Biola Kokos Yağı 80 ml Bitki yağı
Tərkibi və istifadə qaydası
Tərkibi: Kokos tərkibli bitki yağıdır.
İstifadə qaydası: Az miqdarda təmiz dəriyə və ya saç dibinə tətbiq edilir, yüngül masajla yayılır. Ehtiyac olduqda gün ərzində təkrar istifadə oluna bilər.
Əsas xüsusiyyətlər
Kokos yağı B, E, C vitaminləri, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir. Kokos yağının qatılaşması onun təbii olmasının göstəricisidir. B qrupu vitaminlərlə zəngin olan kokos yağı insanın sinir sisteminə çox müsbət təsir göstərir, onu sakitləşdirir, beyinin fəaliyyətini yaxşılaşdırır, fiziki yorğunluğu azaldır, revmatizm ağrılarını, ürək bulanması və qusmanı aradan qaldırır, bağırsaqları təmizləyir, burada yığılan toksinlər və ziyanlı maddələrin xaric olmasını sürətləndirir.
Kokos yağı dərini qidalandırır, nəmləndirir, gözətrafı qırışlar və dəridə çatların yaranmasının qarşısını alır. Qaş, kirpik və saç köklərini bəsləyir, saçları qüvvətləndirir, qoparaq tökülməsini azaldır və saçda kəpəyin yaranmasına yol vermir. Bundan başqa saçların tez uzanmasını da sürətləndirir.
| Xüsusiyyətlər | Məlumat |
| Barkod | 4760158680412 |
| Xalis həcm | 80 ml |
| Məhsul növü | Bitki yağı |
| Əsas komponent | Kokos |
| Tətbiq forması | Xarici tətbiq |