Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Teazol çay 25 ədədli

Məhsul Kodu : 121-00700
4,60 AZN
Daha çox HERBA FLORA
Daha çox Çaylar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Teazol Çay

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Adi dağtərxunu çiçəyi, ziyilli tozağacı tumurcuğu, dərman pişikotu kö­kü, andız kökü, işlədici murdarça meyvəsi, dazıotu otu, ağ öksə otu, mayasarmaşığı qozaları.

İstifadə qaydası: 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Qəbul müddəti 3-4 aydır.

Məhsulun Təsviri

Son zamanlarda qurd xəstəlikləri həddən artıq çoxalmışdır. Uşaqlarda daha çox problemlər yaratdığından yoluxmanın qarşısını almaq, müalicəsini tez və vaxtında aparmaq daha vacibdir.

Formalaşmaqda olan uşaq orqanizminə qurdun vurduğu ziyanlar saymaqla qurtarmaz. Daimi intoksikasiya nəticəsinədə uşaqlar əsəbi, oyanıq olur, gecə yuxusu çətinləşir, yatarkən dişlərini qıcayır, ağız suyu axması (hipersalivasiya) müşahidə olunur.

Mədə-bağırsaq sistemi də qurdların təsirindən zədələnməyə məruz qalır. Bu, uşaqda həzmin pozulması na, iştahanın itməsinə səbəb olur.

Qəbizlik və ya ishal nəinki uşaqları, onların valideynlərini də olduqca narahat edir. Qidalı maddələrin, vitaminlərin bağırsaqlardan sorulmasının pozulması və daimi intoksikasiya uşaqlarda anemiyaya, yəni qanazlığına gətirib çıxarır.

Anemiya özü də sinir sistemi fəaliyyətinin pozulmasında iştirak edən faktorlardandır. Qurd xəstəlikləri müalicəsində istifadə olunan kimyəvi tərkibli dərman maddələrinin istifadəsi qaçınılmaz olsa da, onun uşaq orqanizminə olduqca zərərli olduğu məlumdur.

Uşaqlarda qaraciyərin digər funksiyaları ilə yanaşı zərərsizləşdirmə funksiyası da tam formalaşmayıb və bu kimi preparatların da toksik təsirləri olduqca yüksəkdir. Bu səbəblərdən qaraciyər zədələnməyə tez məruz qalır, güclü intoksikasiya əlamətləri müşahidə olunur.

Ona görə də həkim tərəfindən mütləq qaraciyərqoruyucu preparat təyin olunur. Qısa vaxt ərzində (3 gün, maksimum 5 gün) təyin olunmasının da səbəbi budur.

Bununla yanaşı ölmüş qurdları orqanizmdən xaric etmək üçün işlədici, sinir sistemi üçün sakitləşdirici, iştaha açıcı preparatların təyini də müalicənin keyfiyyətini artırır. Və bunların da bəzilərinin kimyəvi tərkibli olduğunu nəzərə alsaq.

Tezol çayı tərkibi zəngin olan çaylardandır. Burada oxşar təsirli bitkilər qruplar şəklində çayın tərkibinə daxil olunmuşdur.

Bir qrup bitkilər – adi dağtərxunu çiçəyi , tozağacı tumurcuğu , adi yovşan otu , andız kökü qurdların əzələ sisteminə iflicedici təsir göstərərək, tonusdan salır, öldürücü təsir edir. Bununla yanaşı qurdların bağırsaq divarına göstərdiyi mexaniki təsir nəticəsində yaranmış iltihabi prosesləri, spazmları aradan qaldırır .

Teazol çayının tərkibindəki işlədici murdarça meyvəsi bağırsaqların selikli qişasını qıcıqlandıraraq peristaltikanı artırır və ölmüş qurdların orqanizmdən xaric olmasını sürətləndirir. Dazıotu otu qaraciyərdaxili öd yollarına spazmolitik təsir göstərir gərginliyi aradan qaldırır, qaraciyərqoruyucu effekt verir və Teazol çayının uzunmüddətli istifadəsinə zəmin yaradır.

Qurd xəstəliklərindən pozulmuş iştahanı yaxşılaşdırmaq üçün Teazol çayının tərkibinə mayasarmaşığı qozası əlavə olunub. Mayasarmaşığı qozası , həmçinin antiallergik, sakitləşdirici təsir də göstərir.

Teazol çayı qurd xəstəliklərindən pozulmuş sinir sistemini sakitləşdirmək xüsusiyyətinə də malikdir, çünki tərkibinə sakitləşdirici bitkilərdən olan öksəotu və pişikotu kökü daxil edilib. Bunlar həm sakitləşdirici effekt verir, həm də pozulmuş yuxu rejimini qaydasına salır.

Bütün bu xüsusiyyətlər digər qurdqovucu preparatlardan Teazol çayını fərqləndirir və onun uzunmüddətli təyinatına əsas verir. Kimyəvi qurdqovucu preparatlar ın qısamüddətli qəbulu zamanı sağ sista və yumurtalardan sonrakı günlərdə yenidən qurd fərdləri inkişaf edərək çoxalacaq.

Ancaq Teazol çayı uzunmüddətli təyinatı nəticəsində həmin fərdlərə də təsir edir. Teazol çayı həm tək, həm də müalicə ilə yanaşı və yaxud dərman müalicəsində iki kurs arasındakı fasilə müddətində qəbul edilə bilər.

Enterobioz müalicəsinin sonunda Teazol çayından imalə üçün də istifadə olunur.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.