Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 dozada 50 mkq flutikazon propionat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza və natrium karboksimetilsellüloza (Avicel RC 591), dekstroza monohidratı, polisorbat 80, benzalkonium xlorid, dinatrium hidrofosfat, limon turşusu monohidrat, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Mövsümi allergik rinitlərin müalicə və profilaktikası. İl boyu müşahidə olunan allergik rinitlərin müalicə və profilaktikası.
Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. 4 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Flutineks™ nazal spreyin hamiləlik dövründə istifadəsinin təhlükəsizliyi haqqında kifayət qədər məlumat mövcud deyil. Digər dərman vasitələrdə olduğu kimi, yalnız ana üçün gözlənilən fayda dölə və ya uşağa mümkün riskdən üstün olduqda Flutineks™ preparatı istifadə oluna bilər. Preparatın ana südünə keçib keçməməsi haqqında məlumat yoxdur.
Flutineks™ yalnız intranazal istifadə üçün nəzərdə tutulmuşdur. Tam müalicəvi effekt almaq üçün preparatdan mütəmadi istifadə olunmalıdır. Böyüklər və 12 yaşından böyük uşaqlar: mövsümi və ilboyu müşahidə olunan allergik rinitlərin müalicə və profilaktikası üçün hər burun dəliyinə gündə 1 dəfə 2 doza (100 mkq) püskürdülür (mümkün qədər səhərlər). Bəzi hallarda hər burun dəliyinə gündə 2 dəfə 2 doza (100 mkq) püskürtməyə ehtiyac ola bilər. Maksimal gündəlik doza hər burun dəliyinə 4 doza (200 mkq) təşkil edir. Preparatın maksimal müalicəvi təsiri tətbiqindən 3-4 gün sonra müşahidə olunur. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/Qaraciyər çatışmazlığı Məlumat yoxdur. Pediatriyada istifadəsi 4-11 yaşlı uşaqlar: mövsümi və il boyu müşahidə olunan allergik rinitlərin müalicə və profilaktikası üçün hər burun dəliyinə gündə 1 dəfə 1 doza (50 mkq) istifadə edilməsi tövsiyə olunur (mümkün qədər səhərlər). Bəzi hallarda hər burun dəliyinə gündə 2 dəfə 1 doza püskürtməyə ehtiyac ola bilər. Maksimal gündəlik doza hər burun dəliyinə 2 püskürtmədən çox olmamalıdır. Yaşlı xəstələr Böyüklər üçün göstərilən normal doza istifadə olunur. İstifadə qaydası 1. İstifadə etməzdən əvvəl flakonun başlığını orta və şəhadət barmaqların arasında yerləşdirib, baş barmaqla flakonun dibindən tutaraq onu ehtiyatla silkələyin. 2. Preparatın ilk istifadəsi zamanı və ya istifadəsində 1 həftədən çox fasilə olduqda spreyin işləməsi yoxlanılmalıdır. Bunun üçün flakonun başlığını özünüzdən əks istiqamətə yönəltməklə kiçik buludcuq əmələ gələnədək 2-3 dəfə sıxmaq lazımdır. 3. İstifadə etməzdən əvvəl burnunuzu təmizləyin. 4. Burun dəliyinin birini qapayaraq flakonun başlığını (dozalayıcı qurğu) digərinə yerləşdirin. 5. Başınızı bir qədər irəli əyərək aerozol flakonunu şaquli vəziyyətdə saxlayın. Burnunuzla nəfəs alın. Nəfəs almağa davam edərkən spreyin başlığını bir dəfə sıxın. Preparat burun dəliyinizə daxil olacaq. 6. Ehtiyac olduqda eyni burun dəliyinə proseduru bir daha təkrarlayın. 7. Flakonun başlığını burun dəliyindən çıxardaraq proseduru eyni qaydada (4-6 maddələrində göstərildiyi kimi) digər burun dəliyinə tətbiq edin. 8. İstifadə etdikdən sonra dozalayıcı qurğunu salfet və ya cib dəsmalı ilə qurudaraq qoruyucu qapağını bağlayın. Spreyinizi ən azı həftədə 1 dəfə təmizləyin. Dozalayıcı qurğunu və qoruyucu başlığı çıxardıqdan sonra ilıq su ilə yuyaraq otaq temperaturunda qurudun və yerinə yerləşdirin. Dozalayıcı qurğu tutulduqda onu çıxarın, ilıq suda saxlayın, sonra soyuq su ilə yaxalayaraq qurudun və yerinə yerləşdirin.