Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q məlhəmin tərkibində 1,000 mq betametazon (betametazon valerat şəklində 1,220 mq) və 1,000 mq gentamisin (1000 BV gentamisin sulfat şəklində) vardır.
Preparat gentamisinə həssas mikroorqanizmlərin törətdiyi superinfeksiyaların mövcudluğu zamanı güclü kortikosteroidlərin istifadəsi tələb olunan dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
• Preparatın təsiredici və köməkçi maddələrinə qarşı, digər glükortikosteroidlərə və aminoqlikozidlərə qarşı yüksək həssaslıq.
• Virus infeksiyaları (məsələn, herpes və ya suçiçəyi).
• Vərəm və sifilisin dəri forması.
• Vaksinə qarşı dəri reaksiyası.
• Dərinin atrofik xəstəlikləri.
• Rozaseya və rozaseyayabənzər dermatit, perioral dermatit.
• Dermatomikozlar.
• Proqressivləşən böyrək çatışmazlığı.
• Sistem təsirə malik aminoqlikozid antibiotikləri ilə eyni zamanda istifadəsi (qan zərdabında toksik səviyyənin yaranma riskinə görə).
• Gözətrafı, qulaq kanalı və ya dərin yaralarda, selikli qişalarda, okklüzion sarğı altında istifadəsi.
• Hamiləlik.
• 1 yaşa qədər uşaqlarda.
Hamiləlik Preparatın hamilə qadınlarda istifadəsinə dair lazımi qədər məlumat yoxdur. Təsiredici maddələrin istifadəsi ilə heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olmasını göstərmişdir. Gentamisin: plasentar baryerdən keçir və dölün toxumasına və amniotik mayeyə ölçülə bilən konsentrasiyalarda çatır. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olmasını göstərmişdir. Betametazon: qlükokortikoidlərin digər sinfinin nümayəndələri ilə heyvanlar üzərində aparılan tədqiqatlarda damağın inkişaf qüsurları, skelet anomaliyaları, bətndaxili inkişafın ləngiməsi və embrionun məhv olması kimi tipik embriotoksik və teratogen effektlər müşahidə edilmişdir. İnsanlarda hamiləliyin birinci trimestrində qlükokortikoidlərin sistem istifadəsi zamanı dodaqların və damağın haçalanması riskinin yüksək olmasına dair məlumatlar vardır.
Heyvanlar üzərində aparılan tədqiqatlar göstərdi ki, hamiləlik zamanı qlükokortikoidlərin subteratogen dozalarda yeridilməsi dölün bətndaxili inkişafının ləngiməsinə, yetkin yaşda ürək- damar və/və ya metabolik xəstəliklərin başvermə riskinin yüksəlməsinə və qlükokortikoidlərin, neyromediatorların metabolizmində və davranışda davamlı dəyişikliklərin baş verməsinə səbəb olur. Buna görə də Selestoderm-V® Qaramisin ilə məlhəmini hamiləlik dövründə istifadə etmək əks göstərişdir. Hamiləlik dövründə qlükokortikoidlərin istifadəsi zəruri olarsa, hidrokortizon, prednizon və ya prednizolon kimi qlükokortikoidləri istifadə etmək lazımdır, belə ki, bu maddələr 11-beta QSD fermentinin köməyilə plasentada qeyri-aktiv formalara qədər metabolizə olunur, ona görə də onlar əksər sintetik qlükokortikoidlərə nisbətən daha təhlükəsizdir. Laktasiya Betametazonun ana südü ilə xaric olması haqqında məlumat yoxdur. Digər qlükokortikoidlər və gentamisin ana südünə nüfuz edir. Ona görə də laktasiya dövründə preparatdan istifadə etmək olar, əgər potensial fayda potensial riski üstələyirsə. Bu sinifdən olan preparatlar yüksək dozalarda, geniş səthlərdə və ya uzunmüddətli vaxtda istifadə edilməməlidir, amma uşaq da dərinin işlənmiş sahələri ilə təmasda olmamalıdır.
Dozalanma Məlhəm gündə 2-3 dəfə istifadə olunmalıdır. Uşaqlarda preparat gündə 1 dəfə istifadə olunur. Pasiyentin vəziyyəti yaxşılaşdığı zaman preparatın istifadə tezliyini azaltmaq olar. İstifadə qaydası Məlhəmi dərinin zədələnmiş sahəsinə nazik qatla sürtmək lazımdır. Dəri səthinin işlənmiş sahəsi bədən səthinin 10%-dən çox olmamalıdır. Uşaqlarda preparat yalnız kiçik sahədə və ən az qısa müddətdə istifadə olunmalıdır. Tərkibində kortikoid olan preparatlarla uşaqları müalicə edərkən xüsusilə ehtiyatlı olmaq lazımdı, çünki böyüklərə nisbətən uşaqların dərisindən qlükokortikoidlərin sorulması daha çox intensivdir. Betametazon valeratın absorbsiya riskinə görə preparatı okklyuzion sarğı altında istifadə etmək tövsiyə olunmur. Мəlhəm dərinin quru, qabıqlanan və buynuz təbəqəsinə yaxılmalıdır. İstifadə müddəti Preparatla müalicə müddəti 7-10 gündən çox olmamalıdır (uşaqlarda 7 gün), çünki onun tərkibində gentamisin vardır. Kombinəolunmuş vasitənin istifadəsinin zəruri olmadığının tibbi təsdiqindən sonra (məsələn, güclü təsirə malik qlükokortikoid müalicəsi lazım olan dermatoz və ya gentamisinə həssas mikroorqanizmlər tərəfindən törədilən superinfeksiya) müalicəni birkomponentli müalicə əsasında və ya qlükokortikoidlə (ola bilsin, daha zəif təsirli) və ya antibiotiklə davam etdirmək lazımdır. Yüngül hallarda məlhəmi gündə bir dəfə istifadə etmək kifayət edir. Əgər preparat üz nahiyəsində istifadə olunursa, müalicə mümkün qədər qısa olmalıdır, bir həftədən çox olmamalıdır. Uşaqlarda istifadə xüsusiyyətləri Məktəb yaşına qədər uşaqlarda istifadə etmək tövsiyə olunmur. 10-15 yaşdan kiçik uşaqlarda güclü kortikosteroidlər ciddi göstərişlər olmadan istifadə edilməməlidir.