Sevimlilərə əlavə edin
Paylaşın

Driptan 5 Mq N30 Tablet

Məhsul Kodu : 111-06342
İstehsalçı ölkə : Fransa
1 Şərh Şərh
13,30 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

DRİPTAN®, tabletlər

Driptan tərkibi 

Təsiredici maddə:1 tabletin tərkibində 5 mq oksibutinin hidroxlorid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, susuz laktoza, kalsium stearat.

İstifadəsinə göstərişlər:

 Dağınıq skleroz və spina bifida kimi xəstəliklərdə və ya detruzorun idiopatik qeyri-sabitliyi (motor urgent sidik saxlanmazlığı) hallarında sidik kisəsi qeyri-sabit olduqda və ya sidik kisəsinin  neyrogen disfunksiyası nəticəsində (detruzorun hiperrefleksiyası) sidik saxlanmazlığının, sidiyəgetməyə imperativ çağırışların və ya tez-tez sidiyəgetmənin müalicəsi. Həmçinin, sidik kisəsində və ya prostat vəzidə aparılan cərrahi əməliyyatdan sonra və ya sistit zamanı meydana çıxan, sidik kisəsinin hiperaktivliyində istifadə edilir. Uşaqlarda istifadəsi Oksibutinin hidroxlorid 5 yaşdan yuxarı uşaqlarda aşağıdakı hallarda istifadə oluna bilər: − idiopatik hiperaktiv sidik kisəsi və ya sidik kisəsinin neyrogen disfunksiyası (detruzor əzələnin hiperaktivliyi) nəticəsində sidik saxlanmazlığı, sidiyəgetməyə imperativ çağırışlar və ya tez-tez sidiyəgetmə; − - digər terapiya effektiv olmadıqda qeyri-medikamentoz müalicə üsulları ilə birlikdə detruzor əzələnin hiperaktivliyi ilə əlaqədar olan gecə enurezinin müalicəsi.

Əks göstərişlər:

 − Təsiredici maddəyə və/və ya preparatın tərkibində olan hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq;

 − miasteniya;

 − bağlıbucaqlı qlaukoma və ya gözün ön kamerasının kiçik olması;

 − hiperpireksiyanın inkişaf etmə riskini nəzərə alaraq, preparatı bədən temperaturunun yüksəlməsi olan pasiyentlərə və ətraf mühitin temperaturu yüksək olduğu hallarda istifadə etmək olmaz;

 − 5 yaşa qədər uşaqlar;

 − qida borusunun fəaliyyətinin pozulması, o cümlədən qida borusu dəliyinin yırtığı;

 − mədə-bağırsaq traktının (MBT) funksional və ya üzvi obstruksiyası, o cümlədən pilorostenoz, paralitik bağırsaq keçməzliyi;

 − ileostoma, kolostoma, toksik meqakolon, ağır dərəcəli xoralı kolit;

 − sidik kisəsinin intravezikulyar obstruksiyasında sidik ifrazının ləngiməsi məsələn, prostat vəzinin böyüməsi ilə əlaqədar ola bilər;

 − hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Qadınlarda hamiləlik dövründə oksibutinin hidroxloridin istifadəsinin təhlükəsizliyi sona qədər müəyyən edilməyib. Heyvanlar üzərində aparılan tədqiqatlar onu göstərir ki, ana orqanizminə toksik təsir göstərən dozaların istifadə olunması, reproduktiv toksikliyin meydana çıxmasına səbəb olur. Preparatın hamiləliyə, embriona/dölə, doğuşa və postnatal inkişafa təsirinin öyrənilməsi istiqamətində heyvanlar üzərində aparılan tədqiqatlar kifayət qədər deyil. Daha təhlükəsiz alternativ olmayan halları istisna etməklə, hamiləlik dövründə preparatın istifadəsindən çəkinmək lazımdır. Laktasiya dövrü Heyvanlar üzərində aparılan tədqiqatlarda, oksibutinin hidroxloridin ana südünə nüfuz etməsi aşkar edilmişdir. Beləliklə, preparatı laktasiya dövründə qadınlara təyin etmək olmaz.

Driptan istifadə qaydası, dozası

 Daxilə (peroral). Böyüklər Standart doza – gündə 2-3 dəfə 5 mq-dır. Əlavə effektlər pasiyent tərəfindən yaxşı qəbul edildikdə, klinik cavabın alınması məqsədi ilə dozanı gündə 4 dəfə 5 mq-a qədər artırmaq mümkündür. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə preparatın yarımxaricolma dövrü uzanır, bu səbəbdən bu kateqoriyadan olan pasiyentlər üçün, bir qayda olaraq, gündə 2 dəfə 2,5 mq doza müvafiqdir. Preparat pasiyent tərəfindən yaxşı qəbul edildikdə, klinik effektin əldə edilməsi üçün dozanı tədricən gündə 2 dəfə 5 mq-a qədər artırmaq olar. Uşaqlar (5 yaşdan yuxarı) Sidik kisəsinin neyrogen qeyri-stabilliyi: gündə 2 dəfə 2,5 mq. Preparat pasiyent tərəfindən yaxşı qəbul edildikdə, klinik effektin əldə edilməsi üçün dozanı tədricən gündə 2-3 dəfə 5 mq-a qədər artırmaq olar. Gecə enurezi: gündə 2 dəfə 2,5 mq. Preparat pasiyent tərəfindən yaxşı qəbul edildikdə, klinik effekt əldə olunana qədər bu dozanı gündə 2 və ya 3 dəfə 5 mq-a qədər titrləmək olar. Preparatın sonuncu dozasını yuxudan əvvəl qəbul etmək lazımdır. Uşaqlar (5 yaşa qədər 5 yaşa qədər uşaqlarda preparatı istifadə etmək tövsiyə edilmir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06342

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce