Sevimlilərə əlavə edin
Paylaşın

FAKTAKSIM 1GR N1 AMP

Məhsul Kodu : 111-16528
İstehsalçı ölkə : Italiya
Reseptlə satılır
0 Şərh Şərh
4,49 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

FAKTAKSİM DOBFAR, əzələdaxili inyeksiya üçün məhlul hazırlamaq üçün toz

FAKTAKSİM DOBFAR tərkibi

Təsiredici maddə: 1 flakonda 1000 mq sefotaksimə ekvivalent miqdarda sefotaksimin natrium duzu vardır. Həlledici: 1%-li lidokain hidroxlorid.

İstifadəsinə göstərişlər

Faktaksim Dobfara həssas bakteriyalar tərəfindən törədilmiş infeksion-iltihabi xəstəliklər zamanı təyin olunur: aşağı tənəffüs yollarının infeksiyaları: bakterial pnevmoniya, ağciyər absesi; sidikçıxarıcı yolların infeksiyaları: kəskin və xroniki pielonefrit, sistit və simptomatik bakteriuriya; dəri və yumşaq toxuma infeksiyaları; ginekoloji infeksiyalar, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri; penisilin G-yə rezistent qonokokklar tərəfindən törədilmiş süzənək; digər infeksiyalar: septisemiya, meningit; intra-abdominal infeksiyalar (peritonit daxil olmaqla); sümük və oynaq infeksiyaları (həmçinin bakterial artrit, osteomielit); irinli yara və yanıq infeksiyaları; cərrahi infeksiyaların profilaktikası məqsədilə (abdominal, uroloji, ginekoloji cərrahi əməliyyatlar).

Əks göstərişlər

Sefotaksimə və ya digər sefalosporinlərə qarşı yüksək həssaslıq. Anamnezində hər hansı digər beta-laktam antibiotiklərinə (penisillin, karbapenem, monobaktam) həssaslıq reaksiyaları (məsələn, anafilaktik reaksiyalar). Lidokaində həll olunmuş sefotaksim aşağıdakı hallarda əks göstərişdir: -lidokainə və ya digər yerli anestetiklərə əvvəlcədən müəyyən edilmiş yüksək həssaslıq -ağır ürək çatışmazlığı -venadaxili inyeksiya -xroniki böyrək çatışmazlığı, xoralı kolit (anamnez daxil olmaqla)

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Sefotaksim plasentar baryerdən keçir. Qadınlarda hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi təyin olunmayıb. Laktasiya zamanı Kiçik dozada ana südü ilə xaric olunur, ona görə laktasiya zamanı ehtiyatla istifadə olunmalıdır. Hamiləlik və laktasiya zamanı xüsusi həkim göstərişi və həkim nəzarəti altında istifadə olunmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Faktaksim Dobfar preparatının nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında heç bir məlumat yoxdur. Yüksək dozalarda sefotaksim xüsusilə böyrək çatışmazlığı olan xəstələrdə ensefalopatiyaya (məsələn iradi hərəkətlərin müvəqqəti itirilməsinə və s.) səbəb olduğu üçün belə xəstələrə nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməmək tövsiyə olunur.

FAKTAKSİM DOBFAR istifadə qaydası və dozası

Faktaksim Dobfar preparatı əzələ daxilinə təyin olunur. Preparatın dozası və istifadə qaydası patogen mikrobun həssaslığından, infeksiyanın tipindən və xəstənin vəziyyətindən asılı olaraq təyin olunur. Preparatın təyin olunan dozaları: Yenidoğulmuş və südəmər uşaqlar: 50 mq/kq doza sutka ərzində 2-4 dəfəlik istifadəyə bölünməklə istifadə edilir. Preparat yalnız inyeksiya üçün su ilə birlikdə istifadə edilməlidir.

Uşaqlar: 100-150 mq/kq doza sutka ərzində 2-4 dəfəlik istifadəyə bölünməklə əzələ daxilinə yeridilir. Maksimal sutkalıq doza 200 mq/kq-dır, 3-4 dəfəyə bölünməklə. Böyüklər: 1-2 q sutka ərzində 2 dəfə olmaqla əzələ daxilinə təyin edilir (12 saat fasilə ilə). Ağır infeksion xəstəliklər zamanı sutkalıq doza 6 q-a çatdırılır.

Dəstəkləyici terapiya xəstəliyin dərəcəsindən asılıdır. Antibiotikoterapiya zamanı törədicinin eradikasiyası və temperatur göstəriciləri normaya düşəndən 48-72 saat sonra da davam etdirilir. Ə/d inyeksiyalar zamanı 1000 mq sefotaksimin natrium duzu 1%-li 4 ml lidokain hidroxlorid məhlulunda həll olunmalıdır. Flakonu çalxalayıb, məhlulun tam həll olunmasına qədər gözləyin.

V/d inyeksiyalar zamanı flakondakı toz inyeksiya üçün nəzərdə tutulmuş 10 ml suda həll edilərək 3-5 dəqiqə ərzində orqanizmə yeridilir. V/d infuziyalar zamanı preparat inyeksiya üçün suda həll edilərək 50-100 ml-ə qədər 0,9% - li natrium xlorid, 5 % - li qlükoza, 5% -li qlükoza və 0,45% -li natrium xlorid, 5%-li qlükoza və 0,2%-li natrium xlorid, Ringer –laktat, natrium laktat məhlullarının biri ilə qarışdırılıb 50-60 - dəqiqə müddətində orqanizmə yeridilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-16528

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce