Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

Herba Flora Serebratea çay 25 ədədli

Код продукта : 121-91965
4,60 AZN
Более HERBA FLORA
Более Чаи
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

Herba Flora Serebratea Çayı

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Ginkqo biloba yarpağı, mayasarmaşığı qozası, yemişan çiçəyi, çöl qatırquyruğu otu, yapon soforasının qönçələri.

İstifadə qaydası: Bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Qəbul müddəti 45 gündür. 10 günlük fasilədən sonra kurs təkrar olunur.

Məhsulun Təsviri

Son zamanlarda informasiya çoxluğu, stresli həyat tərzi hətta gənclərdə belə güclü baş ağrıları və yaddaş problemləri yaradır. Uşaqdan-böyüyə hamı yaddaşsızlıqdan şikayət edir. Bunun da əsas səbəblərindən biri beyin qan dövranının zəifləməsi, qan laxtalanmasının yüksək olmasıdır.

Nəticədə toxumaların qidalanma və oksigen təchizatında yaranan problemlər dofamin sintezini azaldır, neyronlararası əlaqəni zəiflədir. Bu da yaddaşın zəifləməsinə , diqqətin azalmasına səbəb olur. Vurğuladığımız kimi yaddaş problemlərinin əsasında beyin qan dövranının pozulması dayanır.

Serebratea çayının tərkibində olan ginkqo-biloba yarpağı beyin qan dövranını, mikrosirkulyasiyanı yaxşılaşdırır. Beyin toxumasının qidalı maddələr və oksigenlə təchizatını yaxşılaşdırır. Nəticədə beyində sintez olunan dofaminin miqdarı artır , bu da öz növbəsində yaddaşı yaxşılaşdırır , diqqəti artırır.

Qorxu, həyəcan, stress kimi halları aradan qaldırır . Gənc insanlarda bu tipli pozulmalar daha çox funksional olsa da, yaş artıqca damarların özündə gedən proseslər nəticəsində damar divarı kövrəkləşir, elastikliyini itirir, keçiriciliyi artır, beyin toxumasının qidalanması çətinləşir. Serebratea çayının tərkibində olan yapon soforasının qönçələri rutinlə olduqca zəngindir.

Bu maddə isə damar divarını möhkəmləndirir, keçiriciliyi azaldır, elastikliyini artıraraq beyin mikrosirkulyasiyasını yaxşılaşdırır. Bəzən qan təzyiqinin yüksəlməsi, xüsusilə yaşlılarda beyin qan dövranının pozulmasına və başda küyün yaranmasına səbəb olan amillərdəndir.

Serebratea çayının tərkibindəki çöl qatırquyruğu otu sidikqovucu təsir göstərərək qan təzyiqini azaldır. Qan dövranının zəifləməsinə, beyin toxumalarının qidalanmasının pozulmasına qanın laxtalanmasının artması da birbaşa təsir göstərən amillərdəndir. Serebratea çayının tərkibindəki ginkqo-biloba, yapon soforası qandurulaşdırıcı effekt verərək qan dövranını nizamlayır.

Serebratea çayının tərkibində olan yemişan çiçəkləri asetilxolinlə zəngin olduğundan neyronlararası əlaqəni yaxşılaşdıraraq həm yadasalma, həm də yaddasaxlama funksiyasını yaxşılaşdırır . Yaddaş funksiyaları pozulan insanlar nəyisə yada sala, yadda saxlaya bilmədikdə əsəbiləşir, yuxuları pozulur və bu da öz növbəsində prosesi daha da ağırlaşdırır. Serebratea çayı tərkibində olan mayasarmaşığı qozası nın lupulin maddəsi hesabına sinir sistemini sakitləşdirir , yuxu problemlərini aradan qaldırır .

Serebratea çayı qəbul edin, möhkəm yaddaşa sahib olun!

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.