Hepatrombin-G 65 İu 20 Qr Məlhəm
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.HEPATROMBİN H, rektal və xaricə istifadə üçün məlhəm
HEPATROMBİN H tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 65 BV heparin natrium (180 BV/mq heparin natrium aktivliyi üzrə 0,361 mq), 2,233 mq prednizolon asetat, 30 mq lauromakroqol 400 vardır.
İstifadəsinə göstərişlər
Perianal nahiyədə babasilin qısamüddətli simptomatik müalicəsi (qaşınmanı aradan qaldırır, şişkinliyi, iltihabı, ağrıları azaldır).
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; dərinin bakterial, virus, göbələk zədələnmələri; vərəm; sifilis; dəri şişləri (anorektal zonada); qanaxmalara meyllilik; vaksinasiyaya qarşı reaksiyalar; hamiləliyin I trimestri.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin I trimestrində istifadəsi əks göstərişdir. Hamiləliyin ikinci və üçüncü trimestrlərində və laktasiya dövründə ana üçün gözlənilən faydanın döl və südəmər körpə üçün mümkün riski üstələdiyi halda ehtiyatla istifadə etmək olar.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
HEPATROMBİN H istifadə qaydası və dozası
Xaricə istifadə edilir. Məlhəm sutkada 2 dəfə nazik təbəqə qatla zədələnmiş nahiyəyə çəkilir. Müalicənin ilk günü simptomları tez bir zamanda azaltmaq üçün məlhəm 4 dəfəyə qədər istifadə edilə bilər. Məlhəmin yeridilməsi üçün qutuda olan fırlanan ucluqdan istifadə edilir, bu da, düz bağırsaq boşluğuna yeridilir və tubu yüngül basmaqla bir qədər məlhəm çıxarılır.