Sevimlilərə əlavə edin
Paylaşın

Herba Flora Şüyüd Çay 25 Ədədli

Məhsul Kodu : 121-04556
0 Şərh Şərh
4,00 AZN
Marka: HERBA FLORAKateqoriya: Çaylar
KolleksiyaQiymət Xəbərdarlığı

Herba Flora Süyüd Çayı

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Razyana (aptek şüyüdü) toxumu, bostan şüyüdü toxumu.

İstifadə qaydası: İki filtr-bağlamanın üzə­rinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəm­lənir, otaq temperaturunda so­yu­dulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) ye­mək­dən 30 dəqiqə əvvəl ilıq şəkil­də daxilə qəbul edilir. Uzun müddət qəbul oluna bilər.

Məhsulun Təsviri

Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir. Bu prosesin səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır. Lakin qazların həddən artıq əmələ gəlməsi isə patoloji prosesdir.

Bu zaman insanda müxtəlif əlamətlər inkişaf edir. Belə ki, qarın nahiyəsində ağrılar və ağırlıq, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, əhvalın pozulması və s.

İstər uşaqlar, istərsə də böyüklərdə qida və mayenin tez-tez qəbul olunması nəticəsində havanın həddən artıq miqdarda mədə-bağırsaqlara dolması da köp yarada bilər. Həzm proseslərinin pozulması , fermentlərin çatışmazlığı, disbakterioz (xeyirli mikroorqanizmlərin miqdarının azalması, patoloji mikrofloranın artması), bağırsaqların sorulma funksiyasının pozulması da köpün əmələ gəlməsinə səbəb ola bilər. Bağırsaqların hərəkətliliyi pozulduqda, qida daha uzun müddət bağırsaqlarda qalır ki, bunun da nəticəsində bağırsaqlarda köp əmələ gəlir.

Bundan başqa bağırsaqların anomaliyaları, mədə-bağırsaq sistemində aparılan cərrahiyyə əməliyyatları, hamiləlik, bəzi dərman preparatların qəbulu, bağırsaqlarda olan mexaniki maneələr (şişlər, poliplər, bitişmələr) və s. də köpün əmələ gəlməsinə səbəb olur.

Şüyüd çayı tərkibindəki razyana və şüyüd bitkilərinin efir yağları hesabına bağırsaqlarda spazmı aradan qaldırır, köp əleyhinə təsir göstərir. Şüyüd çayı körpələrdə qazəmələgəlmə zamanı həm də ağrıkəsici, bağırsaqlarda iltihabi proseslər zamanı antibakterial təsir göstərir.

Bundan başqa tərkibindəki razyana bitkisi hesabına bir yaşına qədər körpələrə bəlğəmgətirici, süd verən analara isə südartırıcı vasitə kimi istifadə olunur. Spastik kolit dünyada ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Qarın ağrıları, qarında şişmə hissi, ishal və qəbizliyin əvəzlənməsi, köplə müşayiət olunur.

Spastik kolit xəstəliyində bağırsaqlarda iltihab və ya başqa bir funksional dəyişiklik olmur, spazm səbəbindən nəcis kiçik bərkimiş parçalar şəklində (qoyun qığına bənzər) xaric olur. Spastik kolitin səbəbi tam müəyyən olunmayıb.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:121-04556

Oxşar Məhsullar

B/F KANUR N25 PAKET CAY
8,80 AZN -%0
8,80AZN
Cranberry Cran Tea N20 Çay
14,00 AZN -%0
14,00AZN
Doğadan Adaçayı N20
4,00 AZN -%0
4,00AZN
Dogadan Alma Çayi N20 Paket 0115
4,20 AZN -%0
4,20AZN
Doğadan Ballı Papatya Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Çobanyastığı Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Cökə Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Form Albalı Çayı N20
5,10 AZN -%0
5,10AZN
Doğadan Form Alma Çayı N20
5,10 AZN -%0
5,10AZN
Doğadan Form Ananas Çayı N20
5,00 AZN -%0
5,00AZN
Doğadan Form Ərikli Çay N20
5,10 AZN -%0
5,10AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce