Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredeci maddələr: 1 tabletin tərkibində 6 mq deflazakort vardır.
Aktiv maddə (deflazakort) və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq.
Canlı virus peyvəndi alan xəstələr.
Xüsusi infeksiyaəleyhinə müalicə almayan sistem infeksiyalı xəstələr.
İnsanların reproduktiv funksiyasına təsiri ilə əlaqədar məlumat yoxdur, ancaq qlükokortikosteroidlərin heyvanlarda teratogen təsir göstərdiyi məlumdur. Gözlənilən fayda potensial riski üstələmədikdə, hamiləlik və laktasiya dövrlərində Efzakortun istifadəsi tövsiyə edilmir. Qlükokortikosteroidlərlə müalicə olunan anaların yenidoğulmuşlarını hipoadrenalizm əlamətlərinə görə müşahidə etmək lazımdır.
Qlükokortikosteroidlər ana südü ilə xaric olur və körpələrdə böyümənin ləngiməsinə və
hipoadrenalizmə səbəb ola bilir, bu səbəbdən kortikoterapiya alan analara övladlarını əmizdirməmələri tövsiyə olunmalıdır.
İstifadə qaydası
Preparat ağızdan qəbul olunur
Müxtəlif xəstəliklərdə və müxtəlif xəstələrdə dozalar çox dəyişir. Daha ciddi və həyati təhlükəsi olan hallarda, deflazakortun yüksək dozaları tələb oluna bilər. Nisbətən yüngül xroniki xəstəliklərdə deflazacortun uzunmüddətli istifadəsi zamanı dəstəkləyici doza mümkün qədər aşağı olmalıdır.
Stressli dövrlərdə və ya xəstəliyin kəskinləşməsi zamanı doza artırıla bilər.
Doza diaqnozdan, xəstəliyin şiddətindən, xəstənin reaksiyasından və dözümlülüyündən asılı olaraq fərdi seçilməlidir. Məqbul cavab verən ən aşağı dozadan istifadə edilməlidir.
Böyüklər Kəskin hallarda ilkin olaraq gündə 120 mq-a qədər deflazacort dozası tələb oluna bilər. Əksər hallarda dəstəkləyici dozalar 3-18 mq/gün diapazonunda olur.
Revmatoid artrit: dəstəkləyici doza adətən 3-18 mq/gün təşkil edir. Ən aşağı effektiv doza istifadə edilməli və lazım olduqda artırılmalıdır.
Bronxial astma: kəskin tutmalar zamanı xəstəliyin şiddətindən asılı olaraq yüksək dozalar 48-72 mq/gün tələb oluna bilər ki, bu da tutma aradan qaldırıldıqdan sonra tədricən azaldılır. Xroniki astmanın dəstəkləyici müalicəsi üçün doza simptomları idarə edən ən aşağı dozaya qədər endirilməlidir.
Digər hallarda. Deflazakortun dozası klinik ehtiyacdan asılıdır və ən aşağı effektiv dəstəkləyici dozaya qədər titrlənir.
Qaraciyər çatışmazlığı
Qaraciyər çatışmazlığı olan xəstələrdə qanda deflazakortun səviyyəsi arta bilər. Buna görə də, deflazakortun dozası diqqətlə izlənilməli və ən aşağı effektiv dozaya uyğunlaşdırılmalıdır.
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığı olan xəstələrdə, adətən qlükokortikoid terapiyası alan xəstələrdə görülən tədbirlərdən başqa heç bir xüsusi ehtiyat tədbiri tələb olunmur.
Yaşlı xəstələr
Yaşlı xəstələrdə adətən qlükokortikoid terapiyası alan xəstələrdə görülən tədbirlərdən başqa heç bir xüsusi ehtiyat tədbiri tələb olunmur. Sistem kortikosteroidlərin ümumi yan təsirləri yaşlılıqla əlaqədar olaraq daha ciddi nəticələrlə özünü göstərə bilər.
Uşaqlar
Klinik sınaqlarda uşaqlarda deflazakortun məhdud təsiri müəyyən olunmuşdur.
Uşaqlarda qlükokortikosteroidlərin istifadəsi üçün göstərişlər böyüklərdə olduğu kimidir, lakin ən aşağı effektiv dozadan istifadə etmək vacibdir. Bir gündən bir xəstəyə nəzarət etmək məsləhətdir.
Deflazakortun dozaları adətən 0,25-1,5 mq/kq/gün təşkil edir.
Yuvenil xroniki artrit: adətən dəstəkləyici doza gündə 0,25-1,0 mq/kq təşkil edir.
Nefrotik Sindrom: İlkin doza adətən 1,5 mq/kq/gün təşkil edir, sonradan kliniki zərurətə əsasən titrlənir.
Bronxial astma: xəstənin vəziyyətinin ağırlığına əsasən deflazakortun ilkin dozası bir gündən bir 0,251,0 mq/kq olmalıdır.
Deflazakortla müalicənin dayandırılması
Sistem kortikosteroidləri 3 həftədən çox müddətdə fizioloji dozadan yüksək dozada (təxminən gündə 9 mq və ya ona ekvivalent) qəbul edən xəstələrdə preparatın tətbiqi kəskin dayandırılmamalıdır. Dozanın azaldılma şəkli sistem kortikosteroidlərin dozası azaldıqda xəstəliyin residiv vermə ehtimalından çox asılıdır.
Kəsilmə zamanı xəstəliyin aktivliyi kliniki olaraq dəyərləndirilməlidir. Sistem kortikosteroidlərin tətbiqinin dayandırılması ilə xəstəliyin təkrarlanması ehtimalı azdırsa, lakin HHAS-nın fəaliyyətinin ləngiməsinə şübhə varsa, sistem kortikosteroidlərin dozası sürətlə fizioloji dozalara endirilə bilər.
Gündəlik 9 mq deflazakorta ekvivalent dozaya çatdıqdan sonra hipotalamo-hipofizar-adrenal sistemin bərpasını təmin etmək üçün dozanın azaldılması daha yavaş aparılmalıdır.
Aşağıdakı xəstə qruplarında hətta 3 həftə və ya daha az müalicə kurslarından sonra belə sistem kortikosteroid terapiyasının tədricən dayandırılması nəzərdə tutulmalıdır:
• Sistem kortikosteroidlərlə təkrar müalicə kursundan keçmiş xəstələr, xüsusən də 3 həftədən çox davam etdikdə.
• Uzunmüddətli terapiyanın dayandırılmasından sonraki bir il ərzində (aylar və ya illər) qısa kurs verildikdə.
• Ekzogen kortikosteroid terapiyasından fərqli adrenal çatışmazlıq səbəbləri ola bilən xəstələr.
• Gündə 48 mq deflazakortdan çox sistem kortikosteroid dozaları qəbul edən xəstələr.
• Təkrar dozanı axşam qəbul edən xəstələr.