Sevimlilərə əlavə edin
Paylaşın

Herba Flora Teakard Çay 25 Ədədli

Məhsul Kodu : 121-00702
0 Şərh Şərh
4,60 AZN
Marka: HERBA FLORAKateqoriya: Çaylar
KolleksiyaQiymət Xəbərdarlığı

Herba Flora Teakard 2.25 Çayı

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Beşdilimli damotu otu, gülümbahar çiçəyi, qar­ğı­dalı saçağı, dərman bədrənc otu, çöl qatırquyruğu otu, məkkəgülü çiçəyi, ginkqo-biloba yarpağı.

İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq tem­peraturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 45 gündür. 10 günlük fasilədən sonra kurs təkrar olunur.

Məhsulun Təsviri

Müasir dövrümüzdə əhalinin böyük əksəriyyəti arterial hipertoniya, şəkərli diabet, aterosklerozdan əziyyət çəkir. Bu xəstələrdə hər zaman ürək-damar sistemində, beyində və digər daxili orqanlarda baş verə biləcək fəsadları aradan qaldırmaq üçün təzyiqi nəzarət altında saxlamaq lazım gəlir. Adətən bu qrupdan olan xəstələr hipotenziv, antikoaqulyant (qandurulaşdırıcı), damarmöhkəmləndirici preparatlar qəbul edirlər.

Həm hipertoniya xəstəliyi olan, həm də simptomatik hipertenziyası olan xəstələr bu preparatları ömür boyu qəbul etmək məcburiyyətində olurlar. Bəzən bu preparatların qəbulunun belə yetərincə effekti olmur.

Çayın tərkibindəki damotu , ginkqo-biloba yarpağı , melissa (bədrəncotu) ürək-damar sisteminə hipotenziv təsir edərək arterial təzyiqi normallaşdırır. Həmçinin ginkqo-biloba antikoaqulyant təsir edərək beyin və ürək qan dövranını yaxşılaşdırır. Melissa otu isə ürəyin oksigenizasiyasını artırır, beləliklə qan və oksigen ilə təchizatını normallaşdırır.

Məkkəgülü rutinəbənzər maddə ilə zəngin olduğuna görə damar divarının elastikliyini yaxşılaşdırır , keçiriciliyini azaldır, qan damarlarını möhkəmləndirir. Çöl qatırquyruğu otu və qarğıdalı saçağı sidikqovucu təsir edərək dövran edən qanın ümumi həcmini azaldır, bədəndən artıq mayeni xaric edərək ödemləri aradan qaldırır.

Bundan əlavə, hamiləliyin ikinci, üçüncü trimestrində də dölün çəkisinin artması ilə əlaqədar ürəyin üzərinə böyük yük düşür. Nəticədə hamilələrdə aritmiya, taxikardiya və arterial təzyiqin artması kimi simptomlar müşahidə olunur. Hamiləlik zamanı seçim preparatı olaraq həm ana, həm də dölün orqanizminə ziyan vurmamaq üçün bitki tərkibli preparatlar daha məqsədəuyğundur.

Teakard çayı tərkibində olan damotu, melissa (bədrəncotu) və məkkəgülü hesabına hamilələrdə arterial təzyiqi normallaşdırır və sinir sisteminə sakitləşdirici təsir edir. Qarğıdalı saçağı və çöl qatırquyruğu sidikqovucu təsir edərək artıq ödemi orqanizmdən xaric edir.

Müxtəlif səbəblərdən gündəlik həyatımızda əsəbilik, narahatlıq, stress və həyəcan kimi hallarla tez-tez qarşılaşırıq. Bu da çox zaman ürək qan-damar və mərkəzi sinir sistemində müxtəlif fəsadlara gətirib çıxarır. ​Düzgün və zamanında aparılmayan müalicə, əsəb, stress və bu səbəbdən artan arterial təzyiq, insult kimi ağır patologiyalara yol aça bilər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:121-00702

Oxşar Məhsullar

B/F KANUR N25 PAKET CAY
8,80 AZN -%0
8,80AZN
Cranberry Cran Tea N20 Çay
14,00 AZN -%0
14,00AZN
Doğadan Adaçayı N20
4,00 AZN -%0
4,00AZN
Dogadan Alma Çayi N20 Paket 0115
4,20 AZN -%0
4,20AZN
Doğadan Ballı Papatya Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Çobanyastığı Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Cökə Çayı N20
4,00 AZN -%0
4,00AZN
Doğadan Form Albalı Çayı N20
5,10 AZN -%0
5,10AZN
Doğadan Form Alma Çayı N20
5,10 AZN -%0
5,10AZN
Doğadan Form Ananas Çayı N20
5,00 AZN -%0
5,00AZN
Doğadan Form Ərikli Çay N20
5,10 AZN -%0
5,10AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce