Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Foziton 100 mq 50 ml məhlul

Məhsul Kodu : 111-03646
İstehsalçı ölkə: Vyetnam
24,56 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FOZİTON, venadaxili inyeksiya məhlulu hazırlamaq üçün toz

Foziton tərkibi

  Təsiredici maddə: 1 flakonda steril toz şəklində 5 q fruktozo-1,6-difosfat trinatrium trihidrat  duzu (3,75 q fruktozo-1,6-difosfat turşusuna ekvivalentdir) vardır. Həlledici:  inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 Şoklar. Ürəyin işemik xəstəliyi (qeyri-stabil stenokardiya, miokard infarktı və onların ağırlaşmaları). Müxtəlif lokalizasiyalı işemiyalar, o cümlədən aşağı ətrafların ağır işemiyaları. Metabolik pozğunluqlar ilə əlaqədar hipofosfatemiyalar. Ekstrakorporal qan dövranı istifadəsilə əməliyyatlar.

Əks göstərişlər:

 Preparata qarşı yüksək həssaslıq. Hiperfosfatemiya. Böyrək çatışmazlığı. Fruktozaya qarşı iris dözümsüzlük.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləliyin III trimestrdə preparatdan istifadə edən qadınlarda hər hansı arzuolunmaz  təsir qeydə alınmamışdır.

Foziton istifadə qaydası, dozası

  Foziton yalnız vena daxilinə damcı üsulu ilə yeridilir (1 q/dəq-yə yaxın sürətlə). 5 q Foziton 50 ml həlledicidə həll olunaraq 10%-li məhlul alınır. Qəbul olunan rejimə əsasən sutkalıq doza                 70-150 mq/kq, maksimal doza 250 mq/kq təşkil edir. 1 q Foziton 4,6-4,8 mmol qeyri-üzvi fosfat əmələ gətirir.

 

Prepared by  T-Soft E-Commerce.