Sevimlilərə əlavə edin
Paylaşın

Herba Flora Profemin Çay 25 Ədədli

Məhsul Kodu : 121-03706
0 Şərh Şərh
4,60 AZN
Marka: HERBA FLORAKateqoriya: Çaylar
KolleksiyaQiymət Xəbərdarlığı

Herba Flora Profemin Çay

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Gicitkən yarpağı, çobançantası otu, gülümbahar çiçəyi, aptek çobanyastığı çiçəyi, boymadərən otu, subibəri otu.

İstifadə qaydası: 2 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml yeməkdən əvvəl qəbul edilir. Qəbul müddəti 3-5 həftədir. Xarici cinsiyyət üzvlərinin xəstəliklərində dəmləmə şırınqa şəklində istifadə oluna bilər.

Məhsulun Təsviri

Son zamanlar qadınlar arasında qanaxma ilə müşayiət olunan aybaşı pozulamlarına tez-tez rast gəlinir. Bu ginekoloji problemi yaşayan bəzi qadınlar mioma, fibromioma kimi orqanik səbəblər və abortlardan sonra bu cür halla rastlaşırlar.

Bəzən aybaşı qanının miqdarı çox olur, aybaşı günləri uzanır.

Uzunmüddətli qanitirmə nəticəsində qadınlarda qanazlığı müşahidə olunur. Səbəbindən asılı olmayaraq, uşaqlıq qanaxmalarında Profemin çayı qankəsici təsir göstərir.

Tərkibində olan gicitkən yarpağı K vitamini ilə zəngindir. K vitamini qaraciyərdə protrombin sintezini artıraraq qanın laxtalanmasını sürətləndirir.

Gicitkən yarpaqlarının tərkibində olan xlorofil dənələri oksitosin hormonunun sintezini artırır. Nəticədə uşaqlıq əzələlərinin yığılması artır və qankəsici təsir göstərir.

Profemin çayı gicitkən yarpaqlarındakı B qrupu vitaminləri və dəmir duzları sayəsində eritropoezi sürətləndirərək qanitirmə nəticəsində yaranan qanazlığını aradan qaldırır.

Qanda fibrin sintezini artıraraq qankəsici təsir göstərən digər bitki isə çobançantası otu dur. Qanaxma problemləri ilə yanaşı Profemin çayı iltihabi prosesləri aradan qaldırır.

Profemin çayının tərkibində olan gicitkən yarpaqları təbii esterogenlərlə zəngin olduğundan pozulmuş aybaşı tsiklini də tənzimləyir.

Yayda çimərlik paltarlarının əyində nəm qalması və su ilə yoluxan infeksiyalar uşaqlıq yolunda iltihabi və göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Bu da özünü çox zaman uşaqlıq yolundan axıntının gəlməsi, qaşınma kimi əlamətlərlə büruzə verir.

Profemin çayı yerli istifadə zamanı büzücü, iltihabəleyhinə təsir göstərərək iltihabi prosesləri aradan qaldırır. Gülümbahar çiçəyi nin tərkibindəki fitonsidlərlə əlaqədar olaraq güclü göbələkəleyhinə təsir göstərir.

Xəstələrdə ilk istifadədən qaşınma, göynəmə hissini aradan qaldırır.

Həmçinin Profemin çayı uşaqlıq yolundakı faydalı bakteriyaların inkişafı, artıb-çoxalması üçün mühiti bərpa edir və disbiozu aradan qaldırır. Profemin çayının tərkibində olan əksər bitkilər mikrosirkulyasiya ilə yanaşı regenerativ prosesləri də aktivləşdirərək sağalmanı tezləşdirir.

Profemin çayını təkcə qadınlar deyil, həm də yeni aybaşı zamanı ağrı hiss edən qızlar da istifadə edə bilərlər.

Profemin çayının tərkibindəki gicitkən yarpağı təbii esterogenlərlə zəngin olduğu üçün aybaşı tsiklini normaya salır.

Şəkərli diabet xəstələrində immun sistemin zəifləməsi qadınlarda çox vaxt uşaqlıq yolunun kandidozu, disvaginoz kimi əlamətlərlə özünü büruzə verir. Eyni zamanda uşaqlıq yolunun selikli qişasındakı vəzilərin atrofiyası quruluğa və infeksiyanın asanlıqla yoluxmasına şərait yaradır.

Profemin çayı diabetli qadınlarda yerli şırınqa şəklində istifadə zamanı güclü göbələkəleyhinə təsir göstərərək kandidaları məhv edir və onun orqanizmə verdiyi təsirləri və iltihabi prosesləri aradan qaldırır. İltihabın turş reaksiyalı məhsullarını neytrallaşdıraraq uşaqlıq yolunda olan faydalı bakteriyaların (döderleyn çöpləri, lakto- və bifidobakteriayların) inkişafına təkan verir.

Bununla da disvaginozu aradan qaldırır. Profemin çayının tərkibində olan əksər bitkilər mikrosirkulyasiya ilə yanaşı regenerativ prosesləri də aktivləşdirərək sağalmanı tezləşdirir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:121-03706

Oxşar Məhsullar

B/F KANUR N25 PAKET CAY
8,80 AZN -%0
8,80AZN
Cranberry Cran Tea N20 Çay
14,00 AZN -%0
14,00AZN
Doğadan Adaçayı N20
4,00 AZN -%0
4,00AZN
Dogadan Alma Çayi N20 Paket 0115
4,20 AZN -%0
4,20AZN
Doğadan Ballı Papatya Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Çobanyastığı Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Cökə Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Form Albalı Çayı N20
5,10 AZN -%0
5,10AZN
Doğadan Form Alma Çayı N20
5,10 AZN -%0
5,10AZN
Doğadan Form Ananas Çayı N20
5,00 AZN -%0
5,00AZN
Doğadan Form Ərikli Çay N20
5,10 AZN -%0
5,10AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce