Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

HEPEEL N50 TB

Məhsul Kodu : 111-05545
8,44 AZN
Daha çox Homeopatik
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

HEPEL N, tabletlər

HEPEL N tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Chelidonium D6 30 mq; Nux moschata D4 30 mq; Phosphorus D6 15 mq; Veratrum D6 60 mq; Colocynthis D6 90 mq; Lycopodium D3 30 mq; China D3 30 mq; Carduus marianus D2 15 mq.

İstifadəsinə göstərişlər

Qaraciyərin əsas və ikinci dərəcəli funksional pozulmaları; qaraciyərin zədələnməsi.

Əks göstərişlər

Tərkibində dəmrovotu (Chelidonium) olduğuna görə hamiləlik və laktasiya dövründə qəbul edilməməlidir. Adi alaqanqala (Carduus marianus) yaxud mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsindən digər bitkilərə və ya xininə hiperhəssaslıq olduğu halda istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsirlə bağlı məlumat bildirilməmişdir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.

HEPEL N istifadə qaydası və dozası

Digər təyinat yoxdursa Standart doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet gündə 3 dəfə. Pediatriya 2 yaşından kiçik: 1 tablet gündə 1 dəfə. 2-5 yaş: 1 tablet gündə 1-2 dəfə. 6-11 yaş: 1 tablet gündə 2 dəfə.

Kəskin və ya başlanğıc doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet hər 30 dəq. yaxud 1 saatdan bir – gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Pediatriya 2 yaşından kiçik: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 4 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 2-5 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 6 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir.

6-11 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 8 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Qəbul qaydası Tableti ağızda həll edərək udmaq olar. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir.

Prepared by  T-Soft E-Commerce.