Распроданный
Дайте мне знать, когда он прибудетTəsiredici maddələr:1 tabletin tərkibində 750 mq levofloksasinə ekvivalent 768,69mq levofloksasin hemihidrat vardır. Köməkçi maddələr: krospovidon, hidroksipropilmetilsellüloza, mikrokristallik sellüloza, natrium stearilfumarat. Örtük: narıncı opadri II 85F230002: makroqpl/polietilenqlikol, titan dioksid, talk, polivinil spirit və sari FD&C#6/FCFR günəş qürubu sarısı alüminium lakı).
Təsviri:
Oval formalı, ağ rəngli örtüklü tabletlərdir.
İstifadəsinə göstərişlər:
- Burunətrafı ciblərin bakteriyalar tərəfindən törədilən iltihabı (kəskin sinusitlər)
- Xronik bronxitin kəskinləşməsi - Xəstəxanadankənar pnevmoniya
- Böyrəklərin və sidik yollanrun iltihabı daxil olmaqla böyrək və sidik yollarmın ağırlaşmış infeksiyaları (pielonefritlər)
- Bakterial prostatit
- Dəri və dəri strukturlarının infeksiyaları: Abses (toxumalarda irinin toplanması), sellülitlər, furunkullar, impetiqo (dərinin səthi infeksion mikrob infeksiyası), piodermit (irinli dəri infeksiyası), yara infeksiyası kimi dərinin və dəri törəmələrinin ağırlaşmamış infeksiyaları - Qarayaranm ağciyər forması.
Əks göstərişlər:
- Levofloksasinə və ya digər köməkçi komponentlərə qarşı və ya digər flüorxinolonlara (moksifloksasin, siprofloksasin, ofloksasin) qarşı hiperhəssaslıq. Allergik reaksiyalara qaşınma, ödem, tənəffüs problemləri, dodaqların, üzün, udlaq və ya dilin şişməsi aiddir.
- Epilepsiya
- Əgər Sizdə flüorxinolonların qəbulu ilə əlaqədar vətər xəstəlikləri olubsa
- Hamiləlik
- Laktasiya dövrü
- Uşaqlar və yeniyetmələrdə istifadə Böyüyən orqanizmdə qığırdaqların zədələnməsi riski olduğu üçün uşaqlarda, yeniyetmələrdə, hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
- Ciddi ağciyər infeksiyalan və ya nozokomial infeksiya olduqda (digər antibiotikbrin istifadəsi daha effektiv ola bilər)
- Sinir sistemi ilə bağlı xəstəlik və ya xəstəliklə əlaqədar konvulsiv qıcolmalar olduqda
- Antibiotiklərin uzun müddət istifadəsi nəticəsində özünü qanlı, sulu ishal ilə biruzə verən bağırsaq iltihabı xəstəliklərində. Əgər kəskin, daimi və/və ya qanlı ishal FLOVANT ilə müalicə ərzində və ya müalicədən sonra müşahidə olunarsa, FLOVANT-ın istifadəsi dərhal dayandırılmalıdır və vaxt itirmədən dəstəkləyici və/və ya spesifik müalicəyə başlanmalıdır. Dərhal bu barədə həkiminizə məlumat verin. Həkiminiz sizə uyğun müalicəni təyin edəcək. - Ağrı, qızartı, hərəkətin məhdudlaşması iltihabın və ya vətərlərin qırılmasının əlaməti ola bilər və yaşlı və ya kortikosteroidləri uzun müddət qəbul edən pasiyentlərdə vətərlərin qırılma riski artır. Həkiminiz bunu daha diqqətlə yoxlamağı tələb edə bilər.
- Böyrək çatışmazlığı olduqda: Həkiminiz dozalarda xüsusi düzəlişlər edəcək.
- Nadir hallarda FLOVANTqəbul edən pasiyentlərdə foto həssaslıq halları qeyd oluna bilər. FLOVANTqəbul etdiyiniz dövrdə və müalicə bitdikdən sonra 48 saat ərzində güclü günəş şüalarının və solyariy kimi süni ultrabənövşəyi şüaların təsirinə məruz qalmayın.
- Superinfeksiya (infeksiya nəticəsində zəifləmiş strukturlarda ikincili infeksiyanın başlanması): Digər antibiotiklərin istifadəsi zamanı olduğu kimi, uzun müddət istifadəsi davamlı orqanizmlərin həddindən artıq artmasına səbəb ola bilər. Bunun qarşısnıı almaq üçün həkim daha diqqətli nəzarət apara bilər. Superinfeksiya baş verdikdə, həkim uyğun müalicə üsulları təyin edəcək.
- QT intervalının uzanması (ciddi ürək aritmiyaları və qəfləti ölümə səbəb ola bilən vəziyyət) olduqda: levofloksasin də daxil olmaqla flüorxinolonlar qəbul edən pasiyentlərdə çox nadir hallarda QT intervalının uzanması müşahidə olunur. Aşağıdakı risk qrupları daha çox diqqət tələb edir:
• Yaşlılar (65 yaşdan yuxarı) və ya qadınlar
• Elektrolit balansınn bərpaolunmayan pozulması (qanda kalium və maqneziumun aşağı səviyyəsi),
• Anadangəlmə QT sindromu (ciddi ürək aritmiyaları və qəfləti ölümə səbəb olan vəziyyət)
• Ürək xəstəliyi (ürək çatışmazlığı, ürək dayanması epizodu, ürək vurğularının zəifləməsi)
• QT intervalını uzadan dərman vasitələrinin yanaşı istifadəsi (IA və III sinfindən olan antiaritmik dərmanlar, bəzi depressiya əleyhinə preparatlar, makrolidlər qrupundan olan antibiotiklər).
- Qlükoza-6-fosfatdehidrogenaza fermentinin anadangəlmə çatışmazlığı
- Hipoqlikemiya (qanada qlükozanın səviyyəsinin azalmasi): Diabet olduqda və ya insulin və ya oral diabetəleyhinə preparatlar qəbul etdikdə qanda qlükozanın səviyyəsi aşağı düşə bilər və ya koma baş verə bilər (həkiminiz Sizdən mütəmadi olaraq qanda qlükozanın səviyyəsinin yoxlanmasını tələb edə bilər).
- Periferik neyropatiya olduqda (hər hansı səbəbdən sinirlərin zədələnməsi-hissiyyatın pozulması)
- Miasteniyanın kəskinləşməsi (əzələ zəifliyi xəstəliyinin növü): Flüorxinolonlar əzələsinir ötürücülüyünü zəiflətmə təsirinə malikdirlər və miasteniyalı xəstələrdə əzələ zəifliyini kəskinləşdirə bilərlər. Miasteniyalı xəstələrdə flüorxinolonların istifadəsi ilə əlaqədar post-marketinq dövrdə ciddi əlavə təsirlər və tənəffüsü dəstəkləmək üçün tələbatın yaranması qeydə alınmışdır. Miasteniyalı xəstələr flüorxinolonların istifadəsindən çəkinməlidirlər.
- Hiperhəssaslıq reaksiyaları: İlk dozadan sonra nadir hallarda fatal potensialı olan ciddi hiperhəssaslıq reaksiyaları (üz və udlağın ödemi) müşahidə oluna bilər. Müalicə dayandırılmalıdır və təcili olaraq həkimi xəbərdar etmək lazımdır. - Ciddi xəstəliklər özünü suluqlarla birüzə verir: FLOVANT Stivens-Conson sindromu (iltihab dəridə və gözlərin ətrafında qanlı suluqlar, ödem və qızartı ilə özünü biruzə verə bilər) və toksik epidermal nekroliz (maye ilə dolu suluqlarla xarakterizə olunan ciddi dəri xəstəliyi) kimi ciddi dəri reaksiyalarına səbəb ola bilər. Belə hallarda müalicəni davam etdirməmişdən əvvəl dərhal həkiminizlə məsləhətləşin.
- Çox nadir hallarda levofloksasinin bir dəfəlik dozasından sonra suisidal fikirlər və təhlükəli davranış halları yarana bilər. Belə hallarda həkiminiz müalicəni dayandıra bilər və sizə uyğun müalicə təyin edə bilər.
- Psixoloji xəstəliklər olduqda və ya anamnezdə psixi xəstəliklər olduqda L-Floksini ehtiyatla istifadə edin.
- İştahın itməsi, sarılıq, sidiyin tündləşməsi, qaşınma və ya abdominal həssaslıq olduqda, dərhal həkiminizə məsləhət üçün müraciət edin. Müalicə dayandırıla bilər və müvafiq müalicə təyin oluna bilər.
- Əgər Sizdə nə vaxtsa qıcolma olubsa - Kortikosteroidlər istifadə edirsinizsə. Yuxarıda göstərilən hallardan hər hansı biri keçmişdə baş vermişsə, bu barədə həkiminizə məlumat verin. FLOVANT-ın tərkibindəki bəzi köməkçi maddələr barədə vacib məlumat Нəг bir dozanın tərkibində 1 mmol-dan (23 mq) az natrium var; natriumla əlaqədar əlavə təsirlər bu doza ilə əmələ gəlmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Levofloksasinin hamilə qadınlarda istifadəsi barədə kifayət qədər məlumat yoxdur. İnsan üçün potensial riski məlum deyil. İnsanlar üçün kifayət qədər məlumat olmadığı üçün və eksperimental tədqiqatlarda böyüyən orqanizmdə qığırdaqlarda flüorxinolonların nümayış etdirdiyi riski nəzərə alaraq FLOVANT hamiləlik zamanı istifadə olunmamalıdır. Müalicə ərzində hamilə olduğunuz aşkar olunarsa, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya Dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Levofloksasinin heyvanlarda və ya insanlarda süd ilə ekskresiyası barədə məlumatlar məhduddur. Levofloksasinin ana südü ilə ekskresiyası barədə olan fiziki-kimyəvi və farmakodinamik/toksikoloji məlumatlara əsasən körpə üçün risk qaçılmazdır. Eksperimental tədqiqatlarda böyüyən orqanizmdə qığırdaqlarda flüorxinolonların nümayış etdirdiyi riski nəzərə alaraq FLOVANT ana südü ilə qidalandırma zamanı istifadə olunmamalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: FLOVANT-ın istifadəsi pasiyentlərin diqqətinə və reaksiya qabiliyyətinə təsir edə biləcək yuxululuq, başgicəllənmə, görmə pozğunluqları kimi arzuolunmaz təsirlərə səbəb ola bilər. Avtomobilin idarə olunması və digər mexanizmlərin istifadəsi zamanı xüsusi diqqət tələb olunduqda bu qabiliyyətin aşağı düşməsi risklərin ehtimalını artırır. FLOVANT-ın istifadəsi zamanı bu əlavə təsirlər olduqda avtomobildən və digər mexanizmlərdən istifadə etməyin.
FLOVANT örtüklü tabletləri peroral qəbul olunur. Tabletlər kifayət qədər su ilə, bütöv udulmalıdır. Lazım olan doza üçün tabletlər xətt üzrə bölünə bilər. Tabletlər yemək zamanı və yemək arasında fasilə zamanı qəbul oluna bilər. FLOVANTdəmir duzları, antasidlər və sukralfatlann istifadəsindən ən azı iki saat əvvəl və ya sonra istifadə olunmalıdır, belə ki, absorbsiyanın azalması baş verə bilər. Həkiminiz lazım olan dozanı təyin edəcək. FLOVANT böyüklərdə istifadə olunur. FLOVANT örtüklü tabletlər gündə bir və ya iki dəfə təyin olunur. Dozalanma infeksiyanın növündən və ağırlığından və həmçinin infeksiyanı törədən bakteriyanın həssaslığından asılıdır. FLOVANT aşağıdakı dozalarda tövsiyə olunur: Müalicə müddəti xəstəlikdən asılı olaraq dəyişir (yuxarıdakı cədvələ bax). Antibiotiklə müalicə zamanı olduğu kimi, FLOVANT-ın qəbulu xəstədə qızdırma düşdükdən sonra və bakteriyalar məhv olunduqdan ən azı 48-72 saat sonra davam olunmalıdır. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi FLOVANT uşaqlarda və yeniyetmələrdə istifadə olunmur. Yaşlılarda istifadəsi Əgər yaşlılarda böyrək funksiyaları pozulmayıbsa, FLOVANTdozasını dəyişməyə ehtiyac yoxdur. Xüsusi vəziyyətlərdə istifadəsi Böyrəklərin zəifliyi Əgər böyrəklərin funksiyası zəifləyibsə, həkiminiz FLOVANT-ın dozasını azaldaraq və daha diqqətli monitorinq aparacaq. Kreatinin klirensi < 50 ml/dəq olan xəstələrdə doza həkim tərəfindən təyin olunmalıdır (infeksiyanın ağırlığından asılı olaraq) Qaraciyərin zəifliyi Qaraciyər funksiyasınm zəifliyi zamanı FLOVANT-ın dozasını dəyişdirlməsinə ehtiyac yoxdur. Həkiminiz müalicənin müddətini təyin edəcək. Müalicəni həkimlə məsləhətləşmədən dayandırmayın. Əgər Siz FLOVANT-ın təsirinin çox zəif və ya güclü olduğunu fıkirləşirsinizsə, həkiminizə və ya əczaçıya məlumat verin. FLOVANT-ın qida və içkilərlə istifadəsi Qida qəbulu FLOVANT-ın qəbul olunmasına təsir etmir; Siz həkim tərəfindən təyin olunan miqdarda tabletləri yeməkdən əvvəl və ya sonra qəbul edə bilərsiniz. Əgər Siz, tərkibində maqnezium, aluminium, dəmir və ya sink olan preparatlar, antasid adlanan mədə turşusunu neytrallaşdıran preparatlar və reflyuks zamanı sukralfat istifadə edirsinizsə, Lfloksini bu dərmanların qəbulundan ən azı iki saat əvvəl və ya sonra istifadə etmək lazımdır, belə ki, onlar FLOVANT-ın absorbsiyasına təsir edə bilər. Flovant-ın qəbul etməyi unutmusunuzsa Dozanı qəbul etməyi unutduqda onu yadınıza düşən kimi qəbul edin. Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. FLOVANT qəbulunu dayandırdıqda Həkiminizlə məsləhətləşmədən FLOVANT qəbulunu dayandırmayın, simptomlar yenidən qayıda bilər və bakteriyalara qarşı davamlılıq yarana bilər.