Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq etilmetilhidroksipiridin suksinat vardır.
- Beyin qan dövranının kəskin pozuntuları; - dissirkulyator ensefalopatiya; - vegetativ distoniya sindromu; - aterosklerotik mənşəli yüngül koqnitiv pozuntular; - nevroz və nevrozabənzər vəziyyətlər zamanı təşviz halları; - nevrozabənzər və vegetativ-damar pozuntularının üstünlük təşkil etməsi ilə alkoqolizm zamanı abstinent sindromun qarşısının alınması; - antipsixotik vasitələrlə kəskin intoksikasiya; - qarın boşluğunda kəskin irinli-iltihablı proseslər (kəskin nekrotik pankreatit, peritonit) kompleks terapiyada.
Fəal maddələrə və ya istənilən yardımçı maddələrə qarşı yüksək həssaslıq. Qaraciyər və böyrək funksiyalarının kəskin pozulması. Hamiləlik və laktasiya dövrü. Uşaqlar və yeniyetmələr.
Hamiləlik və laktasiya dövründə preparatın tətbiq edilməsinin təhlükəsizliyi üzrə heç bir klinik tədqiqatlar aparılmamışdır. Beləliklə, Serfunal hamiləlik zamanı və effektiv kontraseptivlərdən istifadə etməyən uşaqdoğma yaşında olan qadınlar üçün və laktasiya dövründə əks göstərişdir.
Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair tədqiqat aparılmamışdır. Serfunal yuxugətirici təsir göstərə bilər. Əgər bu hal baş verərsə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
Dozalandırma rejimi Əzələdaxili və ya venadaxili (şırnaq və ya damcı üsulu ilə). İnfuziya üsulu ilə yeridilməsi zamanı preparatı izotonik natrium xlorid məhlulunda durulaşdırmaq lazımdır. Serefunal şırnaq üsulu ilə tədricən, 5-7 dəqiqə ərzində, damcı üsulu ilə dəqiqədə 40-60 damcı sürəti ilə yeridilir. Gündəlik maksimal doza 1200 mq-ı keçməməlidir.
Beyin qan dövranının kəskin pozuntuları zamanı Serfunal ilk 10-14 gündə venadaxili damcı ilə 200-500 mq olmaqla gündə 2-4 dəfə, sonra 2 həftə ərzində əzələdaxili 200-250 mq olmaqla gündə 2-3 dəfə təyin edilir. Dekompensasiya mərhələsində olan dissirkulyator ensefalopatiya zamanı Serfunalı 14 gün ərzində gündə 1-2 dəfə, 200-500 mq dozada venadaxili şırnaqla və ya damcı ilə təyin etmək lazımdır. Sonra növbəti 2 həftə ərzində 100-250 mq/gün olmaqla əzələdaxili tətbiq edilir. Dissirkulyator ensefalopatiyanın kursla profilaktikası üçün preparat 10-14 gün ərzində gündə 2 dəfə 200-250 mq doza olmaqla əzələdaxili daxil edilir.
Yaşlı pasiyentlərə yüngül koqnitiv pozuntular və həyacan pozuntuları zamanı preparatı 14-30 gün ərzində günə 100-300 mq/gün olmaqla əzələdaxili tətbiq edirlər. Abstinent alkoqol sindromu zamanı Serfunal 5-7 gün ərzində gündə 2-3 dəfə 200-500 mq dozada venadaxili damcı ilə və ya əzələdaxili təyin edilir. Antipsixotik vasitələrlə kəskin intoksikasiya zamanı preparat 7-14 gün ərzində 200-500 mq/gün dozada venadaxili yeridilir. Qarın boşluğunun kəskin irinli-iltihablı prosesləri (kəskin nekrotik pankreatit, peritonit) zamanı preparatı ilk günlərdə həm əməliyyat öncəsi, həm də əməliyyat sonrası təyin edirlər.
Daxil edilən dozalar xəstəliyin forma və ağırlığı, prosesin yayılması, klinik gedişin variantlarından asılıdır. Preparatın ləğv edilməsi tədricən, yalnız sabit müsbət klinik -laboratoriya effektinin əldə edilməsindən sonra aparılmalıdır. Kəskin ödemli (interstisial) pankreatit zamanı - preparat 200-500 mq olmaqla gündə 3 dəfə, venadaxili damcı ilə (izotonik natrium xlorid məhlulunda) və əzələdaxili təyin edilir. yüngül ağırlıq dərəcəli nekrotik pankreatit zamanı– 100-200 mq olmaqla gündə 3 dəfə venadaxili damcı ilə (izotonik natrium xlorid məhlulunda) və əzələdaxili təyin edilir; Orta dərəcli ağırlıqda – 200 mq olmaqla gündə 3 dəfə, venadaxili damcı ilə (izotonik natrium xlorid məhlulunda); Ağır gedişatda – nəbz-dozalaşdırma ilə ilk günlər 800 mq, ikiqat daxiletmə rejimində, sonra tədricən gündəlik dozanın azaldılması ilə gündə 2 dəfə 200-500 mq.
Son dərəcə ağır gedişat zamanı – başlanğıc doza 800 mq/gün pankreatogen şok təzahürünün qarşısının sabit alınmasına qədər, vəziyyətin sabitləşməsi ilə gündə 2 dəfə 300-500 mq venadaxili damcı ilə (izotonik natrium xlorid məhlulunda), tədricən gündəlik dozanın azaldılması.