Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Pankreas çayı 25 ədədli paket

Məhsul Kodu : 121-18280
4,60 AZN
Daha çox HERBA FLORA
Daha çox Çaylar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Pankreas Çayı

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Zəncirotu kökü, boymadərən otu, solmazçiçəyi çiçəyi, lobya qını, keşniş toxumu, kasnı otu, aptek çobanyastığı çiçəyi, zən­cə­fil kökü, razyana meyvəsi.

İstifadə qaydası: 2 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə daxilə qəbul olunur. Qəbul müddəti 30 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.

Məhsulun Təsviri

Son dövrlərdə azhərəkətli həyat tərzi, qeyri-düzgün, ayaqüstü “fastfood”larla (dönər, hamburger) qidalanma, yağlı, hazır, qızardılmış qidalar həzm vəzilərinin fəaliyyətini pozur. Dispepsiya ( həzmin pozulması ), meteorizm (köp), qarında şişkinlik , ürəkbulanma , qusma , sancı kimi hallarla özünü büruzə verir.

Pankreas çayı xəstələrdə təkcə dispepsiya əlamətlərinə deyil, həm də birbaşa həzm vəzilərinə, mədəaltı vəz və öd kisəsinə təsir edir. Onların sekretor funksiyalarını aktivləşdirir. Beləliklə də tək nəticəni (həzm pozğunluğu, meteorizm, köp və s.

) deyil, onu törədən səbəbləri də aradan qaldırır. Pankreas çayının tərkibindəki zəncirotu kökü , boymadərən otu , solmazçiçəyi kökü , kasnı otu var. Bu bitkilər birbaşa həzm vəzilərinə spazmolitik, xoleretik, təsir göstərir, eyni zamanda qaraciyərin, mədəaltı vəzin, mədənin sekretor funksiyasını tənzimləyir.

Həmçinin zülalların, karbohidratların, yağların həzmini normallaşdırır. Məhz Pankreasın tərkibindəki solmazçiçəyi , boymadərən kimi bitkilər qaraciyərdə ödəmələgəlmə prosesini stimulə edir . Nəticədə ödün konsentrasiyasını durulaşdırır.

Öd kisəsi və öd yollarının peristaltikasını normallaşdırır. Onlara spazmolitik təsir edərək gərginliyi azaldır, ödün kisədən öd yollarına, oradan da onikibarmaq bağırsağa tökülməsini asanlaşdırır. Tərkibindəki lobya qını həm mədəaltı vəzin qan dövranını yaxşılaşdırır, həm də amin turşularla zəngin olduğu üçün həzmi və qanda şəkərin miqdarını tənzimləyir.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.