Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Evoxyr 15 mq N28 tablet

Məhsul Kodu : 111-27555
İstehsalçı ölkə: Türkiye
35,72 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Evoksir, 15 mq; 20 mq örtüklü tabletlər

Evoksir tərkibi

Təsiredici maddə    1 tabletin tərkibində 15 mq və ya 20 mq rivaroksaban vardır.

Əks göstərişlər  

Təsiredici maddə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.  
Klinik cəhətdən əhəmiyyətli aktiv qanaxma.   
Əhəmiyyətli dərəcədə qanaxma riski olan zədələnmələr və vəziyyətlər, məsələn, hal-hazırda və ya 
yaxın zamanlarda olan mədə-bağırsaq qanaxması, yuksək qanaxma riski olan bədxassəli 
törəmələr, yaxın zamanlarda keçirilmiş baş və onurğa beyni zədələnməsi, yaxın zamanlarda 
aparılmış beyin, onurğa beyni və oftalmoloji cərrahi əməliyyat, kəllədaxili qansızma, qida borusu 
venalarının məlum və ya şübhəli varikoz genişlənməsi, arteriovenoz malformasiyalar, damar 
anverizmaları və ya onurğa beyni və baş beyində damar anomaliyaları.   
Digər antikoaqluyantlar, məsələn, fraksiya olunmamış heparin, kiçik molekulyar çəkili heparinlər 
(enoksaparin, dalteparin və s.), heparin törəmələri (fondaparinuks və s.), oral antikoaqulyantların 
(varfarin, dabiqatran eteksilat, apiksaban və s.) yanaşı istifadəsi. Bir antikoaqluyant terapiyadan 
və ya digər müalicəyə keçid kimi xüsusi hallar istisna olmaqla, yaxud mərkəzi venoz və ya arterial kateteri saxlamaq üçün lazım olan dozada fraksiya olunmamış heparin verildikdə  
Koaqulopatiya ilə assosiasiasiya olunan qaraciyər xəstəliyi və klinik əhəmiyyətə malik qanaxma 
riski olan Çayld-Pyu təsnifatına əsasən sirrozu olan xəstələr.  
Hamiləlik və laktasiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Hamilə qadınlarda Evoksirin təhlükəsizliyi və effektivliyi müəyyən olunmamışdır. Heyvanlar 
üzərində tədqiqatlarda reproduktiv toksiklik müşahidə olunmuşdur. Potensial reproduktiv 
toksikliyini, qanaxma riskini və rivaroksabanın ciftdən keçdiyini sübut edən dəlillərin olmasını 
nəzərə alaraq, Evoksir hamiləlik dövründə əks göstərişdir.  
Uşaq dünyaya gətirmə potensialı olan qadınlar rivaroksabanla müalicə müddətində hamilə 
qalmaqdan çəkinməlidir.   
Laktasiya 
Ana südü ilə qidalandırma dövründə Evoksirinin istifadəsinin təhlükəsizliyi və effektivliyi 
müəyyən olunmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlardan alınan məlumatlar göstərir ki, 
rivaroksaban ana südünə keçir. Buna görə də, Evoksir lakatasiya dövründə əks göstərişdir. Bu 
zaman ana südü ilə qidalandırmanı və ya müalicəni dayandırmaq barədə qərar qəbul olunmalıdır.  
Fertillik 
Rivaroksabanın insanlarda fertilliyə təsirini qiymətləndirmək üçün spesifik tədqiqatlar 
aparılmamışdır.  Siçovullar üzərində aparılan tədqiqatlarda dişi və erkəklərin fertilliyinə hər hansı 
bir təsir müşahidə olunmamışdır.

İstifadə qaydası və dozası 

Dozalanması 
Böyüklərdə insultun və sistem embolizmin profilaktikası   
Tövsiyə olunan doza gündə bir dəfə 20 mq-dır, bu doza həmçinin tövsiyə olunan maksimal 
dozadır. Rivaroksabanla müalicə, insult və sistem embolizmin profilaktikasının faydası qanaxma 
riskindən üstün olması ilə şərtilə uzun müddət ərzində aparılmalıdır.  
Dozanın qəbulu unudularsa, xəstə unudulmuş dozanı dərhal qəbul etməli və növbəti gün tövsiyə 
olunan qaydada gündə bir dəfə qəbul etməlidir. Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul 
edilməməlidir.  
Böyüklərdə dərin venaların trombozu (DVT)və pulmonar emboliyanın (PE) müalicəsi, həmçinin 
DVT və PE profilaktikası  
Kəskin DVT və ya PE-nın ilkin müalicəsi üçün tövsiyə olunan doza ilk üç həftə ərzində 15 mq 
gündə iki dəfə, daha sonra isə davamlı müalicə və DVT və PE-nın profilaktikası üçün gündə bir 
dəfə 20 mq-dır.  
Keçici risk faktorları (keçirilmiş böyük cərrahi əməliyyat və ya travma) nəticəsində yaranan DVT 
və PE-nın müalicəsi üçün qısa müddətli terapiya (ən azı 3 ay) nəzərə alınmalıdır.  
Daha uzun müddətli müalicə aşağıdakı hallarda nəzərə alınmalıdır:  
keçici risk faktorları nəticəsində yaranmayan DVT və ya PE.  
Provakasiya olunmayan DVT və ya PE.  
Anamnezində residivləşən DVT və ya PE olan xəstələr. 
DVT və ya PE -nın daha geniş profilaktikasına göstəriş olarsa (DVT və ya PE-nın ən azı 6 ay 
müalicəsindən sonra), tövsiyə olunan doza gündə bir dəfə 10 mq-dır.  
DVT və ya PE -nın residiv riski yüksək olan xəstələrdə, məsələn, ağırlaşmış yanaşı xəstəlikləri, 
yaxud DVT və PE residivi inkişaf edən xəstələrdə gündə bir dəfə 10 mq əvəzinə, gündə bir dəfə 
20 mq doza təyin olunmalıdır.   
Müalicə müddəti və doza rejimi qanaxma riski ilə müqayisədə müalicənin faydası diqqətlə 
qiymətlindirildikdən sonra fərdi olaraq seçilməlidir.                                                                            

DVT və PE-nın müalicəsi və profilaktikası üçün dozalanma

Dərin damar trombozu (DVT) və ağciyər emboliyasının (PE) müalicəsi, eləcə də residivlərin profilaktikası zamanı preparatın dozalanması müalicə mərhələsinə görə dəyişir. Müalicənin 1–21-ci günlərində preparat 15 mq dozada gündə iki dəfə təyin olunur və bu dövrdə ümumi gündəlik doza 30 mq təşkil edir. Müalicənin 22-ci günündən etibarən isə preparat 20 mq dozada gündə bir dəfə qəbul edilir və ümumi gündəlik doza 20 mq olur.                                                                          

Residivləşən DVT və ya PE-nın profilaktikası

DVT və ya PE-nın ən azı 6 ay davam edən müalicəsindən sonra residivlərin profilaktikası məqsədilə preparat 10 mq gündə bir dəfə və ya 20 mq gündə bir dəfə təyin edilə bilər. Bu mərhələdə ümumi gündəlik doza seçilmiş rejimdən asılı olaraq 10 mq və ya 20 mq təşkil edir.         Əgər xəstə gündə iki dəfə 15 mq doza ilə müalicə dövründə (gün 1-21) dozanı qəbul etməyi 
unutmuşsa, gün ərzində 30 mq dozanın qəbul edilməsinə əmin olmaq üçün, dərhal rivaroksabanı 
qəbul etməlidir. Bu halda, 2 ədəd 15 mq tablet bir dəfəyə qəbul edilməlidir. Sonrakı günlərdə isə 
tövsiyə olunduğu qaydada, gündə iki dəfə 15 mq dozanı qəbul etməlidir.  
Gündə bir dəfə müalicə fazasında bir doza buraxılarsa, xəstə dərmanı dərhal qəbul etməli və 
tövsiyə edildiyi kimi növbəti gün gündə bir dəfə qəbula davam etməlidir. Buraxılmış dozanı 
kompensasiya etmək üçün eyni gün ərzində doza iki dəfə artırılmamalıdır. 
Uşaqlarda və yeniyetmlərdə venoz trombemboliyanın (VTE) müalicəsi və profilaktikası  
18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə rivaroksabanla müalicəyə parenteral 
antikoaqulyantlarla ən azı 5 günlük ilkin müalicədən sonra başlamaq lazımdır.  
Uşaqlar və yeniyetmələr üçün doza bədən çəkisinə müvafiq olaraq hesablanmalıdır.   
Bədən çəkisi 30-50 kq olanlar: 
Gündə bir dəfə 15 mq rivaroksaban tövsiyə olunur. Bu doza həmçinin gündəlik maksimal dozadır.  Bədən çəkisi 50 kq və daha çox olanlar:  
20 mq rivaroksaban tövsiyə olunur. Bu doza həmçinin gündəlik maksimal dozadır.  
Bədən çəkisi 30 kq-dan az olan xəstələr dərman vasitəsinin digər müvafiq buraxılış formasından 
istifadə etməlidir.  
Uşağın bədən çəkisinə müntəzəm olaraq nəzarət olunmalı və dozaya yenidən baxılmalıdır. Bu, 
adekvat terapevtik dozanın saxlanmasına əmin olmaq üçün zəruridir. Dozanı yalnız bədən 
çəkisində dəyişikliklərə müvafiq olaraq tənzimləmək lazımdır.  
Uşaqlarda və yeniyetmələrdə müalicə ən azı 3 ay davam etməlidir. Klinik olaraq ehtiyac olarsa, 
müalicə 12 aya qədər artırıla bilər. 6 aylıq müalicədən sonra uşaqlarda dozanın azaldılmasını təsdiq edən məlumatlar mövcud deyil. Müalicənin fayda-riski, trombozun residiv riski ilə potensial qanaxma riski nəzərə alınaraq, hər 3 aydan bir qiymətləndirilməlidir.  
Əgər doza unudularsa, dərman vasitəsi dərhal eyni gündə qəbul edilməlidir. Bu mümkün 
olmadıqda, xəstə unudulmuş dozanı qəbul etməməli, növbəti dozanı tövsiyə olunduğu qaydada 
sonrakı gündə qəbul etməlidir.  Xəstə unudulmuş dozanın əvəzinə iki qat doza qəbul etməməlidir.  
Vitamin K antaqonistlərindən (VKA) Evoksirlə müalicəyə keçid  
İnsult və sistem embolizimin qarşısının alınması məqsədilə müalicə alan xəstələrdə VKA-nin 
istifadəsi dayandırılmalı və BNN≤ 3,0 olduqda Evoksirlə müalicə başlanmalıdır.   
DVT, PE üçün və onların residivlərinin qarşısının alınması üçün müalicə alan xəstələrdə VKA-nin istifadəsi dayandırılmalı və BNN ≤ 2,5 olduqda Evoksirlə müalicə başlanmalıdır.  
Xəstələrdə VKA ilə müalicədən Evoksirlə müalicəyə keçid zamanı Evoksirin qəbulundan sonra 
BNN göstəriciləri yanlış olaraq arta bilər. BNN Evoksirin antikoaqulyant fəaliyyətini ölçmək üçün etibarlı deyil və buna görə də istifadə olunmamalıdır.  
Evoksirlə müalicədən Vitamin K antaqonistləri (VKA) ilə müalicəyə keçid  
Evoksirdən VKA ilə müalicəyə keçid zamanı qeyri-adekvat antikoaqulyant effektin olması 
ehtimalı vardır. İstənilən alternativ antikoaqulyant preparatla müalicəyə keçid zamanı davamlı 
adekvat antikoaqulyant terapiya təmin olunmalıdır. Qeyd etmək lazımdır ki, Evoksir BNN 
göstəricisinin artmasına səbəb ola bilər.  
Evoksirlə müalicədən VKA ilə müalicəyə keçirilən xəstələrdə BNN≥ 2,0 olana qədər hər iki 
dərman vasitəsi yanaşı təyin olunmalıdır. Keçid müddətinin ilk iki günündə VKA standart 
başlanğıc dozada, daha sonra isə BNN testinin nəticələrinə müvafiq olaraq təyin olunmalıdır. 
Xəstələr həm Evoksir, həm də VKA ilə müalicə olunan dövrdə BNN Evoksirin əvvəlki dozasının 
qəbulundan sonra 24 saatdan tez olmayaraq, lakin növbəti dozanın qəbuluna qədər yoxlanmalıdır. 
Evoksirin qəbulu dayandırıldıqdan sonra, BNN son dozanın qəbulundan ən azı 24 saat sonra 
yoxlana bilər.  
Pediatrik xəstələr                                                                                                                                   Evoksirlə müalicədən VKA ilə müalicəyə keçirilən uşaqlar VKA-nin ilk dozasının qəbulundan 
sonra ən az 48 saat sonra Evoksirlə müalicəni davam etdirməlidir. Yanaşı istifadədən 2 gün sonra 
Evoksirin növbəti dozasına qədər BNN yoxlanmalıdır. Evoksir və VKA-nin yanaşı istifadəsi 
BNN≥ 2,0 olana qədər tövsiyə olunur. Evoksirin istifadəsi dayandırıldıqdan sonra BNN son 
dozanın qəbulundan 24 saat sonra yoxlana bilər.  
Parenteral antikoaqulyantlardan Evoksirə keçid 
Hal-hazırda parenteral antikoaqulyantlar alan xəstələrdə parenteral dərman vasitəsinin növbəti 
planlaşdırılan dozasının qəbulundan 0-2 saat əvvəl parenteral antikoaqulyantın (məsələn, aşağı 
sıxlıqlı heparin (ASH)) istifadəsini dayandırın, yaxud fasiləsiz yeridilən parenteral 
antikoaqulyantın (məsələn, venadaxili fraksiyaolunmamış heparin) istifadəsi zamanı Evoksirlə 
müalicəyə başlayın.  
Evoksirdən pareneteral antikoaqulyantlara keçid  
Evoksirin növbəti dozasının qəbulu vaxtında parenteral antikoaqulyantın ilk dozasını verin.  
Xüsusi xəstə qrupu 
Böyrək çatışmazlığı 
Böyüklər 
Ağır dərəcəli böyrək çatışmazlığı olan (kreatinin klirensi 15-29 ml/dəq) xəstələrə dair məhdud 
sayda klinik məlumatlar göstərmişdir ki, bu xəstələrdə rivaroksabanın qanda konsentrasiyası 
əhəmiyyətli dərəcədə artır. Buna görə də, belə xəstələrdə Evoksir ehtiyatla istifadə olunmalıdır. 
Kreatinin klirensi < 15 ml/dəq olan xəstələrdə istifadəsi tövsiyə olunmur.  
Orta dərəcəli (kreatinin klirensi 30-49 ml/dəq), yaxud ağır dərəcəli (kreatinin klirensi 15
29 ml/dəq) böyrək çatışmazlığı olan xəstələrdə aşağıdakı dozalar tövsiyə olunur:  
Qapaq mənşəli olmayan qulaqcıq fibrillyasiyası olan xəstələrdə insult və sistem embolizmin 
profilaktikası üçün tövsiyə olunan doza gündə bir dəfə 15 mq-dır.  
DVT və PE-nın müalicəsi və DVT və ya PE residivlərinin profilaktikası: Xəstələrə ilk 3 həftə 
ərzində gündə iki dəfə15 mq təyin olunmalıdır. Bundan sonra, tövsiyə olunan doza gündə bir dəfə 
20 mq olduqda, dozanın gündə bir dəfə 20 mq-dan, gündə bir dəfə 15 mq-a qədər azaldılması 
qanaxma riskinin DVT və PE residivi riskindən üstün olduğu halda, nəzərə alınmalıdır. 15 mq 
dozanın tövsiyə olunması farmakokinetik modelə əsaslanır və klinikada tədqiq olunmamışdır.  
Əgər tövsiyə olunan doza gündə bir dəfə 10 mq-dırsa, tövsiyə olunan doza ilə müqayisədə dozanın korreksiyasına ehtiyac yoxdur. Yüngül dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi 50
80 ml/dəq) olan xəstələrdə dozanın korreksiyasına gərək yoxdur.  
Pediatrik xəstələr 
Yüngül dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi 50-80 ml/dəq/1,73 m2) olan uşaqlar və 
yeniyetmələr: Böyüklərdə əldə olunan məlumatlara və uşaqlarda olan məhdud sayda məlumatlara 
əsaslanaraq dozanın korreksiyasına ehtiyac yoxdur.   
Orta və ağır dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi < 50 mL/min/1,73 m2) olan uşaqlar və yeniyetmələr: Klinik məlumatlar olmadığı üçün Evoksirin istifadəsi tövsiyə olunmur.  
Qaraciyər çatışmazlığı  
Evoksir koaqulopatiya ilə assosiasiya olunan qaraciyər xəstəlikləri zamanı və Çayld-Pyu təsnifatı 
üzrə B və C sinfinə aid sirrozlu xəstələr də daxil olmaqla, klinik əhəmiyyətə malik qanaxma riski 
olan xəstələrdə əks göstərişdir.  
Yaşlı xəstələr 
Dozanın korreksiyasına ehtiyac yoxdur.   
Bədən çəkisi 
Dozanın korreksiyasına ehtiyac yoxdur.   
Cins 
Dozanın korreksiyasına ehtiyac yoxdur.   
Kardioversiya keçirən xəstələr 
Kardioversiya tələb olunan xəstələrdə Evoksirlə müalicə başlana bilər və ya davam etdirilə bilər. 
Əvvəllər antikoaqulyant vasitələrlə müalicə almayan xəstələrdə transezofageal exokardioqrafiya 
(TEE) ilə müşayiət olunan kardioversiya zamanı adekvat antikoaqulyasion effektin təmin 
olunmasına əmin olmaq üçün Evoksirlə müalicə kardioversiyadan ən azı 4 saat əvvəl 
başlanmalıdır. Bütün xəstələrdə kardioversiyadan əvvəl xəstənin təlimatlara uyğun olaraq Evoksiri qəbul etmələri təsdiqlənməlidir. Müalicənin effektivliyi və davamiyyəti barədə qərar qəbul 
edərkən, kardioversiya aparılan xəstələrdə antikoaqulyant terapiya üzrə təlimatları nəzərə almaq 
lazımdır.                                                                                                                                                 Qapaq mənşəli olmayan qulaqcıq fibrillyasiyası olan və stentin qoyulması ilə perkutan müdaxilə 
keçirən (PCI) xəstələr  
Peroral antikoaqluyantlarla müalicəyə ehtiyacı olan və stentin qoyulması ilə perkutan müdaxilə 
keçirən, qapaq mənşəli olmayan qulaqcıq fibrillyasiyası olan xəstələrdə maksimum 12 ay 
müddətində P2Y12 inhibitoruna əlavə olaraq, Evoksirin gündə bir dəfə 15 mq (və ya orta dərəcəli 
böyrək çatışmazlığı (kreatinin klirensi 30–49 ml/dəq) olan xəstələrdə 10 mq Evoksir gündə bir 
dəfə)) tətbiqi barədə məlumatlar məhdud saydadır.   
Pediatrik xəstələr 
Qapaq mənşəli olmayan qulaqcıq fibrillyasiyası olan 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə 
insult və sistem embolizmin profilaktikası üçün Evoksirin təhlükəsizliyi və effektivliyi müəyyən 
olunmamışdır. Məlumatlar mövcud deyil. Buna görə də VTE-nin (venoz trombemboliya) 
müalicəsi və residivinin profilaktikası istisna olmaqla, Evoksirin 18 yaşdan kiçik uşaqlarda və 
yeniyetmələrdə istifadəsi təsdiqlənməmişdir.  
İstifadə yolu 
Böyüklər 
Peroral istifadə üçündür. 
Evoksir 15 mq və 20 mq tabletləri qida ilə birlikdə qəbul olunmalıdır.  
Bədən çəkisi 30 kq-dan çox olan uşaqlar və yeniyetmələr  
Peroral istifadə üçündür. 
Xəstələrə tableti maye ilə birlikdə qəbul etmək tövsiyə olunur. Dərman vasitəsi qida ilə qəbul edilə bilər. Dozaların təqribən 24 saat aralıqla qəbul edilməsinə əmin olmaq üçün tabletlər eyni saatda 
qəbul edilməlidir.  
Əgər xəstə tableti 30 dəq ərzində qaytararsa, yeni dozanı qəbul etməlidir. Buna baxmayaraq, əgər 
tableti qaytarana qədər 30 dəq-dən çox vaxt keçərsə, doza yenidən qəbul edilməməlidir. Növbəti 
doza planlaşdırıdığı zaman qəbul olunmalıdır.  
Dozanın bir hissəsini qəbul etmək üçün, tableti bölmək olmaz. 
Təsir mexanizmi sübut olunmuş köməkçi maddələr haqqında məlumat  
Evoksirin tərkibində laktoza vardır. Qalaktozaya qarşı dözümsüzlük, laktaza defisiti və ya 
qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan xəstələr bu dərman 
vasitəsindən istifadə etməməlidirlər. 

 

Prepared by  T-Soft E-Commerce.