Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ELVOCARIN 5ML N5 AMP

Məhsul Kodu : 111-26743
İstehsalçı ölkə: Hindistan
5,28 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ELVOKARİN, 1 q/5 ml venadaxili inyeksiya üçün məhlul

ELVOKARİN tərkibi

Təsiredici maddə: 5 ml məhlulun tərkibində 1 q levokarnitin vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə, uşaqlarda, körpələrdə və yenidoğulmuşlarda birincili və ikincili karnitin çatışmazlığının müalicəsində istifadə olunur. Hemodializ keçən pasiyentlərdə ikincili karnitin çatışmazlığı. Uzunmüddətli h emodializ keç ən pasiyent lərdə aşağıdakı hallar da ikincili karnitin çatışmazlığı ehtimalı vardır: − dializ zamanı ağır və davamlı əzələ qıcolmaları və/və ya hipotenziya halları, − həyat keyfiyyətinə neqativ təsir göstərən halsızlıq, − skelet əzələlərinin zəifliyi və ya miopatiya, − kardiomiopatiya, − eritropoetin müalicəsinə cavab verməyən və ya daha yüks ək dozalar t ələb ed ən uremik anemiya, − qidalanmanın natamam olması ilə əlaqəli əzələ kütləsininazalması.

Əks göstərişlər

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Siçovul və dovşanlarda aparılan reproduktivliyə dair tədqiqatlarda, preparatın teratogenliyi sübut olunmamışdır. Yalnız dovşanlarda nəzarət heyvanları ilə müqayisədə, preparatın ən yüksək dozada (gündəlik 600 mq/kq) istifadəsindən sonra statistik cəhətdən az miqdarda post implantasiya itkiləri baş vermişdir. Bu məlumatların insan üçün əhəmiyyəti məlum deyil. Birincili karnitin çatışmazlığı olan hamilələrdə preparatın istifadəsinə dair məlumat yoxdur.

Birincili karnitin çatışmazlığı olan hamilələrdə müalicənin dayandırılmasının ciddi fəsadlarını nəzərə alaraq, müalicəni dayandıran ana üçün risk, müalicənin davam etdiriləcəyi halda döl üçün nəzəri riskdən daha böyük görünür. Levokarnitin ana südünün normal tərkib hissəsidir. Levokarnitinin laktasiya dövründə istifadəsi öyrənilməmişdir.

ELVOKARİN istifadə qaydası və dozası

Yavaş venadaxili yeridilmə üçün (2-3 dəqiqə ərzində). Böyüklər, uşaqlar, körpələr və yenidoğulmuşlar Müalicəni qanda və sidikdə karnitin və asilkarnitin səviyyəsini müəyyən etməklə tənzimləmək tövsiyə olunur. Anadangəlmə metabolizm pozğunluqları Dozalanma metabolizmin pozğunluq səviyyəsindən və müalicə dövründəki vəziyyətdən asılıdır. Kəskin dekompensasiya zamanı məsləhət görülən doza hər kq bədən kütləsinə 100 mq təşkil edir.

Bu dozanın istifadəsi gündə 3-4 dəfəyə bölünə bilər. Daha yüksək dozalar istifadə ediləndə, əlavə təsirlərin, ilk növbədə ishalın yaranma riski arta bilər. Hemodializ keçən pasiyentlərdə ikincili karnitin çatışmazlığı Preparatı istifadə etməzdən öncə plazmada karnitinin səviyyəsini yoxlamaq lazımdır. İkincili karnitin çatışmazlığı zamanı asilkarnitin/sərbəst karnitin nisbəti 0,4-dən yüksək və/və ya sərbəst karnitin konsentrasiyası 20μmol/l-dən aşağı olur.

Hər dializ prosedurundan (adətən həftədə 3 dəfə) sonra, hər kq bədən kütləsinə 20 mq preparat bolus iyeksiya vasitəsi ilə venaya yeridilir. İntravenoz müalicənin müddəti ən azı 3 ay olmalıdır, bu müddət əzələlərdə normal karnitin səviyyəsinin bərpası üçün tələb olunur. Müalicəyə ümumi cavabı dəyərləndirmək üçün plazmada asilin və sərbəst karnitinin səviyyələri yoxlanılmalı və pasiyentin vəziyyəti nəzərə alınmalıdır. Karnitin istifadəsi dayandırıldıqdan sonra karnitin səviyyəsi tədricən azalır.

Təkrar kursa ehtiyac pasiyentin vəziyyəti və vaxtaşırı karnitn səviyyəsinin yoxlanması nəticəsində müəyyən edilir.

Prepared by  T-Soft E-Commerce.