Tərkibi: İtburnu tərkibli bitki yağıdır.
İstifadə qaydası: Az miqdarda təmiz dəriyə və ya saç dibinə tətbiq edilir, yüngül masajla yayılır. Ehtiyac olduqda gün ərzində təkrar istifadə oluna bilər.
İtburnu yağı bədənin müqavimətini artırır, qan təzyiqini aşağı salır, qan dövranını sürətləndirir və qanı təmizləyir. Bağırsaqları yumşaldan və həzmi asanlaşdıran itburnu yağı yaxşı sidik qovucu olaraq qəbizlikdə faydalıdır. A, B və C vitaminləri ilə zəngin olduğu üçün itburnu yağının soyuqdəymə zamanı istifadəsi məsləhət görülür.
İtburnu yağı hüceyrəni yeniləşdirən, nəmləndirici və qoruyucu xüsusiyyətlərə malikdir. Göz və ağızətrafı qırışların qarşısını alır. Quru və çatlamış əl-ayaq, üz və bədən dərisinə tətbiq olunduqda dərinin təbii gözəlliyini bərpa edir və onun elastikliyini artırır.
| Xüsusiyyətlər | Məlumat |
|---|---|
| Barkod | 4760158680603 |
| Xalis həcm | 20 ml |
| Məhsul növü | Bitki yağı |
| Əsas komponent | İtburnu |
| Tətbiq forması | Xarici tətbiq |
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 121-92212 |