Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Bədrənc yarpağı, passiflora otu, damotu otu, lavanda çiçəyi.
İstifadə qaydası: 2 filtr-bağlama 100 ml (1/2 stəkan) qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur. Qəbul müddəti 1 aydır. Uzun müddət qəbul oluna bilər.
Artıq elm və tibb sübut edib ki, xroniki stress və xəstəliklər bir-biri ilə sıx bağlıdır. İnsanın həyatında nə qədər çox stress vəziyyətləri olursa, onda sistem xəstəlikləri inkişaf edir, mövcud xəstəliklər isə xronikləşir. Ürək-damar xəstəlikləri, arterial hipertoniya, şəkərli diabet, həzm sistemi xəstəlikləri, mədə və 12-barmaq bağırsaq xoraları, təşviş-həyəcan pozuntusu, depressiya, miqren, yuxusuzluq, piylənmə, cinsi pozğunluq kimi xəstəliklərdə stress səbəb-nəticə faktoru kimi böyük rol oynayır.
Çayın tərkibindəki dərman bədrənc otu, damotu otu B qrupu vitaminləri ilə zəngin olduğu üçün həm uşaqlarda, həm də yetkin şəxslərdə sinir sistemini sakitləşdirir. Əsəbi gərginlik, stress zamanı koronar damarları genişləndirərək miokardın oksigenə artmış təlabatını ödəyir. Nəticədə ürəyin qidalanması yaxşılaşır, narahatlıq, təşviş keçirən insanda taxikardiya və yüksəlmiş arterial təzyiq aşağı düşür.
Belə ki, kumarinlə zəngin olduqları üçün orqanizmi tonuslandırır, insana gün ərzində yüksək əhval-ruhiyyə bəxş edir. Bu bitkilər eyni zamanda sinir oyanıqlığını və yuxusuzluğu aradan qaldırır. Əzələlərə relaksedici təsir göstərir, qıcolma əleyhinə, sakitləşdirici effekt verir.
Bundan başqa endokrinoloji xəstəliklərin bir çoxunda, xüsusilə də şəkərli diabet xəstəliyində həm mərkəzi, həm də periferik sinir sistemi zədələnir. Nəzərə alsaq ki, biz gündəlik həyatımızda demək olar ki, hər gün stresslə qarşılaşırıq və sağlam insanlardan fərqli olaraq xroniki xəstələr, xüsusilə də şəkər xəstələri bu vəziyyətə daha çox həyəcan keçirir, daha kəskin reaksiya verirlər, onların gün ərzində əhval-ruhiyyələri dəyişir, daha əsəbi, daha qıcıqlı olurlar. Bu xəstələr ömürlərinin sonuna qədər onsuz da hər gün müəyyən kimyəvi dərman preparatları qəbul etməyə məhkumdurlar.
Tam təbii, bitki tərkibli olduğu üçün kimyəvi sakitləşdiricilərdən fərqli olaraq həm şəkər xəstələrinin zədələnmiş sinir sisteminə, həm də onların orqanizminə heç bir mənfi təsir etmir. Şəkərli diabet xəstəliyi çox vaxt ürək-damar sistemi xəstəlikləri, arterial hipertoniya kimi xəstəliklərlə yanaşı gedir. Əsəbi gərginlik, stress isə bu həyati vacib orqanlarda böyük problemlərə yol açır.
Florelax çayı əsəb keçirən şəkərli diabet xəstələri tərəfindən uzun müddət qəbul edildikdə gün ərzində onları sakitləşdirir, ürəyi qidalandıraraq həm qan dövranını, həm də arterial təzyiqi normallaşdırır. Florelax çayı 4 yaşdan yuxarı kiçikdən-böyüyə hər kəsin, xüsusilə də xroniki xəstələrin uzun müddətə rahatlıqla istifadə edə biləcəyi tam təbii məhsuldur. Siz də Florelax qəbul edin, stresdən uzaq olun!