Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tabletin tərkibində 10 mq və ya 25 mq empaqliflozin vardır.
− Empaqliflozinə və ya preparatın hər hansı bir maddəsinə qarşı hiperhəssaslıq,
− ağır böyrək çatışmazlığı, terminal böyrək çatışmazlığı və ya dializ.
Hamiləlik
Hamilə qadınlarda empaqliflozin ilə əlaqəli və yaxşı idarə olunan tədqiqat aparılmayıb.
Empaqliflozin hamiləlik dövründə yalnız ana üçün potensial fayda döl üçün potensial riskdən
üstün olduqda istifadə edilməlidir.
Laktasiya
Empaqliflozin ana südündə nüfuz olunduğu bilinmir. Bir çox dərman vasitələrin ana südünə ifraz
olunduğundan və körpələrdə empaqliflozinin ciddi mənfi reaksiyaların ola biləcəyi səbəbindən,
ana üçün dərmanın əhəmiyyətini nəzərə alaraq, südlə qidalandırmanın dayandırılması və ya
empaqliflozin preparatının qəbulunun ləğvi barədə qərar qəbul edilməlidir.
Monoterapiya və kombinəolunmuş terapiya
Monoterapiya zamanı və insulin daxil olmaqla digər qlükozanın səviyyəsini azaldan dərman
vasitələri ilə kombinasiyada preparatın tövsiyə olunan başlanğıc dozası qida qəbulundan asılı
olmayaraq gündə bir dəfə 10 mq-dır. eGFR 60 ml/dəq/1.73 m² olan, gündə bir dəfə 10 mq qədər
preparatın qəbuluna dözümlü və daha güclü qlikemik nəzarətə ehtiyacı olan pasiyentlərdə doza
gündə bir dəfə 25 mq qədər artırıla bilər. Maksimum gündəlik doza 25 mq-dır. Empaqliflozin
sulfonil-sidik cövhəri preparatları və ya insulin ilə birlikdə istifadə edildikdə, hipoqlikemiya
riskini azaltmaq üçün sulfonil-sidik preparatlarının və ya insulinin aşağı dozası qəbul edilə bilər.
Xüsusi populyasiyalar
Böyrək çatışmazlığı
eGFR ≥60 ml/dəq/1.73 m² və ya CrCl ≥60 ml/dəq olan pasiyentlər üçün dozanıntənzimlənməsi
tələb olunmur. eGFR <60 ml/dəq/1.73 m² və ya CrCl <60 ml/dəq olan pasiyentlərdə
empaqliflozin ilə müalicə başlanmamalıdır. eGFR davamlı olaraq 60ml/min/1.73 m² və ya CrCl
60ml/dəq aşağı olan empaqliflozinə dözümlü pasiyentlərdə, empaqliflozinin dozası gündəlik 10
mq olaraq tənzimlənməlidir və ya saxlanılmalıdır. eGFR 45ml/dəq/1.73 m² və ya CrCl 45ml/dəq
daimi aşağı olduqda, empaqliflozin ilə müalicə dayandırılmalıdır. Empaqliflozinin bu
pasiyentlərdə təsirli olacağı gözlənilmədiyi üçün, terminal böyrək xəstəliyi olan pasiyentlərdə və
ya dializ xəstələrində istifadə edilməməlidir.
Qaraciyər çatışmazlığı
Qaraciyər çatışmazlığı olan pasiyentlər üçün doza tənzimlənməsi tələb olunmur.
Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə empaqliflozinin təsiri artır. Ağır qaraciyər
çatışmazlığı olan pasiyentlərdə terapevtik təcrübə məhdud olduğundan, preparat bu populyasiyada istifadə üçün tövsiyə edilmir.
Yaşlılar
Yaşlılarda doza tənzimlənməsi tövsiyə edilmir. 75 yaşdan yuxarı pasiyentlərdə hipovolemiya
riskinin artması nəzərə alınmalıdır. 85 yaşdan yuxarı olan pasiyentlərdə terapevtik təcrübə məhdud olduğundan, empaqliflozin terapiyasının başlanması tövsiyə edilmir.
Uşaqlar
Uşaqlarda və yeniyetmələrdə empaqliflozinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.
Qida qəbulundan asılı olmayaraq, tabletlər bütöv şəkildə su ilə qəbul edilir.