Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Antixol çayı 25 ədədli paket çay

Məhsul Kodu : 121-12455
4,60 AZN
Daha çox HERBA FLORA
Daha çox Çaylar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Antixol Çayı

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Zeytun yarpağı, darçın qabığı, məkkəgülü çiçəyi, sarıkök, üzüm tumu, gilas saplağı, əməköməci otu.

İstifadə qaydası: 1-2 filtr-bağlamanın üzərinə 200 ml (1stəkan) qaynar su tökülür 10-15 dəq. dəmlənir, otaq temperaturunda soyudu­lur. Gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. sonra ilıq şəkildə daxilə qəbul edilir.

Məhsulun Təsviri

Hal-hazırda yediyimiz qidaların tərkibində olan kimyəvi maddələr, əhalinin böyük bir qisminin oturaq həyat sürməsi, həmçinin də ekoloji mühitin əlverişsiz olması orqanizmimizin kifayət qədər yüklənməsinə, xüsusən də qanda xolesterolun miqdarının artmasına səbəb olur. Yəqin ki, elə bu səbəbdən də əhalinin böyük bir qismi yüksək qan təzyiqi, ürək və ya beyinin işemik xəstəliyindən əziyyət çəkir.

Təbii ki, müalicə prosesində hipolipidemik və xolesterin əleyhinə preparatlar istifadə olunur. Bunlar da xolesterinin əmələ gəlməsini ləngidir. Lakin qaraciyərdə metabolizmə uğradığı üçün hepatositlərə toksiki təsir göstərir və qanda qaraciyər fermenlərinin səviyyəsinin yüksəlməsinə səbəb olur.

Antixol çayı nəinki qaraciyərə zərər vermir, eyni zamanda qanda xolesterin və lipid səviyyəsini stabil saxlamağa kömək edir.

Tərkibi orqanizmdə məhz lipid və xolesterin mübadiləsini sürətləndirən bitkilərlə zəngindir. Məsələn, zeytun yarpağı , sarıkök , darçın qabığı xolesterinin əmələ gəlməsini ləngidir , qanda HDL miqdarını artırır, LDL səviyyəsini azaldır, bununla da xolesterinin damar divarına çökməsinin qarşısını alır, zeytun yarpaqları həm də trombositlərin aqreqasiyasını ləngitməklə antikoaqulyant effekt verir.

Sarıkök güclü ödqovucu təsir edərək xolesterinin öd vasitəsilə qovulmasını sürətləndirir.

Ümumi xolesterol səviyyəsini 81%, triqliseridləri 85% aşağı salır.

Əməköməci otu qanda ümumi xolesterin səviyyəsini 19%, triqliserid miqdarını 34% azaldır.

Həmçinin bağırsaqlara bürüyücü təsir göstərir və öd vasitəsilə bağırsaqlara ifraz olunmuş xolesterinin təkrar qana sorulmasını ləngidir.

Bu bitkilər həm də qastro- və hepatoprotektor olduğundan statinlərin törətdiyi əlavə təsirlərin qarşısını alır.

Subash Babu tərəfindən aparılmış araşdırmalara görə bitkilərin hipoxolesterolemik təsiri qanda LDL və triqliseridləri azaltmaq, HDL səviyyəsini isə artırmaq hesabınadır. Nəzərə alsaq ki, adətən statinlər 2-3 aydan uzun müddətə təyin olunmur, bu preparatlarla yanaşı Antixolun təyini həm onların əlavə təsirlərini azaldacaq, həm də alınmiş hipolipidemik effekti uzun aylar saxlamış olacaq. Antixol çayının ən əsas müsbət xüsusiyyətlərindən biri də məhz odur ki, onu fasilə vermədən bir neçə ay təyin etmək olar.

Antixol çayı qəbul edin, xolesterinə yox deyin!

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.