Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

BIOTRIVEN 10000 ED 1ML N10 AMP (UKR)

Məhsul Kodu : 111-18137
İstehsalçı ölkə: Ukrayna
25,00 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BİOTRİVEN, inyeksiya üçün məhlul

BİOTRİVEN tərkibi

Təsiredici maddə: 1 ml preparatda 10 000 BV aprotinin vardır.

İstifadəsinə göstərişlər

Aprotinin, izolə edilmiş aorta -koronar şuntlama əməliyyatı (yəni digər ürək -damar əməliyyatları ilə birləşdirilməyən aorta-koronar şuntlama əməliyyatı) keçirən qan itkisi riski yüksək olan böyüklərdə qan itkisini və qan köçürülməsini azaltmaq üçün profilaktik istifadə üçün göstərilmişdir. Aprotinin yalnız faydaları və riskləri diqqətlə nəzərdən keçirildikdən və alternativ müalicələrin mövcudluğunu nəzərə alaraq istifadə edilməlidir.

Əks göstərişlər

“Tərkibi” bölməsində sadalanan təsiredici maddəyə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq. Aprotininə spesifik olan Ig G anticis mi olan pasiyentlərdə Aprotininlə müalicə zamanı anafilaksiya riski yüksəkdir. Bununla əlaqədar olaraq, belə pasiyentlərə Aprotininlə müalicə əks göstərişdir. Əgər müalicənin başlanmasından əvvəl Aprotininə qarşı spesifik Ig G anticisminin testini keçirmək mümkün deyilsə, lakin güman edilirsə ki, pasiyent əvvəlki 12 ay ərzində Aprotininlə, həmçinin fibrin yapışqanı ilə müalicə alıb, o zaman Aprotininin yeridilməsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: hamilə qadınlar üzərində adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatların nəticələri Aprotininin teratogen və ya embriotoksik təsirinin olmasını göstərməmişdir. Hamiləlik dövründə aprotininin yalnız gözlənilən fayda potensial riskdən yüksək olarsa istifadə etmək olar. Ciddi arzuolunmaz reaksiyaların meydana çıxdığı təqdirdə (anafilaktik reaksiya, ürəyin dayanması və s.

kimi) və “risk/ fayda” nisbətinin qiymətləndirilməsi zamanı onların müalicəsi zamanı dölə zərər vura biləcək potensial təhlükə nəzərə alınmalıdır. Laktasiya dövrü: aprotininin ana südünə keçməsi məlum deyil. Lakin, aprotinin daxilə qəbul zamanı biomənimsənilmədiyindən preparatın ana südünə keçən istənilən miqdarı südəmər uşağın orqanizminə sistem təsir göstərmir. Fertillik: aprotininin kişi və qadınların fertilliyinə təsiri haqda adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmayıb.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Əlaqəli deyil.

BİOTRİVEN istifadə qaydası və dozası

Yeridilməzdən əvvəl aprotininə spesifik olan (bax bölmə “Əks göstərişlər”) Ig G anticismi testi etmək lazımdır. Dozası Böyüklər: allergik /anafilaktik reaksiyanın inkişaf riski ilə əlaqədar olaraq bütün pasiyentlərə başlanğıc dozanın yeridilməsinə ən azı 10 dəqiqə qalmış venadaxili 1ml (10000 KİV) aprotinin yeritmək lazımdır. Əgər başlanğıc 1 ml dozalanma allergik rea ksiya törətməzsə, o zaman müalicəvi dozanı yeritmək olar. H1 və H2 antaqonistlərini aprotininlə test keçirilməsinə 15 dəqiqə qalmış yeritmək olar.

Hər halda anafilaktik və allergik reaksiyaların təcili müalicəsini həyata keçirmək üçün hazır lazım olan standart preparatlar olmalıdır(«Xüsusi göstərişlər” bölməsinə bax»). Anesteziyaya başlayandan sonra və sternotomiyanın keçirilməsindən əvvəl 1 -2mln. doza yeridilməsi tövsiyə olunur. KİV 20 -30 dəqiqə müddətində yavaş -yavaş venadaxili və ya infuziya şəklində.

Sonrakı 1-2mln. KİV “ürək-ağciyər” süni qan dövranı aparatının doldurulmasının ilkin həcminə əlavə edilir. Aparatın ilkin doldurulması məhluluna əlavə edilən aprotininlə heparinin fiziki uyuşmazlığından qaçmaq üçün hər bir preparatı resirkulyasiya prosesində əlavə etmək lazımdır – bu, hər bir preparatı onun digər komponentlə qarışdırılmasına qədər kifayət qədər durulaşmasını təmin edir. İlkin bolyus infuziyasından sonra əməliyyat qurtarana qədər fasiləsiz infuziya yolu ilə saatda 250000- 500000 KİV yeritmək lazımdır.

Bütövlükdə müalicə sikli dövründə yeridilən aprotininin ümumi miqdarı 7 mln. KİV -dən artıq olmamalıdır. Böyrəklərin funksional pozğunluğu: bu vaxta qədər toplanmış klinik təcrübəyə əsasən böyrək funksiyası aşağı olanlar üçün dozanın korreksiyası tələb olunmur. Qaraciyərin funksional pozğunluğu: qaraciyərin funksional pozğunluğu ilə əlaqədar pasiyentlər üçün tövsiyə olunan doza haqqında məlumat yoxdur.

Yaşlı pasiyentlərdər: bu vaxta qədər olan klinik təcrübəyə əsasən yaşlı pasiyentlərdə müalicəyə qarşı hər hansı xüsusi reaksiya müşahidə olunmamışdır. İstifadə qaydası Aprotininin mərkəzi venoz kateter vasitəsilə yeritmək lazımdır. Həmin kateteri başqa dərman vasitələrinin yeridilməsi üçün istifadə etmək olmaz. Bir neçə deşiyi olan kateterdən istifadə zamanı aprotininin yeridilməsi üçün ayrıca kateter tələb olunmur.

Aprotininin, yalnız kürəyi üstdə uzanıqlı vəziyyətdə olan pasiyentlərə yeritmək olar; yeridilmə venadaxili inyeksiya və ya qısamüddətli infuziya yolu ilə tədricən (maksimal sürət -5-10 ml/dəq) həyata keçirilməlidir.

Prepared by  T-Soft E-Commerce.