Betadin 100 Mq 30 ml Məhlul
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.BETADİN,100 mq/ml xaricə istifadə üçün dezinfeksiyaedici məhlul
BETADİN tərkibi
BETADİN tərkibi, 1 ml məhlulun tərkibində 10 mq aktiv yoda ekvivalent 100 mq povidon-yod vardır
Betadin,istifadəsinə göstərişlər
İnyeksiya, qan alma, punksiya, biopsiya, qan köçürülməsi və infuzion terapiyadan əvvəl dərinin dezinfeksiyası, cərrahiyyə öncəsi antiseptika, yaraların aseptik işlənməsi, bakterial və göbələk infeksiyaları, əməliyyatdan əvvəl “dezinfeksiyaedici çimmə” üçün.
Əks göstərişlər
Komponentlərə qarşı yüksək həssaslıq, qalxanabənzər vəz funksiyasının pozulması, radioaktiv yod yeridilmə mərhələləri, herpetiformlu dermatit, civə tərkibli preparatlarla eyni vaxtda istifadə, 1 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Povidon-yod plasentadan və ana südünə keçir. Anadangəlmə hipotireoz və qalxanabənzər vəz pozuntusu riski mövcuddur. Yalnız daha təhlükəsiz alternativ olmadıqda və potensial fayda riski üstələdikdə istifadə edilməlidir. Fertillik üzərində təsiri ilə bağlı məlumat məhduddur.
İstifadə qaydası və dozası
Məhlul durulaşdırılmış və ya durulaşdırılmamış şəkildə istifadə edilir. Durulaşdırılmamış halda inyeksiya və punksiya öncəsi dəriyə çəkilir və 1–2 dəqiqə saxlanılır. Yaralar, yanıqlar, selikli qişalar və infeksiyalarda 10% (1:10), əməliyyatdan əvvəl dezinfeksiya üçün 1% (1:100) nisbətində durulaşdırılaraq istifadə edilir. Hazır məhlul saxlanmamalı, istifadə öncəsi hazırlanmalıdır. 1 yaşdan kiçik uşaqlarda istifadəsi qadağandır.