Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FITOTON N4 QARA RENG 150 GR

Məhsul Kodu : 121-97215
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Fitoton N4 Qara Rəng 150 Qr

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Xına yarpaqları, indiqo (basma) yarpaqları, mayasarmaşığı qozaları, palıd qabığı. Xına yarpağı: hennotanin turşusu, təbii rəngləyici maddələr (alxanin, lavzon), selik, pektin maddələri, efirli maddələr. İndiqo yarpağı (basma): aşı maddələri, təbii rəngləyici maddələr. Mayasarmaşığı qozası: efir yağları (geraniol, linalool, mirsenol), qətran, B qrupu və C vitaminləri, aşı maddələri. Palıd qabığı: aşı maddələri 15%, kversetin flavonoidi, triterpen birləşmələri, B qrupu, PP, C vitaminləri və pantoten turşusu. Fitoton No4 qara saçlar üçün xınanın tərkibindəki dərman bitkiləri və onların birgə kombinasiyası saçların rəng tonunu tündləşdirməklə bərabər onların soğanağını (follikulunu) bərkidir, özəyini qalınlaşdırır, tükün ömrünü uzadır, baş dərisini qidalandırır və dezinfeksiya edir, bakteriya və göbələklərin məhvinə səbəb olur. Baş dərisinin həssaslığını azaldır və kəpəyi aradan qaldırır.

İstifadə qaydası: 25-50 qr (saçların uzunluğundan asılı olaraq) “Fitoton No4” qara saçlar üçün xına qaynar su ilə həmcins kütlə alınana qədər qarışdırılır, 10 dəqiqə dəmlənir, saçlara çəkilir və 60-90 dəqiqə saxladıqdan sonra yuyulur. Buraxılış forması: Qutuda 3 ədəd 50 qramlıq kip bağlanmış xına (1 aylıq norma). Saxlanılması: Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Rütubətdən və düz düşən günəş şüalarından qoruyun. Dərman vasitəsi deyil. Saxlanma müddəti: 18 ау.

Qablaşdırma çəkisi150 q
Prepared by  T-Soft E-Commerce.