Bitib
Stokda olanda mənə xəbər verin.10 mq/5 mq tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində 10,00 mq lizinopril (10,88 mq lizinopril dihidrat şəklində) və 5,00 mq amlodipin (6,94 mq amlodipin bezilat şəklində) vardır. Köməkçi maddələr: maqnezium stearat, natrium nişastaqlikolyat tip A, mikrokristallik sellüloza tip 12, mikrokristallik sellüloza tip 101. 20 mq/5 mq tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində 20,00 mq lizinopril (21,76 mq lizinopril dihidrat şəklində) və 5,00 mq amlodipin (6,94 mq amlodipin bezilat şəklində) vardır. Köməkçi maddələr: maqnezium stearat, natrium nişastaqlikolyat tip A, mikrokristallik sellüloza tip 12, mikrokristallik sellüloza tip 101. 20 mq/10 mq tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində 20,00 mq lizinopril (21,76 mq lizinopril dihidrat şəklində) və 10,00 mq amlodipin (13,88 mq amlodipin bezilat şəklində) vardır. Köməkçi maddələr: maqnezium stearat, natrium nişastaqlikolyat tip A, mikrokristallik sellüloza tip 12, mikrokristallik sellüloza tip 101.
İstifadəsinə göstərişlər:
Böyüklərdə essensial arterial hipertenziyanın müalicəsi. Ekvator preparatının istifadəsi, lizinoprilin və amlodipinin göstərilən dozalarda eyni zamanda qəbulu fonunda arterial təzyiqə adekvat nəzarət olunan yetkin yaşlı pasiyentlərdə əvəzedici müalicə vasitəsi kimi göstərişdir.
Əks göstərişlər Lizinopril ilə əlaqəli: - lizinoprilə və ya hər-hansı digər angiotenzinçevirici ferment (AÇF) inhibitoruna qarşı yüksək həssaslıq; - anamnezdə AÇF inhibitorları ilə əvvəllər aparılan müalicə ilə əlaqəli angionevrotik ödem; - irsi və ya idiopatik angionevrotik ödem; - hamiləliyin 2-ci və 3-cü trimestrləri (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə bax); - şəkərli diabetdən və ya böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (YFS < 60 ml/dəq/1,73 m2 ), Ekvator preparatının aliskiren tərkibli preparatlarla eyni zamanda istifadəsi əks göstərişdir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Farmakodinamikası” bölmələrinə bax); - sakubitril/valsartan ilə eyni zamanda istifadəsi. Sakubitrilin/valsartanın sonuncu dozasının istifadəsindən sonra 36 saatdan tez Ekvator preparatının qəbulunu başlamaq olmaz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). Amlodipin ilə əlaqəli: - amlodipinə və ya hər-hansı digər dihidropiridin törəməsinə qarşı yüksək həssaslıq; - ağır dərəcəli arterial hipotenziya; - şok (o cümlədən, kardiogen şok); - sol mədəciyin çıxarıcı traktının obstruksiyası (ağır dərəcəli aortal stenoz); - kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı. Ekvator preparatı ilə əlaqəli: Hər iki komponentin istifadəsi ilə əlaqəli yuxarıda göstərilən bütün əks göstərişlər həmçinin, kombinəolunmuş Ekvator preparatına da aiddir. “Tərkibi” bölməsində qeyd olunan istənilən köməkçi maddələrdən hər-hansına qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövrü Hamiləlik dövrünün birinci trimestrində Ekvator preparatının istifadəsi tövsiyə olunmur; hamiləlik dövrünün ikinci və üçüncü trimestrlərində göstərilən preparatın istifadəsi əks göstərişdir. Lizinoprilin və amlodipinin hamilə qadınlarda istifadə təcrübəsinin öyrənilməsi istiqamətində adekvat nəzarət olunan klinik tədqiqatların aparılması barədə heç bir məlumat yoxdur. Lakin, hamiləlik dövründə hər iki təsiredici maddənin istifadəsi tövsiyə olunmur və ya əks göstərişdir (təsiredici maddələr barədə yuxarıda göstərilən məlumatlara bax). Hamiləlik təsdiq olunduqda, Ekvator preparatının istifadəsini dərhal dayandırmaq və zərurət yarandıqda, alternativ müalicəyə başlamaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Hamiləlik dövründə Ekvator preparatının istifadəsinə başlamaq olmaz. Ekvator preparatı ilə müalicənin davam etdirilməsi zəruri hesab edildiyi halda, hamiləliyi planlaşdıran pasiyentləri hamiləlik dövründə təhlükəsizlik profili məlum olan alternativ hipotenziv preparatların istifadəsinə keçirmək lazımdır. Lizinoprilin istifadəsi Hamiləlik dövrünün birinci trimestrində AÇF inhibitorlarının istifadəsi tövsiyə olunmur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Hamiləlik dövrünün ikinci və üçüncü trimestrlərində AÇF inhibitorlarının istifadəsi əks göstərişdir (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). Hamiləlik dövrünün birinci trimestrində AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli teratogen risk barədə mövcud epidemioloji məlumatlar inandırıcı deyil, lakin, riskin bir qədər yüksəlməsini istisna etmək olmaz. AÇF inhibitoru ilə müalicənin davam etdirilməsi həyat üçün əhəmiyyətli hesab edilmədiyi halda, hamiləliyi planlaşdıran pasiyentləri hamiləlik dövründə təhlükəsizlik profili məlum olan alternativ hipotenziv preparatların istifadəsinə keçirmək lazımdır. Hamiləlik təsdiq olunduqda, AÇF inhibitoru ilə aparılan müalicəni dərhal dayandırmaq və zərurət yarandıqda, alternativ müalicəyə başlamaq lazımdır. Məlumdur ki, hamiləlik dövrünün ikinci və üçüncü trimestrlərində qadınlar tərəfindən AÇF inhibitorlarının istifadəsi, fetotoksikliyin (böyrək funksiyalarının aşağı düşməsi, dölyanı suların azalması, kəllə sümüklərinin bərkiməsinin ləngiməsi) və neonatal toksikliyin (böyrək çatışmazlığı, arterial hipotenziya, hiperkaliemiya) meydana çıxmasına səbəb olur. AÇF inhibitorunun istifadəsi hamiləlik dövrünün ikinci trimestrindən başlandığı halda, böyrəklərin və kəllənin ultrasəs müayinəsinin aparılması tövsiyə olunur. Hipotenziyanın vaxtında aşkar edilməsi məqsədi ilə, hamiləlik dövründə AÇF inhibitorlarından istifadə edən anaların körpələrini diqqətlə müşahidə etmək tövsiyə olunur (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). Amlodipinin istifadəsi Amlodipinin hamilə qadınlarda istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Heyvanlar üzərində aparılan tədqiqatlarda, yüksək dozalardan istifadə etdikdə, reproduktiv toksiklik müşahidə olunmuşdur. Hamiləlik dövründə istifadəsi yalnız, daha təhlükəsiz alternativ müalicə olmadıqda və həmçinin, mövcud xəstəlik ana və döl üçün yüksək risk ilə əlaqəli olduğu hallarda tövsiyə olunur. Laktasiya dövrü Laktasiya dövründə lizinoprilin istifadəsi barədə heç bir məlumat yoxdur. Amlodipin ana südünə nüfuz edir. Südəmər uşağın ana südü ilə birlikdə qəbul etdiyi amlodipinin miqdarı interkvartil genişliklə 3-7 %, maksimum ilə 15 % səviyyəsində qiymətləndirilir. Amlodipinin uşağa təsir göstərməsi qiymətləndirilməyib. Laktasiya dövründə Ekvator preparatının istifadəsi tövsiyə olunmur və xüsusilə, yenidoğulmuş və ya vaxtından əvvəl doğulmuş uşaqları ana südü ilə qidalandırdıqda, müəyyən olunmuş təhlükəsizlik profilinə malik alternativ preparatların istifadəsinə üstünlük verilir. Fertillik Lizinoprilin və amlodipinin fertilliyə təsirinin öyrənilməsi istiqamətində adekvat nəzarət olunan klinik tədqiqatların aparılması barədə heç bir məlumat yoxdur. Amlodipinin istifadəsi Kalsium kanallarının blokatorlarından istifadə edən bəzi pasiyentlərdə spermatozoidlərin baş hissəsinin geri dönən biokimyəvi dəyişiklikləri barədə məlumatlar daxil olmuşdur. Amlodipinin fertilliyə mümkün təsiri barədə kifayət qədər klinik məlumat yoxdur. Siçovullar üzərində aparılan bir tədqiqatda, erkək siçovulların reproduktiv funksiyasına arzuolunmayan təsiri aşkar olmuşdur.
Dozaları Tövsiyə olunan doza: sutkada 1 tabletdir. Maksimal sutkalıq doza: 1 tablet. Bir qayda olaraq, fiksasiya olunmuş dozalı kombinəolunmuş preparatlar başlanğıc müalicə üçün uyğun olmurlar. Ekvator preparatının istifadəsi yalnız o pasiyentlərə göstərişdir ki, onlara lizinoprilin və amlodipinin seçilmiş optimal dəstəkləyici dozaları müvafiq olaraq, Ekvator preparatının 10 mq/5 mq tabletləri üçün – 10 mq və 5 mq, Ekvator preparatının 20 mq/10 mq tabletləri üçün – 20 mq və 10 mq və həmçinin Ekvator preparatının 20 mq/5 mq tabletləri üçün – 20 mq və 5 mq təşkil edir. Dozaların korreksiyası üçün zərurət yarandıqda, preparatın ayrı-ayrı komponentlərinin dozalarının seçilməsinin məqsədə uyğun olmasını nəzərdən keçirmək olar. Xüsusi pasiyent qrupları Böyrək çatışmazlığı Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə optimal başlanğıc dozanı və dəstəkləyici dozanı müəyyən etmək üçün, dozaların seçimini, preparatın ayrı-ayrı komponentlərinin – lizinoprilin və amlodipinin – istifadəsi ilə fərdi qaydada aparmaq lazımdır. Ekvator preparatı ilə aparılan müalicə müddətində böyrək funksiyalarına, qan zərdabında kaliumun və natriumun miqdarına nəzarət etmək lazımdr. Böyrək funksiyaları pisləşdiyi halda, Ekvator preparatının istifadəsini dayandırmaq və onu, müvafiq qaydada seçilmiş preparatın ayrıayrı komponentləri ilə əvəz etmək lazımdır. Amlodipin orqanizmdən dializ vasitəsi ilə xaric olunmur. Qaraciyər çatışmazlığı Yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün istifadə olunan dozalar barədə tövsiyələr hazırlanmayıb; bu səbəbdən bu qrup pasiyentlər üçün dozaların seçilməsini ehtiyatla həyata keçirmək və preparatın istifadəsini, dozalanma diapzonunda minimal dozadan başlamaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakokinetikası” bölmələrinə bax). Qaraciyət çatışmazlığından əziyyət çəkən pasiyentlərdə optimal başlanğıc dozanı və dəstəkləyici dozanı müəyyən etmək üçün, dozaların seçimini, lizinoprilin və amlodipinin sərbəst kombinasiyasının istifadəsi ilə fərdi qaydada aparmaq lazımdır. Ağır dərəcəli qaraciyər çatışmazlığı zamanı amlodipinin farmakokinetikası öyrənilməyib. Ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə amlodipinin istifadəsini ən aşağı dozadan başlamaq və dozanı tədricən titrləmək lazımdır. Uşaq yaşlı pasiyentlər (< 18 yaş) Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə Ekvator preparatının təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Yaşlı pasiyentlər (> 65 yaş) Yaşlı pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. Klinik tədqiqatlar zamanı amlodipinin və ya lizinoprilin effektivlik və ya təhlükəsizlik profilinin yaşdan asılı dəyişməsi aşkar edilməmişdir. Yaşlı pasiyentlərdə optimal dəstəkləyici dozanı müəyyən etmək üçün, dozaların seçimini, lizinoprilin və amlodipinin sərbəst kombinasiyasının istifadəsi ilə fərdi qaydada aparmaq lazımdır. İstifadə qaydası Preparat daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Qida qəbulunun preparatın sorulmasına təsir göstərməməsini nəzərə alaraq, Ekvator preparatını qida qəbulundan asılı olmayaraq, yəni, yeməkdən əvvəl, yemək zamanı və ya yeməkdən sonra qəbul etmək olar.