Sevimlilərə əlavə edin
Paylaşın

Herba Flora Sedativ Çay 25 Ədədli

Məhsul Kodu : 121-00561
0 Şərh Şərh
4,60 AZN
Marka: HERBA FLORAKateqoriya: Çaylar
KolleksiyaQiymət Xəbərdarlığı

Herba Flora Sedativ Çay

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Dərman pişikotu kökü, beşdilimli damotu otu, mayasarmaşığı qozası, istiotlu nanə yarpağı.

İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Qəbul müddəti 30 gündür. Çayın dəmləməsindən körpələr üçün vanna şəklində istifadə etmək olar.

Məhsulun Təsviri

Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif “zədələr” alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq.

İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi və yüksək analiz qabiliyyəti tələb olunur. Bütün bu gündəlik problemlər müxtəlif nevrozluq, psixoemosional gərginlik, yuxusuzluq, depressiv vəziyyət, hətta ürək fəaliyyətinin pozulmalarına qədər gətirib çıxarır.

Sedativ çayı tərkibindəki pişikotu kökü sayəsində sinir sisteminin mərkəzi bölmələrinə təsir edərək reflektor oyanıqlığı azaldır. Beləliklə baş beyinin sinir hüceyrələrində tormozlanma proseslərini sürətləndirir.

Nəticədə sakitləşdirici , qıcolmaəleyhinə effekt verir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır . Tərkibindəki beşdilimli damotu otu sayəsində Sedativ çayı sinir hüceyrələrinin tormozlanma prosesini sürətləndirir.

Sedativ effekti bir qədər də yüksəldir. Digər sakitləşdirici preparatlardan fərqli olaraq Sedativ çayı həm yüksək sedativ effekt verir, həm də tərkibindəki mayasarmaşığı qozası və istiotlu nanə yarpağı sayəsində orqanizmə stimullaşdırıcı, tonuslandırıcı təsir edir.

Əhvali-ruhiyyəni yaxşılaşdıraraq insan orqanizmini gün ərzində gümrah saxlayır. Belə ki, mayasarmaşığı qozasının tərkibindəki kumarin maddəsi, istiotlu nanə yarpağının tərkibindəki efir yağı mentol insanlarda çox yuxuculluğun qarşısını alır.

Həmçinin sakitləşən orqanizmə ruh yüksəkliyi verir .

Çünki Sedativ çayı bu insanlarda narahatlıq, yuxusuzluq, qorxu, isterik vəziyyət, yorğunluq, depressiv vəziyyət və s. kimi psixoemosional sferada olan bütün problemləri tədricən aradan qaldırmağa kömək edir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:121-00561

Oxşar Məhsullar

B/F KANUR N25 PAKET CAY
8,80 AZN -%0
8,80AZN
Cranberry Cran Tea N20 Çay
14,00 AZN -%0
14,00AZN
Doğadan Adaçayı N20
4,00 AZN -%0
4,00AZN
Dogadan Alma Çayi N20 Paket 0115
4,20 AZN -%0
4,20AZN
Doğadan Ballı Papatya Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Çobanyastığı Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Cökə Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Form Albalı Çayı N20
5,10 AZN -%0
5,10AZN
Doğadan Form Alma Çayı N20
5,10 AZN -%0
5,10AZN
Doğadan Form Ananas Çayı N20
5,00 AZN -%0
5,00AZN
Doğadan Form Ərikli Çay N20
5,10 AZN -%0
5,10AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce