Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Mirfazin çayı 25 ədədli paket

Məhsul Kodu : 121-03243
4,20 AZN
Daha çox HERBA FLORA
Daha çox Çaylar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Mirfazin Çayı

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Qaragilə zoğları, toxumsuz lobya qını, itburnu meyvəsi, gicitkən yarpağı, aptek çobanyastığı çiçəyi, böyük bağayarpağı yarpağı, dazıotu otu, gülümbahar çiçəyi, boymadərən otu, beşdilimli damotu otu, şirin biyan kökü, andız kökü və kökümsovu.

İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 4-6 həftədir. İl ərzində 3-4 kurs qəbul etmək lazımdır.

Məhsulun Təsviri

Məlum olduğu kimi diabet mübadilə xəstəliyidir, yəni bütün problemlərin başında pozulan mübadilə dayanır desək, səhv etmiş olmarıq. Mirfazin çayı tərkibində olan bir sıra bitkilər – itburnu meyvəsi, gicitkən yarpağı, lobya qını, bağayarpağı sayəsində mübadilə proseslərini – karbohidrat, lipid, xolesterin mübadiləsini normallaşdırır.

Mirfazin çayının tərkibindəki qaragilə zoğu, gicitkən yarpağı kimi bitkilər mədəaltı vəzin qan və sinir təchizatını yaxşılaşdırır. Toxumsuz lobya qını isə tərkibindəki bol miqdarda sink sayəsində insulin sintezi və sekresiyasını artırır.

I tip şəkərli diabetlərdə kompleks müalicə ilə yanaşı Mirfazin çayı qəbul edildikdə qaragilə zoğlarının tərkibindəki mirtillin maddəsi, toxumsuz lobya qınının tərkibində olan fazeolin qlobulini və arginin aminturşusu, andız kökünün təribindəki inulin insulinəbənzər təsir göstərir. Nəticədə qanda artmış qlükozanın toxumalara və hüceyrələrə çatdırılmasını sürətləndirir.

Diabet xəstələrində, xüsusilə də I tip diabetlərdə xəstəliyin gedişatında bir çox ağırlaşmalara rast gəlmək mümkündür. Bunlardan ən başlıcası böyrəklərin, qaraciyərin, ürək və beyinin zədələnməsidir.

Bunlar damarların, xüsusilə də arterial damarların zədələnməsi nəticəsində baş verir. Mirfazin çayı qanda qlükozanın miqdarını azaltmaqla yanaşı, həm də tərkibində olan itburnu meyvəsi hesabına damarqoruyucu – angioprotektor təsir göstərir.

Orqanlarda baş verən patologiyaların qarşısını alır.

Şəkərli diabeti olan xəstələrin əksər şikayətlərdən biri çox miqdarda tez-tez sidiyəgetmə, buna bağlı olaraq ağızda quruluq, suzuzluq kimi hallardır. Bu zaman böyrəklərin filtirasiya qabiliyyəti pozulur, diurez artmış olur.

Orqanizmdən maye itkisi azaldığına görə xəstələri narahat edən susuzluq və ağızda quruluq aradan qalxmış olur.

Arterial damarların zədələnməsi, regenerasiya proseslərinin zəifləməsi nəticəsində baş verən ağırlaşmalardan biri də ətraflarda, xüsusilə də aşağı ətraflarda əmələ gələn trofiki yara və xoralardır. Bu xəstələrdə əmələ gələn trofiki xoralarla yanaşı hər hansı yüngül zədə nəticəsində uzun müddət sağalmayan yaralar da meydana çıxır.

Mirfazin çayı qanda şəkərin səviyyəsini azaldır. Eyni zamanda damarqoruyucu təsir göstərir, həm də mikrosirkulyasiyanı yaxşılaşdıraraq toxumaların qidalanmasını normallaşdırır.

Tərkibində olan aptek çobanyastığı, bağayarpağı, gülümbahar çiçəyi kimi bitkilər antiseptik, iltihabəleyhinə təsir göstərir, regenerativ prosesləri gücləndirərək yara və trofik xoraların sağalmasını sürətləndirir. Mirfazin çayının tərkibindəki boymadərən, dazıotu, itburnu mədəaltı vəzin qan dövranını yaxşılaşdırır.

Həzmdə iştirak edən fermentlərin də sintezini artırır, həmçinin qaraciyər funksiyalarını yaxşılaşdıraraq ödəmələgəlmə prosesini stimulə edir. Ödün 12-barmaq bağırsağa tökülməsini asanlaşdıraraq pozulmuş həzmi normallaşdırır.

Əksər diabetli xəstələr əsəbi, qıcıqlı olurlar. Əsəb fonunda da şəkərin səviyyəsi yüksəlir və yaranan qüsurlu dövran xəstənin vəziyyətini daha da ağırlaşdırır.

Mirfazin çayı qlükozanın hüceyrələrə çatdırılmasını asanlaşdırmaqla yanaşı, tərkibində olan damotu, dazıotu bitkiləri sinir-psixi gərginliyi aradan qaldıraraq xəstələri sakitləşdirir. Mirfazin çayını həm piylənmədən əziyyət çəkən, həm şəkərli diabetin yaranma riskini yaşayan şəxslər, həm də şəkərli diabet xəstələri qəbul edib vəziyyətlərini yüngülləşdirə və gələcəkdə yarana biləcək ağırlaşmaların qarşısını ala bilərlər.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.