Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq mirtazapin vardır.
Köməkçi maddələr: laktoza monohidrat, prejelatinləşdirilmiş nişasta, maqnezium stearat, çəhrayı
opadri 02F24260 (hipromelloza 5cP, titan dioksid (E171), makroqol 8000,
sarı dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172)).
Əks göstərişlər
Mirtazapinə və ya preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi
nadir irsi problemləri olan xəstələrdə istifadə olunmamalıdır. 18 yaşa qədər uşaqlarda
mirtazapinin effektliyi və təhlükəsizliyi müəyyən olunmadığından, preparatın uşaqlarda istifadəsi
məsləhət görülmür. Mirtazapinin MAO inhibitorları ilə birlikdə istifadəsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Mirtazapinin hamiləlik zamanı təhlükəsizliyi müəyyən olunmamışdır, lakin heyvanlar üzərində
tədqiqatlar zamanı heç bir teratogen effekt təyin olunmamışdır. Buna görə də, preparat hamiləlik
dövründə yalnız ana üçün fayda döl üçün potensial riskdən yüksək olduğu hallarda istifadə oluna
bilər. Preparatın ana südü ilə xaric olmasına dair məlumatlar olmadığına görə laktasiya dövründə
istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Mirtazapin diqqəti zəiflədə bildiyindən, müalicə dövründə nəqliyyat idarəetmə və mexanizmlərlə
iş kimi yüksək psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növlərindən uzaq
durmaq tələb olunur.
Tabletlər çeynənmədən, maye ilə daxilə qəbul edilir.
Böyüklər: effektli gündəlik doza 15 mq-la 45 mq arasında dəyişir, başlanğıc doza 15 mq və ya 30
mq təşkil edir.
Qocalar: Məsləhət görülən doza böyüklərdə istidadə olunan doza ilə eynidir. Yaşlı xəstələrdə
qənaətbəxş və təhlükəsiz müalicə nəticələri əldə etmək üçün dozanın yüksəldilməsi yalnız həkim
nəzarəti altında aparılmalıdır.
Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Böyrək
çatışmazlığı olan xəstələrdə mirtazapinin klirensi azala bilər, belə xəstələrdə istifadə zamanı bu
xüsusiyyəti nəzərə almaq lazımdır.
Preparat gündə bir dəfə, təxminən eyni vaxtda, axşam yatmazdan əvvəl qəbul olunur. Həmçinin
gündəlik dozanı iki yerə bölməklə gündə iki dəfə qəbul oluna bilər (səhər və axşam yatmazdan
əvvəl, daha böyük dozanı axşam qəbul etmək lazımdır).
Müalicə 4-6 ay ərzində, xəstəlik əlamətləri tam aradan qalxana qədər davam etdirilməlidir.
Bundan sonra müalicə tədricən dayandırıla bilər. Mirtazapin adətən müalicənin 1-2-ci həftəsindən sonra öz təsirini göstərməyə başlayır. Adekvat doza ilə müalicəyə 2-4 həftə ərzində müalicəyə adekvat cavab əldə olunmazsa, müalicə dayandırılmalıdır.