Sevimlilərə əlavə edin
Paylaşın

Delmar 3, 7% Hipertonik Burun Spreyi, 50 ml

Məhsul Kodu : 111-23599
0 Şərh Şərh
19,20 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

Delmar Hipertonik sprey, sprey

Delmar Hipertonik sprey tərkibi

1 ml spreydǝ 37 mq dəniz duzu vardır. Həlledici: təmizlənmiş su. Konservant: benzalkonium xlorid 0,1 mq/ml. Dəniz duzunun tərkibində natrium xlorid, kalium yodid, kalium yodat və s.

duzlar ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Delmar Hipertonik spreyin əlavə təsirləri haqqında mövcud məlumatlar yoxdur. Dərman vasitəsi deyildir.

Delmar Hipertonik sprey istifadə qaydası və dozası

Böyüklər və 2 yaşdan yuxarı uşaqlar: hər burun dəliyinə gündə bir neçə dəfə 1-2 püskürtmə istifadə edilir. Delmar Hipertonik sprey yaxşı dözümlülük göstərir. Burun boşluğunun selikli qişasını zədələmədiyi üçün istifadə müddətində heç bir məhdudiyyət yoxdur. İlk istifadədən əvvəl qoruyucu halqanı plastik qapaqdan çıxarın.

Flakonu şaquli vəziyyətdə saxlayın. Qoruyucu plastik qapağı çıxarın və ilk püskürtməyə qədər pompanı bir neçə dəfə basın. Flakonun ucluğunu burun dəliyinə daxil edin və sonra pompanı basın. Eyni zamanda, flakonu şaquli vəziyyətdə saxlayın və başınızı arxaya əyməyin.

Püskürtmə zamanı burundan yavaşca nəfəs alın. İstifadədən sonra flakonun ucunu təmiz su ilə yuyun. Qoruyucu qapağı bağlayın. Gigiyenik səbəblərdən hər bir şəxsin öz flakonu olmalıdır.

Düzgün istifadə edilməməsi arzuolunmaz nəticələrə səbəb ola bilər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Daxilə qəbul etməyin. Uşaqlar böyüklərin nəzarəti olmadan istifadə etməməlidirlər. Delmar Hipertonik spreyin tərkibindəki maddələrdən hər hansı birinə qarşı allergiya olduqda istifadə etməyin. Hamiləlik və laktasiya dövründə Delmar Hipertonik spreyin əlavə təsirləri haqqında mövcud məlumatlar yoxdur.

Dərman vasitəsi deyildir.

Əlavə təsirləri

Delmar Hipertonik spreyi tövsiyə olunduğu kimi istifadə ediləndən sonra heç bir əlavə təsiri gözlənilmir. Lakin nadir hallarda həssas insanlarda tənəffüs yollarının daralması (bronxokonstriksiya), öskürək, burun qanaxması və allergik reaksiyalar ola bilər. Allergik reaksiyalar mülayimdir və istifadəsi bitdikdən sonra həmişə yox olur. İstifadə zamanı hər hansı allergik reaksiya inkişaf edərsə (şişkinlik, yanma hissi, ağrı, burundan çətin nəfəs alma), Delmar Hipertonik spreyin istifadəsini dayandırın və həkim və ya əczaçı ilə məsləhətləşin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-23599

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce