Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Biogest 400 mq N15 vaginal və rektal şam

Məhsul Kodu : 111-21045
İstehsalçı ölkə: Misir
39,60 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BİOGEST 200 mq; 400 mq vaginal və rektal şamlar.

Biogest tərkibi 

Təsiredici maddə:1 şamın tərkibində 200 və ya 400 mq progesteron vardır. Köməkçi maddələr:bərk yağ, stearil polioksiqliseridlər, sorbin turşusu, kakao yağı, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 − Qadınlarda progesteron çatışmazlığı vəziyyətləri.

 − Yumurtalıqların fəaliyyət göstərməməsi (olmaması) zamanı (yumurta hüceyrələrinin donorluğu) progesteronun çatışmazlığı hallarında əvəzedici hormonoterapiya;

 − Risk qrupundan olan (uşaqlıq boynunun qısa olması) qadınlarda vaxtından əvvəl doğuşun qarşısının alınması (profilaktikası);

 − Ekstrakorporal mayalanmaya hazırlıq zamanı lüteal fazasının dəstəklənməsi;

 − Spontan və ya induksiya edilmiş menstrual tsikl zamanı lütein fazasının dəstəklənməsi;

 − Lütein çatışmazlığı nəticəsində yaranan sonsuzluq;

 − Progesteron çatışmazlığı nəticəsində yaranan adəti düşüyün və düşük təhlükəsinin profilaktikası.

Əks göstərişlər:

 − Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq;

 − Diaqnozu məlum olmayan vaginal qanaxma;

 − Tromboembolik pozğunluqlar;

 − Hiperhəssaslıq, naməlum etiologiyalı qanaxmalar, trombofilik və ya tromboembolik pozğunluqlar, kəskin qaraciyər çatışmazlığı;

 − Serebral hemorragiya;

 − Trombozlara meyllilik, flebitin və ya tromboembolik xəstəliklərin kəskin formaları, natamam abortlar, porfiriya;

 − Süd vəzilərinin və cinsiyyət orqanlarının aşkar edilmiş və ehtimal olunan bədxassəli törəmələri.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Progesteron hamiləlik zamanı artan hormon olduğu üçün, bu zaman dərmanın qəbulu heç bir əlavə təsirə səbəb olmur. Dərman vasitəsi vaxtından əvvəl baş verən doğuşların müalicəsi üçün istifadə olunmur. Progesteron ana südünə keçdiyi üçün, laktasiya dövründə bu dərmanın qəbulu tövsiyə olunmur.

Biogest istifadə qaydası, dozası

 Biogest 200 mq birdəfəlik doza gündəlik uşaqlıq yoluna (intravaginal yol) və ya düz bağırsağa (rektal yol) yeridilir, lakin dozanı gündə 2 dəfə 400 mq-a qədər artırmaq mümkündür. Biogest 400 mq birdəfəlik doza gündəlik vaginal və ya rektal istifadə olunur. Preparatdan istifadə adətən aşağıdakı qaydada həyata keçirilir:

 - Düşük təhlükəsi zamanı: 1-ci dərəcəli: 7 gün ərzində hər gün 200 mq, sonrakı müalicə klinik mənzərəyə uyğun şəkildə davam etdirilir. 2-ci dərəcəli: 7 gün ərzində hər gün 200 mq, sonrakı müalicə klinik mənzərəyə uyğun şəkildə davam etdirilir.

 - Adəti düşük zamanı: gündəlik 200 mq dozada Biogestin istifadəsinə başlamaq lazımdır. Hamiləliyin 3-cü ayında sarı cismin involusiyası ilə əlaqədar olaraq progesteronun təbii ifrazının azalması zamanı preparatın qəbulu xüsusi diqqət tələb edir.

 - Hipermenoreya, polimenoreya, metroragiya; endometriumun pozulması zamanı hormon terapiyaya öncədən başlamaq lazımdır. Biogestin istifadəsinə aybaşıdan bir neçə gün öncə başlamaq lazımdır.

 - Amenoreya, hipomenoreya və oliqomenoreya: progesteron yalnız və ya FSH (folikulstimullaşdırıcı hormon) və LH (luteinləşdirici hormon) ilə birlikdə yalnız diaqnoz qoyulduqdan sonra istifadə olunmalıdır (hipofiz, uşaqlıq, yumurtalıq). Estrogenlərə bağlılığından belə hallarda Biogest ayda 5 gün təyin olunmalıdır.

 - Hamiləlik zamanı cərrahi əməliyyat: gündə 200 mq doza və yaxud həkim məsləhətinə uyğun şəkildə.

 - Menstrusiyaönü pozğunluqlar: bəzi hallarda mentrual siklin başlanmasının 14-cü günündən etibarən gündəlik müalicə tövsiyə olunur. Progesteronun istifadəsi simptomların aradan qaldırılması fonunda azaldıla bilər.

 

 

Prepared by  T-Soft E-Commerce.