Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: enalapril maleat - 5 mq.
- arterial hipertenziya, - xroniki ürək çatışmazlığı zamanı (qarışıq terapiyanın tərkibində).
Enalaprilə və digər AÇF inhibitorlarına qarşı yüksək həssaslıq, anamnezdə AÇF inhibitorları ilə müalicə ilə bağlı angi onevrotik öd emin, porfiriyanı n olması, hamiləlik, laktasiya dövrü, 18 yaşdan aşağı yaş (effektivlik və təhlükəsizlik müəyyən edilməmişdir). İlkin hiperaldosteronizm, böyrək arteriyalarının ikitərəfli stenozu, yeganə böyrək arteriyasının stenozu, hiperkaliyemiya, böyrək transplantasiyasından sonrakı vəziyyətdə; aortal stenoz, mitral stenoz (hemodinamikanın pozuntuları ilə), idiopatik hipertrofik subaortal stenoz, birləşdirici toxumanın sistem xəstəlikləri, ürəyin işemik xəstəliyi, serebrovaskulyar xəstəlikl ər, şəkərli diabet, böyrək çatışmazlığı (proteinuriya - sutkada 1 qr-dan çox), qaraciyər çatışmazlığı zamanı, duzun məhdudlaşdırıldığı pəhrizə riayət edən və ya hemodializdə olan pasiyentlərdə, immundepressantlarının və saluretiklərin qəbulu ilə eyni zaman da, yaşlı insanlarda (65 yaşdan böyük pasiyentlərdə) ehtiyatla istifadə edilməlidir. Xüsusi göstərişlər Dövr edən qanın həcmi aşağı olan pasiyentlərə Enalaprilin təyin edilməsi zamanı (diuretiklərlə terapiyanın nəticəsində, xörək duzundan istifadəsi məhdudlaşdırıldıqda, hemodializ keçirildikdə, diareya və qusma zamanı) ehtiyatlı olmaq lazımdır - AÇF inhibitorunun hətta başlanğıc dozasından istifadədən sonra AT -in gözlənilmədən və əhəmiyyətli dərəcədə düşməsi riski yüksəkdir. Tranzitor arterial hipotenziya AT-in sabitləşməsindən sonra preparatla müalicənin davam etdirilməsi üçün əks göstəriş deyil.
AT-in təkrar aşkar düşməsi zamanı dozanı azaltmaq və ya preparatdan istifadəni dayandırmaq lazımdır. Yüksək nüfüz edən dializ membranlarından istifadə anafilakti k reaksiyanın inkişaf riskini artırır. Dializ olmayan günlərdə dozalan ma rejiminin korreksiyası AT-nin səviyyəsindən asılı olaraq həyata keçirilməlidir. AÇF inhibitorları ilə müalicədən əvvəl və müalicə zamanı AT -nin, qan göstəricilərinin (hemoqlobin, kali um, kreatinin, sidik cövhərininin, "qaraciyər" fermentlərinin aktivliyinin), sidikdə zülalın müntəzəm olaraq yoxlanılması tələb olunur.
3 Ağır ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi və beyin damarlarının xəstəlikləri olan, AT-in düşməsi miokard infarktın a, insulta və ya böyrək funksiyasının pozulmasına səbəb ola biləcək xəstələrə güclü nəzarət tələb olunur. Müalicənin qəfil dayandırılması " ləğvetmə" sindromuna (AT -nin kəskin qalxmasına) səbəb olmur. AT-nin AÇF inhibitorlarının səbəbindən azalması zamanı böyrək və beyin qan axınının nəticəsində AT-n in aşkar azalmasının, oliquriyanın, hiperkali emiyanın və nevroloji pozğunluqların vaxtında aşkar edilməsi üçün AÇF inhibitorlarının bətndaxili təsirinə məruz qalmış yenidoğulmuş və südəmər uşaqlar üzərində əsaslı müşahidə aparmaq tövsiyə edilir. Oliquriya zamanı müvafiq məhlulların və damardaraldıcı vasitələrin yeridilməsi vasitəsilə ATnin və böyrək perfuziyasının saxlanması tələb olunur.
Böyrək çatışmazlığı zamanı aktiv metabolitin xaric olmasının azalması mü mkündür ki, bu da aktiv metabolitin konsentrasiyasının qan plazmasında artmasına səbəb olur. Bu cür pasiyentlərə preparatın daha kiçik dozalarının təyin ediməsi tələb oluna bilər. Arterial hipertenziyası və böyrək arteriyalarının birtərəfli və ikitərəfli s tenozu olan pasiyentlərdə qan zərdabında sidik cövhərinin və kreatininin miqdarının artması mümkündür. Bu cür pasiyentlərdə terapiyanın ilk bir neçə həftəsi ərzində böyrəklərin funksiyasını yoxlamaq lazımdır.
Preparatın dozasının azalması tələb oluna bilər. Tac və serebrovaskulyar çatışmazlığı olan pasiyentlərə hədsiz arterial hipotenziya zamanı işemiyanın güclənməsi təhlükəsi ilə əlaqədar Enalaprilin təyin edilməsi zamanı riskin və potensial faydanın nisbətini nəzərə almaq lazımdır. Preparatı şəkərli diabeti olan pasiyentlərə hiperkaliyemiyanın inkişaf riski səbəbindən ehtiyatla təyin etmək lazımdır. Anamnezində angionevrotik ödəm olan pasiyentlərdə Enalapril ilə müalicənin fonunda angionevrotik ödəmin yüksək inkişaf riski ola bilər.
Aşkar autoimmun xəstəlikləri, məsələn, sistemli qırmızı qurdeşənəiyi və ya sklerodermiyası olan pasiyentlərdə Enalaprilin qəbulunun fonunda neytropeniyanın və ya aqranulositozun inkişaf riski yüksəkdir. Ürək qlikozidlərini və/ və ya diuretikləri qəbul edən pasiyentlərdə xroniki ürək çatışmazlığının terapiyası üçün Enalaprilin təyin edilməsi zamanı ehtiyatlı olmaq tövsiyə edilir. Paraqalxanvarı vəzilərin funksiyalarının öyrənilməsindən əvvəl preparatdan istifadəni dayandırmaq lazımdır. Alkoqol preparatın hipotenziv təsirini gücləndirir.
Cərrahi müdaxillədən əvvəl (stomatoloji müdaxilələr daxil olmaqla) cərrahı/anestezioloqu AÇF inhibitorlarından istifadə haqqında xəbərdar etmək lazımdır.
Müalicənin əvvəlində, dozanın seçilməsi dövrü başa çatmadan əvvəl avtonəqliyyat vasitələrini idarə etməkdən və diqqətin yüksək konsentrasiyasını və sürətli psixomotor reaksiyaları tələb edən potensial olaraq təhlükəli fəaliyyət növləri ilə məşğul olm aqdan çəkinmək lazımdır, çünki diuretik vasitələri qəbul edən xəstələrdə AÇF inhibitorunun xüsusilə başlanğıc dozasından sonra başgicəllənməsi mümkündür.
Qida qəbulu vaxtından asılı olmayaraq daxilə qəbul edilir. Arterial hipertenziyanın monoterapiyası zamanı başlanğıc doza - sutkada bir dəfə 5 mq. Klinik effekt olmadıqda 1-2 həftədən sonra dozanı 5 mq artırırlar. Başlanğıc dozanın qəbulundan sonra xəstələr 2 saat ərzində və əlavə olaraq 1 saat ərzində, AT sabitləşənədək tibbi müşahidə altında olmalıdırlar.
Zəruri hallarda və kifayət qədər yaxşı keçirildikdə dozanı 2 qəbula sutkada 40 mq-dək artırmaq olar. 2-3 həftədən sonra dəstəkləyici dozaya keçirlər - 1-2 qəbula bölməklə sutkada 10-40 mq. Arteri al hipertenziya orta səviyyədə olduqda, orta sutkalıq doza 10 mq təşkil edir. Preparatın maksimal sutkalıq dozası 40 mq təşkil edir.
Eyni zamanda diuretikləri qəbul edən pasiyentlərə təyin etdikdə Enalaprili təyin etmə zdən 2-3 gün əvvəl diuretiklə müalicəni dayandırmaq lazımdır. Bu mümkün olmadıqda, preparatın başlanğıc dozası sutkada 2,5 mq təşkil etməlidir. Hiponatriemiyası (qan zərdabında natrium ionlarının konsentrasiyası 130 mmol/l -dən az olduqda) və ya qan zərdabında kreatininin konsentrasiyası 0,14 mmol/l-dən çox olduqda başlanğıc doza suktada 1 dəfə 2,5 mq. Renovaskulyar hipertenziya zamanı ilkin doza - 2,5-5 mq/sutka.
Maksimal sutkalıq dozası 20 mq təşkil edir. 4 Xroniki ürək çatışmazlığı zamanı başlanğıc doza bir dəfə 2,5 mq təşkil edir, sonra dozanı klinik reaksiyaya uyğun olaraq hər 3-4 gündən bir 2,5-5 mq artıraraq AD dəyərlərindən asılı olaraq maksimal dözülən dozalaradək çatdırırlar, lakin bir dəfə və ya 2 qəbula sutkada 40 mq -dan çox olmamaq şərtilə. Aşağı sistolik AT (100 mm civə sütunundan aşağı) olan xəstələrdə terapiyanı sutkada 1,25 mq-dan başlamaq lazımdır. Dozanın seçilməsi 2 -4 həftə ərzində və ya daha kiçik müddətlərdə həyata keçirilir.
Orta dəstəkləyici doza - 1-2 qəbula sutkada 5-20 mq təşkil edir. Yaşlı insanlarda daha çox daha aşkar hipotensiv təsir və preparatın təsir vaxtının uzanması müşahidə edilir, bu enalaprilin xaric olma sürətinin azalması ilə bağlıdır, bu səbəbdən yaşlı insanlarda başlanğıc doza - 1,25 mq miqdarında tövsiyə edilir. Xroniki böyrək çatışmazlığı zamanı kumulyasiya filtrasiyanın dəqiqədə 10 ml -dən aşağı azalması zamanı baş verir. Kreatinin klirensi (KK) 80-30 ml/dəq olduqda doza adətən sutkada 5- 10 mq, KK 30-10 ml/dəq -dək olduqda – sutkada 2,5-5 mq, KK 10 ml/dəq-dən az olduqda – yalnız dializ günlərində sutkada 1,25-2,5 mq təşkil edir.
Müalicənin müddəti terapiyanın effektivliyindən asılıdır. AT-in çox aşkar azalması zamanı preparatın dozasını müntəzəm olaraq azaldırlar. Preparatdan həm monoterapiyada, həm də digər antihipertenziv vasitələrlə birlikdə istifadə edirlər.