 ml həcmədək durulaşdırıldıqdan sonra Berodual preparatının 5-20 püskürtməsi (0,5-2,0 ml) inhalyasiya edilməlidir. Fiziki gərginlik səbəbindən yaranan astmanın və ya gözlənilən allergik təmasın məqsədyönlü profilaktikası üçün 2-3 ml fizioloji məhlulla durulaşdırılmış Berodual preparatının 1-2 püskürtməsi (0,1-0,2 ml) mümkünsə, hadisədən 10-15 dəqiqə əvvəl inhalyasiya edilməlidir. 6 yaşdan kiçik uşaqlar Bu yaş qrupunda istifadə haqqında məlumatlar məhdud həcmdə olduğundan, aşağıdakı dozanın və yalnız tibbi müşahidə altında verilməsi tövsiyə olunur: Bədən çəkisinin hər kiloqramına 1 püskürtmə (0,1 ml) maksimum 5 püskürtməyə (0,5 ml) qədər, fizioloji məhlulla 3-4 ml həcmədək durulaşdırıldıqdan sonra. İstifadəsi üzrə xüsusi göstərişlər və ehtiyat tədbirləri İstifadə üçün, Berodual preparatının inhalyasiya məhlulu fizioloji məhlul (0,9%) ilə 3-4 ml həcmədək durulaşdırılmalıdır. İstifadəyə hazır olan inhalyasiya məhlulu hazırlandıqdan dərhal sonra inhalyasiya edilməlidir. Mümkünsə, inhalyasiyanı oturaq vəziyyətdə və ya ayaq üstə yerinə yetirin.

Prepared by  T-Soft E-Commerce.