Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

HEPAVEF-B 245MG N30 TB

Məhsul Kodu : 111-25782
İstehsalçı ölkə: Türkiye
117,75 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Hepavef-B, 245 mq örtüklü tabletlər  

Hepavef-B tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 245 mq tenofovir dizoproksil vardır (300 mq  
tenofovir dizoproksil fumarata ekvivalent).

Əks göstərişlər 

Tenofovir dizoproksil fumarata və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya). 
Əgər bu, Sizin üçün keçərlidirsə, bunu dərhal həkiminizə bildirin və HEPAVEF-B istifadə etməyin. 
HEPAVEF-B aktiv maddə tenofovir disoproksili saxlayır. Bu aktiv maddə HİV və ya HBV 
infeksiyasını və ya hər ikisini müalicə etmək üçün istifadə edilən antiretrovirus və ya antiviral 
dərmandır. Tenofovir, ümumiyyətlə NRTI kimi tanınan bir nukleotid əks transkriptaza inhibitorudur və virusların özlərinin çoxalması üçün vacib olan fermentlərin (HİV əks transkriptazasında; hepatit B DNT polimerazasında) normal işinə müdaxilə etməklə işləyir. HİV-də HEPAVEF-B həmişə HİV infeksiyasını müalicə etmək üçün digər dərmanlarla birlikdə istifadə edilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi  

Dərman preparatını istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 
Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə və ya hamilə 
qalmağı planlaşdırırsınızsa, bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə 
məsləhətləşin.  
Həkiminizlə məsləhətləşmədən HEPAVEF-B-ni hamiləlik dövründə istifadə etməməlisiniz. 
HEPAVEF-B-nin hamilə qadınlarda istifadəsi ilə bağlı klinik məlumat yoxdur və adətən, kəskin 
zərurət olmazsa, istifadə edilməməlidir.  
HEPAVEF-B ilə müalicə dövründə hamilə qalmaqdan qaçın. Hamilə qalmamaq üçün effektiv 
kontrasepsiya metodlarından istifadə etməlisiniz. 
Hamilə qalarsınızsa və ya hamilə qalmağı planlaşdırarsınızsa, həkiminizdən antiretrovirus 
müalicəsinin Sizə və körpənizə ola biləcək faydalarını və potensial risklərini soruşun.  
Hamiləlik 
HEPAVEF-B istifadə edirsinizsə, həkiminiz uşağın doğuşunu izləmək üçün müntəzəm qan analizləri və digər diaqnostik analizlər barədə qərar verə bilər. Hamiləlik dövründə ƏTNİ alan anaların uşaqlarında, virusa qarşı müdafiənin faydası və əlavə təsir riski yenidən qiymətləndirilmişdir. Müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizə və ya əczaçıya bu barədə məlumat verin. 
Laktasiya 
Dərman preparatını istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
HEPAVEF-B-ilə müalicə dövründə uşağınızı ana süd ilə qidalandırmayın. Çünki bu dərmanın 
təsiredici maddəsi ana südünə nüfuz edir.                                                                                    Hepatit B virusu (HBV) olan və ya İİV-li qadınsınızsa, virusu ana südü ilə uşağınıza keçirməmək 
üçün uşağınızı əmizdirməməyiniz vacibdir.

İstifadə qaydası və dozası 

Böyüklər: qida ilə birlikdə (məsələn, yemək və ya qəlyanaltı zamanı) hər gün bir tablet daxilə qəbul edilir. Udmağa çətinlik çəkirsinizsə, tableti əzmək üçün bir qaşığın ucunu istifadə edə bilərsiniz. Sonra, tozu təqribən 100 ml (yarım stəkan) su, portağal şirəsi və ya üzüm şirəsi ilə qarışdırıb dərhal içə bilərsiniz.  
HEPAVEF-B-ni hər zaman həkiminizin tövsiyələrinə tam əməl etməklə qəbul edin. Əmin 
deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirməlisiniz. 
Hər zaman həkiminizin təyin etdiyi dozanı qəbul edin. Bu, dərmanınızın tam təsirli olduğundan 
əmin olmaq və müalicəyə qarşı rezistentliyin inkişaf riskini azaltmaq üçündir. Həkiminizin göstərişi olmadan dozanı dəyişdirməyin. 
Sizdə İİV varsa, həkiminiz HEPAVEF-B-ni digər antiretrovirus dərmanlarla birlikdə təyin 
edəcəkdir. Sizdə həm Hepatit B virusu (HBV) həm də İİV (birgə infeksiya) varsa, HEPAVEF-B-ni həkiminizin təyin etdiyi digər antiretrovirus dərmanlarla birlikdə qəbul etməyiniz çox vacibdir. 
Hepatit B xəstəsisinizsə, həkiminiz, həm hepatit B virusu həm də İİV virusunun olub-olmamasını 
müəyyən etmək üçün İİV analızı elətdirməyinizi tövsiyə edə bilər. 
Bu dərmanların necə istifadə edilmələri ilə bağlı məlumat almaq üçün istifadə edilən digər 
antiretrovirus preparatların içlik vərəqələrini oxuyun. 
Müxtəlif yaş qrupları 
HBV infeksiyası olan ən azı 35 kq ağırlığında 12 yaşlı və ondan böyük yeniyetmələr: yeməklə 
birlikdə gündə bir tablet.  
İİV infeksiyası olan ən azı 35 kq ağırlığında 12 yaşlı və ondan böyük yeniyetmələr: yeməklə birlikdə gündə bir tablet.  
HBV infeksiyası olan uşaqlarda (12 yaşa qədər) istifadə edilmir. 
İİV infeksiyası olan uşaqlarda (12 yaşa qədər) istifadə edilmir. 
Xüsusi hallarda istifadəsi 
Əgər böyüksünüzsə və böyrəklərinizdə problemlər varsa, həkiminiz HEPAVEF-B-i daha aşağı 
tezlikdə qəbul etməyinizi tövsiyə edə bilər. 
HEPAVEF-B-nin qida və içkilərlə birlikdə istifadəsi  
HEPAVEF-B qida ilə birlikdə qəbul edilməlidir (məsələn, yeməklə və ya qəlyanaltı ilə). 
HEPAVEF-B-nin istifadəsini unutsanız  HEPAVEF-B-nin dozasının qəbulunu buraxmamaq vacibdir. Əgər bir dozanın qəbulunu buraxsanız buraxdığınız dozadan sonra nə qədər vaxt keçdiyini hesablayın.  
•Dozanın normal halda qəbul edildiyi vaxtdan sonra 12 saatdan az vaxt keçmişdirsə. Unutduğunuz dozanı mümkün olduqca tez bir zamanda qəbul edin və sonrakı dozanı həmişəki vaxtında qəbul edin.  
Dozanın normal halda qəbul edildiyi vaxtdan sonra 12 saatdan çox vaxt keçmişdirsə, unutduğunuz dozanı qəbul etməyin, gözləyin və növbəti dozanı həmişəki vaxtında qəbul edin. Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. 
HEPAVEF-B-ni qəbul etdikdən sonra 1 saatdan az müddət ərzində qusarsınızsa, başqa bir tablet 
qəbul edin. HEPAVEF-B-i qəbul etdikdən sonra 1 saatdan çox keçən zaman qusarsınızsa, başqa bir tablet qəbul etməyinizə ehtiyac yoxdur.  
Unudulmuş dozaları əvəz etmək üçün ikiqat doza qəbul etməyin.  
HEPAVEF-B ilə müalicənin dayandırılmasından sonra yarana biləcək təsirlər  
• Həkiminizin tövsiyəsi olmadan HEPAVEF-B-in qəbulunu dayandırmayın. HEPAVEF-B ilə 
müalicəni dayandırmaq, həkiminizin üstünlük verdiyi müalicənin effektivliyini azalda bilər. Hər 
hansı bir səbəbdən HEPAVEF-B qəbul etməyi dayandırmazdan əvvəl, xüsusilə əgər əlavə təsirlər 
hiss edirsinizsə və ya başqa bir xəstəliyiniz varsa həkiminizlə məsləhətləşin. 
HEPAVEF-B tabletini yenidən qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. 
Sizdə hepatit B və ya eyni zamanda İİV və hepatit B (birgə infeksiya) varsa, ilk öncə həkiminizlə 
məsləhətləşmədən HEPAVEF-B ilə müalicənizi dayandırmamağınız çox vacibdir. Bəzi xəstələrdə, 
HEPAVEF-B-nin istifadəsini dayandırdıqdan sonra hepatitin ağırlaşmasını göstərən qan analizləri və ya simptomlar mövcuddur. Müalicə dayandırıldıqdan sonra bir neçə ay qan analizləri etdirməyiniz lazım gələ bilər. İnkişaf etmiş qaraciyər xəstəliyi və ya sirrozu olan bəzi xəstələrdə, müalicənin dayandırılması hepatitin ağırlaşmasına səbəb ola bildiyindən, müalicənin dayandırılması tövsiyə edilmir.  Hər hansı bir səbəbdən HEPAVEF-B qəbul etməyi dayandırmazdan əvvəl, xüsusilə əgər əlavə təsirlər hiss edirsinizsə və ya başqa bir xəstəliyiniz varsa həkiminizlə məsləhətləşin.  
Müalicəni dayandırdıqdan sonra, xüsusilə hepatit B infeksiyası ilə bağlı simptomlar və ya yeni, qeyriadi simptomlar barədə həkiminizi məlumatlandırın.  
HEPAVEF-B tabletlerini yenidən qəbul etməyə başlamazdan öncə həkiminizlə görüşün. 
Bu dərmanın istifadəsi ilə bağlı başqa suallarınız olarsa, həkiminzlə və ya əczaçı ilə dəqiqləşdirin. 
Əgər HEPAVEF-B-nin təsirinin çox güçlü və ya zəif olduğuna dair şübhəniz olarsa, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.   

Prepared by  T-Soft E-Commerce.