Betadin 100 Mq 20 Qr Məlhəm
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.BETADİN,xaricə istifadə üçün məlhəm
BETADİN tərkibi
BETADİN tərkibi, 20 q məlhəmin tərkibində 2 q povidon-yod vardır
Betadin,istifadəsinə göstərişlər
Xırda kəsiklər, çapıqlar, yanıqlar zamanı infeksiyanın profilaktikası, göbələk və bakterial infeksiyalar, yataq yaraları və trofik xoraların infeksiyası zamanı geniş təsir spektrinə malik antiseptik vasitə kimi istifadə olunur.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, qalxanabənzər vəzinin hiperfunksiyası və digər kəskin xəstəlikləri, herpetik formalı dəri xəstəlikləri (Dyurinq sindromu), 2 yaşa qədər uşaqlar, qalxanabənzər vəzinin terapiyası və radioaktiv yod izotop müayinəsi öncəsi və sonrası dövrlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Yalnız ciddi göstərişlərlə istifadə olunmalıdır. Yod plasentar baryerdən keçə və ana südünə keçə bilər. Döl və yenidoğulmuş yoda qarşı yüksək həssas ola bilər. Hamiləlik və laktasiya dövründə istifadəsi zamanı minimum miqdarda tətbiq edilməlidir. Uşaqlarda qalxanabənzər vəzinin funksiyasına nəzarət vacibdir. İstifadədən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
İstifadə qaydası və dozası
Yerli istifadə olunur. İnfeksiyaların müalicəsi üçün 14 günə qədər, gündə 1-2 dəfə yataq yarasına tətbiq olunur. Profilaktik məqsədlə həftədə 1-2 dəfə. Zədələnmiş nahiyə əvvəlcə təmizlənməli və qurudulmalıdır. Sarğı ilə örtmək olar. İstifadə unudulduqda ikiqat doza istifadə edilməməlidir. Preparatın erkən dayandırılması relapsa səbəb ola bilər, bu səbəbdən təyin olunmuş müddətə qədər istifadə edilməlidir.