Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

Hidrokortizon 1% 10q məlhəm

Product Code : 111-24839
1.30 AZN
Show More Skin Diseases
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

HİDROKORTİZON 10 mq/q xaricə istifadə olunan məlhəm

Hidrokortizon tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 10 mq hidrokortizon asetat vardır.
Köməkçi maddələr: yumşaq ağ parafin, lanolin, pentol, stearin turşusu, metilparahidroksibenzoat (Е 218), propilparahidroksibenzoat (Е 216), təmizlənmiş su.

Əks göstərişlər

• Dərman vasitəsinin komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq;
• Bakterial, virus, göbələk və parazitar dəri infeksiyaları;
• İxtioz, yuvenil altlıq dermatoz, vulqar çizvələr, rozasea, dəridə yenitörəmələr, dəri damarlarının davamsızlığı və ya dərinin atrofiyası;
• Dərinin xoralı zədələnmələri və yaralı sahələr;
• 2 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı yalnız həkim təyinatı ilə istifadə oluna bilər. Döldə az miqdarda anomaliya riski mövcuddur. Süd verən analarda süd vəzilərinə tətbiq edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və yüksək diqqət tələb edən digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

Hidrokortizon istifadə qaydası, dozası

• Preparat yalnız xaricə istifadə üçün nəzərdə tutulmuşdur.
• Zədələnmiş sahəyə gün ərzində 1-3 dəfə nazik qatla sürtülür.
• Müalicə müddəti uşaqlarda 7 gündən artıq olmamalıdır.
• 2 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir.
• Uşaq dərisinin nazik olması səbəbindən xüsusi ehtiyatla istifadə edilməlidir.

Prepared by  T-Soft E-Commerce.