Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

GINAKOHEEL-N 30ML DAMLA

Product Code : 111-02335
11.84 AZN
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

GİNAKOHEL N, daxilə qəbul edilən damcı

GİNAKOHEL N tərkibi

Təsiredici maddələr: 100 q tərkibində vardır: Apis mellifica D4 10 q; Ammonium bromatum D4 10 q; Lilium lancifolium D4 10 q; Aurum iodatum D12 10 q; Vespa crabro D4 10 q; Chamaelirium luteum D4 10 q; Palladium metallicum D12 10 q; Platinum metallicum D12 10 q; Melilotus officinalis D3 5 q; Viburnum opulus D2 5 q.

İstifadəsinə göstərişlər

Qadın cinsiyyət orqanlarının iltihabi prosesi, məsələn, adneksit (yumurtalıqların iltihabı, salpingit), parametrit, miometrit, endometrit, kolpit.

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksik təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.

GİNAKOHEL N istifadə qaydası və dozası

Adi hallarda gündə 3 dəfə 10 damcı. Kəskin pozulmalarda əvvəlcə hər 15 dəqiqədən bir 10 damcı (2 saat ərzində). 12 yaşdan kiçik uşaqlarda Ginakohel N oral damcının istifadəsilə bağlı müvafiq göstəriş yoxdur.

Prepared by  T-Soft E-Commerce.