Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1000 ml məhlulun tərkibində 55,0 q (50,0 q susuz maddə hesabı ilə) və ya 110,0 q dekstroza monohidrat (100,0 q susuz maddə hesabı ilə) vardır.
5 %-li qlükoza məhlulu: - karbohidrat mənbəyi şəklində (sərbəst şəkildə və ya zərurət yarandığı halda, parenteral qidalanmanın bir hissəsi kimi); - maye itkisi baş verdiyi halda, xüsusilə, karbohidratlara yüksək tələbat qeyd olunan pasiyentlərdə rehidratasiya məqsədi ilə; - parenteral yolla yeritmək üçün nəzərdə tutulan dərman preparatlarının durulaşdırılması və həll olunması üçün istifadə edilir. 10 %-li qlükoza məhlulu: - karbohidrat mənbəyi şəklində (sərbəst şəkildə və ya zərurət yarandığı halda, parenteral qidalanmanın bir hissəsi kimi); - maye itkisi baş verdiyi halda, xüsusilə, karbohidratlara yüksək tələbat qeyd olunan pasiyentlərdə rehidratasiya məqsədi ilə; - parenteral yolla yeritmək üçün nəzərdə tutulan dərman preparatlarının durulaşdırılması və həll olunması üçün; - hipoqlikemiyanın profilaktikası və müalicəsi məqsədi ilə istifadə edilir.
5 %-li izotonik qlükoza məhlulu: dekompensasiya olunmuş şəkərli diabet; qlükozaya qarşı dözümsüzlüyün digər məlum formaları (məsələn, metabolik stress); hiperosmolyar koma; hiperqlikemiya və hiperlaktatemiya; məhlulun, baş travmasından sonra ilk 24 saat müddətində yeridilməsi; preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq; qarğıdalıya və ya qarğıdalı məhsullarına qarşı dözümsüzlük qeyd olunan pasiyentlərdə istifadəsi (dekstroza qarğıdalıdan əldə olunduğu hallarda); qlükoza məhluluna əlavə edilən istənilən preparatlara qarşı əks göstərişlərin mövcudluğu. 10 %-li hipertonik qlükoza məhlulu: dekompensasiya olunmuş şəkərli diabet və şəkərsiz diabet; qlükozaya qarşı dözümsüzlüyün digər məlum formaları (məsələn, metabolik stress); hiperosmolyar koma; hiperqlikemiya və hiperlaktatemiya; hemodilyusiya və hüceyrədənkənar hiperhidratasiya və ya hipervolemiya; ağır dərəcəli böyrək çatışmazlığı (oliquriya və ya anuriya ilə müşayiət olunan); dekompensasiya olunmuş ürək çatışmazlığı; generalizəolunmuş ödemlər (o cümlədən, ağciyər və baş beyin ödemi) və assitlə müşayiət olunan qaraciyər sirrozu; məhlulun, baş travmasından sonra ilk 24 saat müddətində yeridilməsi; preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq; qarğıdalıya və ya qarğıdalı məhsullarına qarşı dözümsüzlük qeyd olunan pasiyentlərdə istifadəsi (dekstroza qarğıdalıdan əldə olunduğu hallarda); qlükoza məhluluna əlavə edilən istənilən preparatlara qarşı əks göstərişlərin mövcudluğu.
Hamiləlik dövründə 5 %-li dekstroza məhlulu adətən, digər dərman preparatlarının (xüsusilə, oksitosinin) istifadəsi zamanı hidratasiyaedici və nəqledici vasitə şəklində istifadə edilir. Hamiləlik və laktasiya dövründə 5 %-li və 10 %-li dekstroza məhlulları yalnız, elektrolit və maye balansı nəzarət olunduğu və fizioloji norma çərçivəsində olduğu hallarda təhlükəsiz istifadə edilə bilər. Doğuşun gedişində qadına vena daxilinə qlükoza yeridildiyi halda, onun qanında qlükozanın konsentrasiyası 11 mmol/l-dən yüksək olmamalıdır. İnfuziya müddətində çalışmaq lazımdır ki, ana südü ilə qidalanma dayandırılmasın.
Dekstroza məhlulu dərman preparatına əlavə edildiyi halda, həmin dərman preparatının xüsusiyyətləri və onun hamiləlik və laktasiya dövründə istifadəsi fərdi qaydada nəzərə alınmalıdır.
Preparatın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinin qiymətləndirilməsi istiqamətində klinik tədqiqatlar aparılmamışdır.
Preparat vena daxilinə (damcı üsulu ilə) istifadə üçün nəzərdə tutulmuşdur. Preparat adətən, periferik və ya mərkəzi venaya yeridilir. İstifadə edilən məhlulun konsentrasiyası və dozası pasiyentin yaşından, bədən kütləsindən və klinik vəziyyətindən asılıdır. Preparatın istifadəsi müntəzəm tibbi müşahidə altında həyata keçirilməlidir.
Klinik və bioloji parametrlərə, xüsusilə, qanda qlükozanın konsentrasiyasına və eləcə də, suelektrolit balansına hərtərəfli nəzarət edilməlidir. Normal maddələr mübadiləsi qeyd olunan böyüklərdə istifadə edilən qlükozanın sutkalıq dozası 4-6 q/kq-dan, yəni, təxminən 250-450 qramdan artıq olmamalıdır (maddələr mübadiləsinin intensivliyi zəiflədiyi halda, sutkalıq doza 200-300 qrama qədər azaldılır), bu zaman yeridilən məhlulun sutkalıq həcmi 30-40 ml/kq təşkil edir. Uşaqlarda parenteral qidalanma məqsədi ilə yağlar və amin turşuları ilə eyni zamanda birinci gün 6 q/kq/sutkada və gələcəkdə 15 q/kq/sutkada dozaya qədər qlükoza yeridilir. Yeridilmə sürəti: normal maddələr mübadiləsi qeyd olunan böyüklərdə maksimal yeridilmə sürəti – 0,25-0,5 q/kq/saatda (maddələr mübadiləsinin intensivliyi zəiflədiyi halda, preparatın yeridilmə sürəti 0,125-0,25 q/kq/saata qədər aşağı salınır).
Uşaqlarda qlükozanın yeridilmə sürəti 0,5 q/kq/saatda göstəricidən yüksək olmamalıdır. Yüksək dozalarda istifadə edilən dekstrozanın tam mənimsənilməsi məqsədi ilə qısamüddətli təsirə malik insulin preparatı təyin edilir – 4-5 q dekstrozaya 1 TV (təsir vahidi) insulin hesablanır. Tam parenteral qidalanma zamanı qlükozanın yeridilməsi hər zaman kifayət miqdar amin turşuları məhlullarının, lipid emulsiyasının, elektrolitlərin, vitaminlərin və mikroelementlərin yeridilməsi ilə müşayiət olunmalıdır. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə qlükozanın yeridilməsi, qanda və sidikdə onun miqdarına nəzarət altında həyata keçirilməlidir.
5 %-li qlükoza məhlulu Karbohidrat mənbəyi şəklində (sərbəst şəkildə və ya zərurət yarandığı halda, parenteral qidalanmanın bir hissəsi kimi) tövsiyə edilən dozası - böyüklərdə – sutkada 500-3000 ml; - uşaqlarda, o cümlədən, yenidoğulmuşlarda: bədən kütləsi 0-10 kq – sutkada 100 ml/kq; bədən kütləsi 10-20 kq – sutkada 1000 ml + bədən kütləsinin 10 kq-dan artıq hər 1 kq-na əlavə 50 ml; bədən kütləsi 20 kq-dan artıq olan uşaqlara – sutkada 1500 ml + bədən kütləsinin 20 kq-dan artıq hər 1 kq-na əlavə 20 ml. İnfuziyanın yeridilmə sürəti və həcmi pasiyentin yaşından, bədən kütləsindən, klinik vəziyyətindən və metabolizmindən və eləcə də, eyni zamanda aparılan müalicədən asılıdır. Uşaqlarda göstərilən parametrlər, həmin kateqoriyadan olan pasiyentlərdə vena daxilinə yeridilən preparatların istifadə təcrübəsinə malik olan həkim tərəfindən müəyyən edilməlidir. Hiperqlikemiyadan qaçınmaq məqsədi ilə orqanizmdə qlükozanın utilizasiya qapısını aşmaq olmaz və bu səbəbdən, dekstrozanın maksimal dozası böyüklərdə 5 mq/kq/dəqiqədən və yenidoğulmuşlarda və uşaqlarda isə yaşından və ümumi bədən kütləsindən asılı olaraq, 10-18 mq/kq/dəqiqədən başlayaraq dəyişir.
Parenteral yolla yeritmək üçün nəzərdə tutulan dərman preparatlarının durulaşdırılması və həll olunması üçün tövsiyə edilən dozası – adətən, yeridiləcək dərman preparatının 1 dozasına 50-250 ml təşkil edir, lakin, məhlulun tələb olunan həcmi əlavə edilən dərman preparatlarının istifadəsi üzrə təlimatlara əsasən müəyyən edilməlidir. Bu zaman məhlulun dozası və yeridilmə sürəti durulaşdırılan dərman preparatının xüsusiyyətləri və dozalanma rejimi ilə müəyyən edilir. 10 %-li qlükoza məhlulu Böyüklər və yaşlı pasiyentlər Bədən kütləsi təxminən 70 kq olan böyüklərdə istifadə üçün tövsiyə edilən Cədvəl 1-də qeyd edilən dozalar oriyentir şəklində göstərilmişdir Cədvəl 1. Böyüklərdə preparatın dozalanmasına dair tövsiyələr (70 kq)* İstifadəsinə göstərişlər Başlanğıc sutkalıq dozası İnfuziyanın yeridilmə sürəti Tövsiyə edilən istifadə müddəti Karbohidrat mənbəi şəklində (sərbəst şəkildə və ya zərurət Sutkada 500-3000 ml (sutkada 7-40 ml/kq) 5 mq/kq/dəqiqədə (3 ml/kq/saatda) – hiperqlikemiyanın Müalicənin davametmə müddəti pasiyentin klinik vəziyyətindən asılıdır yarandığı halda, parenteral qidalanmanın bir hissəsi kimi) inkişaf etmə ehtimalını nəzərə alaraq, infuziyanın maksimal tövsiyə edilən sürəti pasiyentin orqanizmində qlükozanın utilizasiya qapısını aşmamalıdır Hipoqlikemiyanın profilaktikası və müalicəsi Maye itkisi baş verdiyi halda və dehidratasiya zamanı karbohidratlara yüksək tələbat qeyd olunan pasiyentlərdə rehidratasiya Parenteral yolla yeritmək üçün nəzərdə tutulan dərman preparatlarının durulaşdırılması və həll olunması Yeridiləcək dərman preparatının hər 1 dozasına 50-250 ml Durulaşdırılan dərman preparatından asılı olaraq Durulaşdırılan dərman preparatından asılı olaraq * Hemodilyusiyadan qaçınmaq məqsədi ilə tövsiyə edilən dozalar diapazonunda maksimal həcmlər 24 saat müddətində yeridilməlidir.
Uşaqlar və yeniyetmələr: infuziyanın sürəti və həcmi pasiyentin yaşından, bədən kütləsindən, klinik vəziyyətindən və metabolizmindən və eləcə də, eyni zamanda aparılan müalicədən asılıdır. Göstərilən parametrlər, uşaqlarda vena daxilinə yeridilən preparatların istifadə təcrübəsinə malik olan həkim tərəfindən müəyyən edilməlidir. Uşaqlarda və yeniyetmələrdə istifadə üçün tövsiyə edilən dozalar pasiyentin bədən kütləsindən və yaşından asılıdır və Cədvəl 2-də oriyentir şəklində göstərilmişdir Cədvəl 2. Uşaqlarda və yeniyetmələrdə preparatın dozalanmasına dair tövsiyələr İstifadəsinə göstərişlər Başlanğıc sutkalıq dozası İnfuziyanın başlanğıc sürəti* Yenidoğulmuşlar və vaxtından əvvəl doğulmuş uşaqlar Südəmər körpələr və kiçik yaşlı uşaqlar (1 -23 aylıq) Uşaqlar (2-11 yaşlı) Yeniyetmələr (12 yaşdan 16-18 yaşa qədər) Karbohidrat mənbəyi şəklində (sərbəst şəkildə və ya zərurət yarandığı halda, parenteral qidalanmanın bir hissəsi kimi) - bədən kütləsi 2-10 kq – 100 ml/kq/sutkada; - bədən kütləsi 10 kq-dan 20 kq-a qədər – sutkada 1000 ml + bədən kütləsinin 10 kq-dan artıq hər 1 kq-na əlavə 50 ml; bədən kütləsi 20 kq-dan artıq olan uşaqlara – sutkada 1500 ml + bədən kütləsinin 20 kq-dan artıq hər 1 kq-na əlavə 20 ml 6-11 ml/kq/saatda (10-18 mq/kq/dəqiqədə) 5-11 ml/kq/saatda (9-18 mq/kq/dəqiqədə) 4-8 ml/kq/saatda (7-14 mq/kq/dəqiqədə) 4 ml/kq/saatdan (7-8,5 mq/kq/dəqiqədən) Hipoqlikemiyanın profilaktikası və müalicəsi Maye itkisi baş verdiyi halda və dehidratasiya zamanı karbohidratlara yüksək tələbat qeyd olunan pasiyentlərdə rehidratasiya Parenteral yolla yeritmək üçün nəzərdə tutulan dərman preparatlarının durulaşdırılması və həll olunması Başlanğıc dozası: yeridiləcək dərman preparatının hər 1 dozasına 50 ml-dən 100 ml-ə qədər təşkil edir – yaşdan asılı deyildir.
İnfuziyanın yeridilmə sürəti: durulaşdırılan dərman preparatından asılı olaraq – yaşdan asılı deyildir. * İnfuziyanın yeridilmə sürəti və həçmi və müalicənin davametmə müddəti pasiyentin yaşından, bədən kütləsindən, klinik vəziyyətindən və metabolizmindən və eləcə də, eyni zamanda aparılan müalicədən asılıdır. Göstərilən parametrlər, uşaqlarda vena daxilinə yeridilən preparatların istifadə təcrübəsinə malik olan həkim tərəfindən müəyyən edilməlidir. Qeyd: hemodilyusiyadan qaçınmaq məqsədi ilə tövsiyə edilən dozalar diapazonunda maksimal həcmlər 24 saat müddətində yeridilməlidir.
İnfuziyanın maksimal sürəti pasiyentin orqanizmində qlükozanın utilizasiya qapısını aşmamalıdır, çünki bu, hiperqlikemiyanın inkişaf etməsinə gətirib çıxara bilər. Pasiyentin klinik vəziyyətindən asılı olaraq, osmotik diurezin meydana çıxma riskini azaltmaq məqsədi ilə preparatın yeridilmə sürətinin aşağı salınması mümkündür. Preparatı infuziya yolu ilə yeritmək üçün nəzərdə tutulan dərman preparatlarının durulaşdırılması və həll olunması məqsədi ilə istifadə etdikdə, məhlulun tələb olunan həcmi əlavə edilən dərman preparatlarının istifadəsi üzrə təlimatlara əsasən müəyyən edilir. Yüksək dozalarda istifadə edilən dekstrozanın tam mənimsənilməsi məqsədi ilə eyni zamanda qısamüddətli təsirə malik insulin preparatı təyin edilir – 4-5 q dekstrozaya 1 TV insulin hesablanır.
Tam parenteral qidalanma zamanı qlükozanın yeridilməsi hər zaman kifayət miqdar amin turşuları məhlullarının, lipid emulsiyasının, elektrolitlərin, vitaminlərin və mikroelementlərin yeridilməsi ilə müşayiət olunmalıdır.